Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə52/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   48   49   50   51   52   53   54   55   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
160 
illəri",  "30-cu  illərin  ictimai-siyasi  həyatı  və  yazıçı 
taleyi",  "Bakı  ədəbi  mühitində"  mövzuları  qələmə 
alınmışdır. 
"Bədii  nəsrin  uğurları"  adlı  II  fəsil  "Nəsrdə  ilk 
addımlar. Hekayələrdə epik və lirik səhnələr", "Povest və 
romanlarında  müasir  həyatın  inikası",  "Yazıçı  və  tarix" 
yarımfəsillərindən ibarətdir. 
III 
fəsil 
"İlyas 
Əfəndiyev  dramaturgiyasının 
özünəməxsusluğu" adlanır və burada "İntizar"la başlanan 
yol",  "Mənəvi  gözəlliyin  lirik-psixoloji  təsviri",  "Tarixi 
simaların səhnə həyatı" mövzuları öz əksini tapmışdır. 
Nəhayət,  "Bədii-estetik  görüşləri"  adlı  IV  fəsildə 
müəllif "Ədəbiyyat haqqında düşüncələr‖, "Teatr və səh-
nə  problemləri",  "Elm,  mədəniyyət  və  incəsənət  mə-
sələləri" mövzuları üzərində tədqiqat işi aparmışdır. 
"Nəticə"də  İlyas  Əfəndiyevi  "müasir  ədəbiyyatımızın 
canlı  klassiki"  adlandıran  müəllif  yazır:  "Azərbaycan 
xalqı  öz  tarixi  inkişafının  ayrı-ayrı  mərhələlərində 
ədəbiyyat  və  mədəniyyətimizə  bir  sıra  görkəmli 
şəxsiyyətlər bəxş etmişdir. İlyas Əfəndiyev də xalqımızın 
XX  əsrdə  yetişdirdiyi  ən  işıqlı  və  istedadlı  şəxslərindən 
biridir.‖ 
Müəllif,  dünya  şöhrətli  bəstəkar,  xalq  artisti 
A.Məlikovun  fikrini  burada  yerində  təkrarlayaraq  yazır: 
―Xalqımız  Nizami  və  Füzuli,  M.F.Axundov  və 
C.Məmmədquluzadə,  S.Vurğun  və  R.Rza,  Ü.Hacıbəyov 
və  Y.Məmmədəliyev,  Q.Qarayev  və  F.Əmirovla  fəxr 
etdiyi  kimi,  İlyas  Əfəndiyevin  yaradıcılığı  ilə  fərəhlənir 
və qürur hissi keçirir." 
Kitabın  sonunda  "İstifadə  olunmuş  ədəbiyyatın 
siyahısı" verilmişdir. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
161 
Əmin  Əfəndiyevin  ―İlyas  Əfəndiyevin  yaradıcılığı‖ 
(Bakı,  "Elm",  2000.)  ədəbi-tənqid  tərəfindən  də 
qiymətləndirilmişdir.  (Bax:  Şamil  Salmanov.  Dəyərli 
tədqiqat. "Ədəbiyyat qəzeti", 29 sentyabr 2000; Cabbarov 
S.  Ədibin  xatirəsi  yad  edildi.  (Ə.Əfəndiyevin  «İlyas 
Əfəndiyevin  yaradıcılığı»  kitabının  təqdimatı  haqqında) 
//Azərbaycan. - 2000.  - 4 oktyabr və  s.) Bu  barədə digər 
faktlara diqqət yetirək: 
"Monoqrafiyada  çoxsahəli  yaradıcılıq  yolu  keçmiş 
yazıçının hekayə və oçerkləri, povest və romanları, dram 
əsərləri  və  ədəbi-tənqidi  məqalələri  təhlil  olunmuş,  eyni 
zamanda onun həyat və  yaradıcılığı ilə əlaqədar bu günə 
qədər  qaranlıq  qalmış  bir  sıra  məqamlar  ilk  dəfə  ətraflı 
şəkildə 
işıqlandırılmışdır." 
(Bax: 
Rüstəmli 
N. 
"Respublika" qəzeti, 8 oktyabr 2000.) 
"Əmin  Əfəndiyevin  "İlyas  Əfəndiyevin  yaradıcılığı" 
kitabının  bir  əhəmiyyəti  də  ondadır  ki,  burada  qoyulan 
problemlər və  konkret  məsələlər  təqiqatçılar  üçün böyük 
mövzudur."  (Bax:  Zümrüd  Bayramova."Səs"  qəzeti,  22 
oktyabr 2000.) 
Əmin Əfəndiyev doğru olaraq söyləyir ki, ―elmdə son 
hədd,  axırıncı  zirvə  anlayışı  yoxdur  və  ola  da  bilməz. 
Dünən üçün qaranlıq qalmış fikirlər bu gün açıqlanır, bu 
gün  üçün  dərk  olunmamış  hadisələr  sabah  mütləq 
aydınlaşdırılacaqdır.  Heç  şübhəsiz  ki,  İ.Əfəndiyev 
haqqında  dediklərimiz  də  son  söz  deyildir.  Yazıçının 
yaradıcılığında  bizim  tərəfimizdən  az  işıqlandırılmış 
problemlər 
və 
konkret 
məsələlər 
özünün  yeni 
tədqiqatçılarını  gözləyir.‖  (Müəllifin  göstərilən  əsəri, 
s.287.) 
Ölməz  sənət  nümunələri  kimi  Azərbaycan  nəsr  və 
dramaturgiyası 
xəzinəsini 
zənginləşdirən, 
yüksək 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
162 
vətəndaşlıq  pafosu,  incə  lirizm  və  dərin  psixoloji 
tapıntılarla  zəngin  olan  İlyas  Əfəndiyev  yaradıcılığı 
ədəbiyyat  tariximizdə  yeni  bir  mərhələ  açdığından, 
əlbəttə  ki,  zaman-zaman  həmişə  tədqiq  ediləcək,  öy-
rəniləcək, ədəbi-estetik fikrin diqqətində olacaqdır...  
 
**** 
 
 İlyas  Əfəndiyev  yaradıcılığı  və  şəxsiyyəti  barəsində 
müxtəlif 
dövlət 
tədbirlərində, 
kitablarının 
təqdimatlarında,  xatirə  və  yubiley  günlərində  ədəbi 
simaların, 
alimlərin, 
sənət 
adamlarının, 
dövlət 
xadimlərinin  çox  maraqlı  fikirləri,  mülahizələri  ilə  də 
qarşılaşırıq.  Təssüf  ki,  həmişə,  bir  qayda  olaraq  bu 
mülahizələr  diqqətdən  və  tədqiqatdan  kənarda  qalır.  Biz 
bu  tədbirlərdə  söylənən  fikirlərə  xüsusi  önəm  verərək, 
onlardan  ən  səciyyəvi  olanlara  diqqəti  cəlb  etmək 
istərdik.  
Məsələn,  2009-cu  ilin  iyulun  06-da  Miniatür  Kitab 
Muzeyində 
xalq 
yazıçısı 
İlyas 
Əfəndiyevin 
hekayələrindən ibarət kitabın təqdimatı olub. Rus dilində 
150  nüsxə  tirajla  çap  olunan  miniatür  kitabda  görkəmli 
yazıçının  5  hekayəsi  yer  alıb.  Bu  tədbirdə  respublikanın 
cox  tanınmış,  görkəmli  ziyalıları  İlyas  Əfəndiyev 
barəsində  qiymətli  fikirlər  söyləyiblər.  Xronikanı  olduğu 
kimi burada veririk: 
 ―Tədbiri  giriş  sözü  ilə  muzeyin  direktoru  Zərifə 
Salahova  açaraq,  İ.Əfəndiyevin  yaradıcılığının  Azər-
baycan  ədəbiyyatında  özünəməxsus  yer  tutduğunu  önə 
çəkib. 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə