Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə2/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   2   3   4   5   6   7   8   9   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 

 
 
İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi 
haqqında 
Azərbaycan Respublikası Prezidentinin 
Sərəncamı 
 
 2014-cü  ilin  may  ayında  Azərbaycanın  xalq  yazıçısı, 
respublika  Dövlət  mükafatı  laureatı,  görkəmli  dramaturq  İlyas 
Məhəmməd oğlu Əfəndiyevin anadan olmasının 100 illiyi tamam 
olur.  
 İlyas  Əfəndiyev  klassik  ədəbi  fikrin  böyük  ənənələri 
zəminində  öz  üslubunu  yaradan  sənətkar  kimi  xalqımızın  söz 
sənəti  xəzinəsinə  dəyərli  töhfələr  vermişdir.  Yazıçının  bədii 
nailiyyətlərlə  zəngin  irsi  ədəbiyyatımızda  yeni  mərhələnin 
təşəkkülünə  səmərəli  təsir  göstərmişdir.  Azərbaycan  teatr 
səhnəsinin  müasir  simasının  formalaşmasında  İlyas  Əfəndiyev 
dramaturgiyası özünəməxsus əhəmiyyətli yer tutur. 
 Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  mad-
dəsinin  32-ci  bəndini  rəhbər  tutaraq,  milli  ədəbiyyatın 
inkişafında  mühüm  xidmətləri  olan  İlyas  Əfəndiyevin  100  illik 
yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram: 
 1.  Azərbaycan  Respublikasının  Mədəniyyət  və  Turizm 
Nazirliyi  Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyi  və 
Azərbaycan  Milli  Elmlər  Akademiyası  ilə  birlikdə,  Azərbaycan 
Yazıçılar  Birliyinin  təkliflərini  nəzərə  almaqla,  xalq  yazıçısı 
İlyas  Əfəndiyevin  100  illik  yubileyinə  həsr  olunmuş  tədbirlər 
planını hazırlayıb həyata keçirsin. 
 2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu 
Sərəncamdan irəli gələn məsələləri həll etsin. 
 
 İlham Əliyev, 
 Azərbaycan Respublikasının Prezidenti 
 Bakı şəhəri, 16 yanvar 2014-cü il. 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 

 
 
R E D A K T O R D A N – 
İlyas Əfəndiyev yaradıclığının tənqiddə ədəbi-estetik 
dərkinin tədqiqi 
 Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyev Azərbaycan 
ədəbiyyatına  zəngin  və  rəngarəng  bir  yaradcılıq  bəxş 
etmişdir.  Onun  nəsri,  dramaturgiyası  XX  əsr  Azərbaycan 
ədəbiyyatının ən dəyərli hadisələrindən biridir. 
 İlyas  müəllim  ədəbiyyata  gələn  gündən  bu  günlərimiz 
də  daxil  olmaqla  həmişə  ədəbi  tənqidin  maraq  dairəsində 
olmuş,  ədəbi  tənqidimizin,  demək  olar  ki,  bütün  nəsilləri, 
yazıçının qələm dostları, teatr xadimləri, ədəbiyyatşünaslar, 
tənqidçilər, həmçinin zövqlü oxucular belə, İlyas müəllimin 
yaradıcılığı,  əsərləri  barədə,  müxtəlif  ədəbi  janrlarda  fikir 
söyləmiş,  haqqında  yüzlərlə  məqalələr  yazılmış,  xeyli 
tədqiqatlar  aparılmış,  monoqrafiyalar  cap  edilmişdir. 
Qurban  Bayramov  və  Jalə  Qurbanqızının  ―Xalq  yazıçısı 
İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə‖ tədqiqatı bu 
materialların  ümumi  istiqamətlərinin  təsnifatını  vermək, 
yazıçının  yaradıcılığı  ilə  qarşılıqlı  şəkildə  araşdırmaq, 
dəyərləndirmək baxımından əhəmiyyətlidir. 
 Məlumdur ki, xalq yazıçısı İlyas Əfəndiyev keçən əsrin 
30-cu  illərindən  ömrünün  sonuna  qədər  zəngin  və  dəyərli 
yaradıcılıq  yolu  keçmişdir.  Bu  57  illik  bir  yaradıcılıq 
yoludur.  Buraya  ədibin  onlarca  hekayələri,  povestləri, 
romanları, dram əsərləri daxildir. 
 Bu  illər  ərzində  İlyas  Əfəndiyev  altı  roman  («Söyüdlü 
arx» – 1958; «Körpüsalanlar» – 1960; «Dağlar arxasında üç 
dost»  –  1963;  «Sarıköynəklə  Valehin  nağılı»  –  1976; 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
10 
«Geriyə  baxma,  qoca»  –  1980;  «Üçatılan»  –  1981;  bu 
romanların  bəzisi  povest  kimi  də  təqdim  olunub),  beş 
povest («Kənddən məktublar» – 1939; «Aydınlıq gecələr» – 
1941;  «Torpağın  sahibi»  –  1952;  «Qaçaq  Süleymanın 
ölümü» – 1993; «Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın 
nağılı» – 1996), böyüklü-kiçikli qırx yeddi hekayə, 27 pyes, 
bir  çox  oçerklər  və  xatirələr  yazmışdır.  İlyas  Əfəndiyev 
nəsri  və  İlyas  Əfəndiyev  dramaturgiyası  daima  bir-birini 
əvəz və davam etdirmişdir.  
Buna  görə  də,  müəlliflər  tədqiqat  apararkən,  yazıçının 
təkcə  nəsrinin  yox,  dramaturgiyasının  da  ədəbi  tənqiddə 
dərkini  araşdırmışlar.  Q.Bayramov  və  J.Qurbanqızı  ədəbi 
tənqidimizin 
bütün 
nəsillərinin 
İlyas 
Əfəndiyev 
yaradıcılığına  həsr  etdikləri  əsərləri  əsasən  nəzərdən 
keçirmiş,  ümumiləşdirmiş,  maraqlı  nəticələr  əldə  etmiş, 
İyas  Əfəndiyev  yaradıcılığının  ədəbi  tənqiddə  dərki 
barəsində  ümumi  təsəvvür  yaratmağa  nail  olmuşlar.  İlyas 
Əfəndiyevin  yaradıcılığı  Azərbaycan  mədəniyyətinin  çox 
qiymətli  tərkib  hissəsi  olmaqla  bərabər,  həm  də  milli 
tariximizin  müəyyən dövrünün mükəmməl bədii salnaməsi 
səciyyəsini daşımaqdadır. 
―Xalq  yazıçısı  İlyas  Əfəndiyevin  yaradıcılığı  ədəbi 
tənqiddə‖  araşdırmasının  başlıca  əhəmiyyəti  ondadır  ki, 
ədibin  yaradıılığı  bu  və  ya  digər  münasibətlə,  ayrı-ayrı 
problemlər hüdudunda təhlilə cəlb olunsa da, bütöv şəkildə 
ədəbi  tənqidin  hüdüdlarında  hələ  ki,  öyrənilməmişdi, 
sistemli  tədqiqat  hədəfınə  çevirlməmişdi.  İlk  dəfədir 
yazıçının  yaradıcılığı  bu  istiqamətdə,  özü  də  bütöv  şəkildə 
öyrənilir. 
1930-cu  illərin  axırlarından  etibarən  nəsr  yaradıcılığına 
başlayan  ədibin  ilk  əsərlərindən  tutmuş  sonrakı  bütün 
əsərləri  həmişə  ədəbi  -  elmi  ictimaiyyətin  diqqət 
mərkəzində olmuşdur.  


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə