Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə3/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   2   3   4   5   6   7   8   9   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
11 
Onun  ilk  yaradıcılığı  haqqmda  Səməd  Vurğun,  Mehdi 
Hüseyn,  Mirzə  İbrahimov,  Məmməd  Arif,  Süleyman 
Rəhimov,  Əli  Vəliyev,  Əbülhəsən  Ələkbərzadə,  Kamal 
Talıbzadə,  İmran  Qasımov,  Əkbər  Ağayev,  Hüseyn  Şərif, 
Mehdi  Məmmədov  və  başqaları  kimi  tanınmış  ədəbiyyat, 
elm  və  sənət  xadimləri  dəyərli  fikirlər  söyləmiş,  ədibin 
irsini xarakterizə edən diqqətəlayiq məqalələr yazmışlar. 
Ömrünün  sonuncu  ilinə  (1996)  qədər  ardıcıl  şəkildə 
yaradıcılıqla  məşğul  olan  İlyas  Əfəndiyevin  ədəbi-bədii 
fəaliyyəti  milli-mədəni  proseslər  məcrasında  həmişə 
araşdırılmış,  onun  bədii-estetik  düşüncə  orjinallığı,  fərdi 
dil-üslub  xüsusiyyəti,  dramaturgiya  axtarışları  ədəbi  tənqid 
tərəfindən geniş bir şəkildə, müxtəlif problemlərə uyğun bir 
tərzdə şərh olunmuş və olunmaqdadır...  
Azərbaycan  tənqidçilərindən  və  ədiblərindən  Cəfər 
Cəfərov  və  Məmməd  Cəfər,  Əli  Vəliyev  və  Osman 
Sarıvəlli, Cəfər Xəndan və Əli Sultanlı, Mehdi Məmmədov 
və  Əkbər  Ağayev,  Firudin  Hüseynov  və  Əzizə  Cəfərzadə, 
Abbas Zamanov və Orucəli Həsənov, bir çox başqaları kimi 
tamamilə  müxtəlif,  bir-birindən  fərqli  qələm  sahibləri, 
sonrakı  ədəbi  nəsillərin  Bəxtiyar  Vahabzadə  və  İsmayıl 
Şıxlı, Bayram Bayramov və Bəkir Nəbiyev, Məsud Əlioğlu 
və  Qulu  Xəlilov,  Cəlal  Məmmədov  və  Əhəd  Hüseynov 
kimi  və  bir  çox  başqa  nüımayəndələri,  daha  sonralar  Xəlil 
Rza  Ulutürk  və  Yaşar  Qarayev,  Seyfulla  Əsədullayev  və 
Təhsin  Mütəllimov,  Şamil  Salmanov  və  Arif  Səfiyev, 
Gülrux  Əlibəyli  və  İnqilab  Kərimov,  Çingiz  Hüseynov  və 
İslam  İbrahimov,  Arif  Hacıyev  və  Abbas  Hacıyev,  daha 
sonralar Aydın Məmmədov, Qəzənfər Kazımov və Vilayət 
Quliyev,  Kamil  Vəliyev  və  İlham  Rəhimli,  Nizaməddin 
Şəmsizadə  və  Məryəm  Əlizadə,  Akif  Hüseynov,  Şirindil 
Alışanov  və  Vaqif  Yusifli,  уеnə  də  bir  çox  başqaları 
dəfələrlə  İlyas  Əfəndiyev  yaradıcılığına  müraciət  etmiş  və 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
12 
bu  yaradıcılıq  Azərbaycan  xalqınm  XX  əsrdəki  tarixi  və 
taleyi kontekstində yüksək qiymətləndirilmişdir.  
İlyas  Əfəndiyevin  sağlığında  Yəhya  Seyidov,  Yaqub 
İsmayılov, Aida Salahova, Yaşar Qarayev, Əmin Əfəndiyev 
və başqaları onun haqqında elmi monograliyalar yazıb nəşr 
etdirmiş,  XX  əsr  Azərbaycan  nəsri  və  dramaturgiyasının, 
Azərbaycan  ədəbi  dilinin,  Azərbaycan  teatr  sənətinin 
inkişafında İlyas Əfəndiyev yaradıcılığının rolunu və bədii-
estetik xüsusiyyətlərini təhlil və tədqiq etmişlər. 
Həmçinin,  İlyas  Əfəndiyevin  yaradıcılığı  haqqında 
müxtəlif  mövzularda  maraqlı  və  dəyərli  dissertasiyalar 
müdafiə olunmuşdur. 
Tədqiqat  işində  mümkün  qədər  bu  tənqidçi  və  ədə-
biyyatşünasların məqalələri, tədqiqatları, əsərləri mərhələlər 
üzrə, 
xronoloji 
ardıcıllıqla 
öyrənilmiş, 
müəyyən 
problematika  üzrə  şərh  edilmiş,  ümumiləşdirilmiş,  xalq 
yazıçsi  İlyas  Əfəndiyev  yaradıcılığının  ədəbi  tənqidimizdə 
ədəbi-estetik  dərkinin  mahiyyəti  açılmış,  bu  zəngin 
yaradıcılığın  ədəbi  tənqiddə  əks  olunmasının  ümumi 
mənzərəsi yaradılmışdır. 
 Lakin,  xalq  yazıçısı  İlyas  Əfəndiyevin  şəxsiyyətini  və 
yardıcılığını  ulu  öndər  Heydər  Əliyev  qədər  dəqiqliklə, 
dəyərincə,  özü  də  dəfələrlə,  müxtəlif  məqamlarda 
qiymətləndirən  ikinci  bir  şəxsiyyət  olmamışdır.  İlk  dəfədir 
ki,  ―İlyas  Əfəndiyev  şəxsiyyəti  və  yaradıcılığı  Heydər 
Əliyevin  görüşlərində  və  nəzərində‖  mövzusunun 
tədqiqatda 
ayrıca 
bölmədə 
öyrənilməsi 
olduqca 
təqdirəlayiqdir.  
İlyas  Əfəndiyev  irsinin  bədii-estetik  dərkində  ədəbi 
tənqidimizin  çox  mühüm  rolu  olmuş  və  hazırkı  tədqiqat 
ədəbiyyatşünaslığımızda  bu  problemə  həsr  olunmuş  ilk 
nümunədir.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
13 
Həmçinin, biz gördük ki, müəlliflər – Qurban Bayramov 
və  Jalə  Qurbanqızı  təkcə  bununla  kifayətlənməmiş,  faktik 
materiallara  –  elmi  konfrans,  müşavirə,  sessiyaların 
materiallarına,  rəsmi  məlumatlara,  müsahibələrə  də 
müraciət etmiş,  yerinə  düşən  mətnlərdən də  şərhsiz-flansız 
istifadə etmişlər (çünki bu mətnlər özləri özlərini şərh edir). 
Məsələn,  ulu  öndər  Heydər  Əliyevin  İlyas  Əfəndiyev 
yaradıcılığına verdiyi dəyəri əks etdirən mətnlərin, fikir və 
mülahizələrin  ayrıca  təqdim  olunması  bu  sıradandır  və 
olduqca qiymətli faktlardandır...  
Tədqiqatda  zəngin  materal  var.  Kitabiyyatdan,  işin 
məzmunundan  da  görünür  ki,  müəlliflər  böyük  zəhmət 
çəkmiş,  mümkün  qədər  heç  kimdən  sərf-nəzər  etməmiş, 
xoşagələn,  lazımlı  bir  tədqiqat  işini  müvəffəqiyyətlə 
tamamlayaraq  İlyas  Əfəndiyevin  100  illik  yubileyində 
oxuculara və elmi-ədəbi ictimaiyyətə təqdim etmişlər.  
  
 Tahirə Məmmədova
 filologiya elmlər doktoru, professor 
 22. 05. 2014. 
  
  
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə