Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə8/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   4   5   6   7   8   9   10   11   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
26 
söyləyibdir.  Bunları  da  nəzərə  alaraq,  tədqiqatda  bu 
istiqamətə də ayrıca bölmədə toxunmağı vacib saydıq. 
 Beləliklə, ―Xalq  yazıçısı İlyas Əfəndiyev  yaradıcılığı 
ədəbi  tənqiddə‖  tədqiqat  işi  girişdən,  iki  fəsildən  və 
nəticədən, kitabiyyatdan, həmçinin əlavə faktik material-
lardan ibarətdir. 
  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
27 
 
I FƏSIL 
 
İlyas Əfəndiyevin həyat və yaradıcılığının ilkin 
mərhələsi ədəbi fikir və tənqiddə 
 
 XX  əsr  Azərbaycan  ədəbiyyatı  klassiki,  böyük  nasir 
və dramaturq, xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı 
həmişə  ədəbi  tənqidin  də,  ictimai  fikrin  də  diqqət 
mərkəzində  olub.
  Bu  da  təsadüfi  deyil.  Çünki  o,  çox 
maraqlı həyat və  yaradıcılıq  yolu keçmişdir. Və bu  yolu 
öyrənmədən,  onu  təsəvvürə  gətirmədən  İlyas  Əfəndiyev 
yaradıcılığının  bir  çox  ədəbi-estetik  çalarlarını  obyektiv 
qiymətləndirmək 
mümkün  olmazdı...  Bu  böyük 
sənətkarın  keçdiyi  həyat  yoluna,  boya-başa  çatdığı 
mühitə ümumi bir nəzər salaq... 
İ.Əfəndiyevi  sənət  aləminə  aparan  yolun  başlanğıcı 
ailədən və orta məktəbdən keçmişdir. Bu insan həyatının 
elə  bir  anıdır  ki,  yeniyetmə  gənc  konkret  və  müstəqil 
biliyə  yiyələnməyə,  ətrafda  baş  verən  hadisələri  dərk 
etməyə,  mütaliəyə  maraq  göstərməyə,  əqli  və  zehni 
qabiliyyətini inkişaf etdirməyə başlayır. Bu  yolun uğurlu 
başlanğıcından çox şey asılıdır. Ailədəki tərbiyə üsulları, 
oradakı  abi-həyat,  qarşılıqlı  münasibətlər  çox  şeydən 
xəbər  verir.  İnsan  həyat  yollarında  ilk  sınaqlarla  burada 
rastlaşır.  İlyas  Əfəndiyevin  boya-başa  çatdığı  ailənin 
üzvləri  də  halal  zəhmətlə  yaşamış,  minnətsiz  çörək 
yeyərək övladlarını da bu ruhda tərbiyə etmişlər. 
 İlyas  Məhəmməd  oğlu  Əfəndiyev  1914-cü  il  may 
ayının  26-da  (may  ayının  28-də  göstərilir  –  Vikpediya)  
Qaryagində  (indiki  Füzuli  şəhəri)  tanınmış  və  hörmətli 
tacir  ailəsində  anadan  olmuşdur.  Nəsilliklə  oxumuş 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
28 
ruhani  və  varlı  tacir  ailəsindən  çıxmış  Məhəmməd  kişi 
1884-cü  ildə  anadan  olmuşdur.  Onun  ata-babası  bütün 
Qarabağda tanınan, kasıba, yoxsula əl tutan, xeyirxah və 
alicənab  adamlar  idilər.  Bu  ailənin  bir  qolu  tacir  nəslinə 
mənsub  olub  alqı-satqı  işlərilə  məşğul  olmuşdur.  Digər 
qolu  isə  ruhani  təhsili  almış,  savadlı  axund  və 
üləmalardan  ibarət  idi.  Bu  barədə  Elçin  müsahibələrinin 
birində belə məlumat verir:  
―Bizim  ulu  babamız  Əhməd  Xoca  Türkiyənin  Kars 
vilayətindən  gəlib,  indiki  Füzuli  rayonunun  Saraçıq 
deyilən  yerində  kənd  salıb  və  mənim  hesablamalarıma 
görə,  bu,  XIX  əsrin  lap  əvvəllərinin  hadisəsidir.  Əhməd 
Xoca  dövrünün  nüfuzlu  ruhani  ziyalılarından  olub  və 
ümumiyyətlə,  bizim  Əfəndiuşağı  deyilən  nəsil  ruhani 
ziyalı  nəslidir.  Əhməd  Xocanın  oğlu  Qarabağda  məşhur 
bir  şəxs  olan  Xoca  Mustafa  Əfəndi  olub.  Xoca  Mustafa 
Əfəndinin Molla Ağa Məhəmməd və Abdulla Əfəndi adlı 
oğlanları olub. Mənim ata babam Abdulla Ağanın nəvəsi, 
Məhəmməd  Molla  Ağa  Məhəmmədin  oğludur  və  nəslin 
ruhani  ənənələrindən  fərqli  olaraq  tacir  olub.‖  (Bax: 
Elçin. Seçilmiş əsərləri, 10 cilddə, 10-cu cild, səh.179.)  
Bu  səcərə  məsələsi  yaradıcılıqda  mühüm  əhəmiyyət 
kəsb  edir  və  genetik  kodun  daşıyıcısıdır,  qan  yaddaşıdır 
və  mərhələ-mərhələ  yaradıcılığın  cövhərinə  hopan 
nəsnələrdəndir... 
Yazıçının  atası  Məhəmməd  Əfəndiyev  həmin  ailənin 
ticarətlə  məşğul  olan  qoluna  mənsub  olmuşdur.  O,  7-8 
yaşında  olarkən  atası  vəfat  etmiş,  anası  ərə  getməyərək 
bütün  ömrünü  dörd  kiçik  oğlu  ilə  bir  qızını  boya-başa 
çatdırmağa sərf etmişdir. Məhəmməd Əfəndiyev kənddə 
beşillik  rus-tatar  məktəbini  əla  qiymətlərlə  bitirmiş,  rus 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
29 
dilini mükəmməl öyrənmişdir. Məktəbi bitirdikdən sonra 
Qaryaginə  köçərək  yeznəsinin  yanında  kənd  təsərrüfatı 
alətləri  satan  mağazada  işləmişdir.  Bir  müddət  sonra 
həmin  ticarətlə  müstəqil  məşğul  olmuşdur.  O,  Rusiyanın 
müxtəlif  şəhərlərilə,  Təbrizlə,  İstanbulla  ticarət  əlaqələ-
rinə  girmiş,  bir  neçə  həmkarı  ilə  birlikdə  mal  gətirib 
satmaqla  var-dövlət  sahibi  olmuş  və  böyük  hörmət 
qazanmışdır.  1920-ci  ildə  Azərbaycan  bolşeviklər 
tərəfindən  işğal  olunduqdan  sonra  Məhəmməd  kişi 
müxtəlif təsərrüfat idarələrində çalışmışdır. 
 Onun  babası  Hacı  Axund  Tehranda  ali  ruhani  təhsili 
almış, geniş dünyagörüşlü və savadlı bir adam olub böyük 
hörmət  sahibi  idi.  Evində  çox  zəngin  kitabxanası  varmış. 
İlyas Əfəndiyev qeyd edir ki, ―Hacı Axund başqa mollalar 
kimi  acgöz  deyildi,  kasıblardan  pul  almaz,  camaatı  öz 
halal  zəhməti  ilə  dolanmağa,  əyri  iş  dalınca  getməməyə, 
fəqir-füqəraya əl tutmağa çağırardı. Kasıblar həmişə onun 
yanına məsləhətə gələrdilər.‖ (Bax: Əfəndiyev İ. Xatiratla-
rımdan səhifələr, ―Azərbaycan‖ jur., 1987, № 9, səh. 42.) 
Yazıçının  babası  Bayram  bəy  Şuşada  rus  dilində 
gimnaziyanı  bitirib  dövlət  idarələrində  məmur  işləmiş, 
Müsavat hökuməti vaxtında Şuşada qəza rəisi vəzifəsində 
çalışmışdır.  
 Əfəndiyevlər  ailəsi  Sovet  hakimiyyəti  dövründə,  30-
cu  illərdə  ciddi  təqiblərə  məruz  qalmış,  onların  ata-baba 
mülkü  əllərindən  alınmış,  ailənin  bəzi  üzvləri  «xalq 
düşməni»  kimi  güllələnmiş,  bəziləri  həbs  edilərək 
vətəndən  uzaqlara  sürgün  olunmuşdur.  Yazıçının  atası 
Məhəmməd  Əfəndiyevə  «kulak»  damğası  vurularaq  evi, 
böyük  mülkü,  bağı  zəbt  edilmiş,  «səs  hüququndan» 
məhrum  olunmuşdur.  Ağır  sıxıntı  və  ehtiyac  içərisində 
yaşayan Məhəmməd Əfəndiyevin ailəsi mağazadan ərzaq 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə