Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə5/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   2   3   4   5   6   7   8   9   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
17 
Saraclı.  Xalq  yazıçısı  Hüseyn  İbrahimovun  yaradıcılığı. 
Bakı, Yazıçı, 1999 və s.)  
Bu müəlliflərin əksəriyyəti, həm də ədəbi tənqidimizin 
fəal,  aparıcı  nümayəndələridir  və  nəsrimizin  müxtəlif 
problemlərinə  və  adları  çəkilən  sənətkarların  ədəbi-bədii 
yaradıcılıqları  barədə  dəyərli  tənqidi  məqalələr  qələmə 
almış  və  kitab  şəklində  də  çap  etdirmişlər.  Lakin  bütün 
bunlara  baxmayaraq,  müasir  müstəqillik,  ictimai-siyasi 
istiqlal mövqeyindən, bədii sənətkarlığın çağdaş tələbləri 
baxımından  bu  sənətkarların  yaradıcılıqları  yenidən 
öyrənilməklə  yanaşı,  həm  də  onların  yaradıcılıqlarının 
ədəbi  tənqidimizdə  estetik  dərkinin  öyrənilməsinə  də 
xüsusi  ehtiyac  var.  Bizim  qələmə  aldığımız  ―Xalq 
yazıçısı  İlyas  Əfəndiyevin  yaradıcılığı  ədəbi  tənqiddə‖ 
mövzüsusunun tədqiqi də bu ehiyacdan yaranmışdır.  
Xalq yazıçısı İlyas Əfəndiyevin müxtəlif janrları əhatə 
edən  yaradıcılığı,  о  cümlədən  də  nəsri  mövcud  ictimai-
siyasi 
zamanın 
doğurduğu 
ziddiyyətlərlə 
birgə 
öyrənilməlidir ki, ədibin bədii ideyalarının daşıyıcısı olan 
qəhrəmanların  bütövlüyü,  mükəmməlliyi  haqqında  tam 
dolğun təəssürat yaradılsın. Yalnız belə olan halda vulqar 
sosiologizm,  nihilizm,  kosmopolitizm,  konfliktsizlik 
nəzəriyyələrinin  hökm  sürdüyü  şəraitdə  yazıb-yaradan 
Azərbaycan ədiblərinin, о cümlədən də görkəmli nasir və 
dramaturq  İlyas  Əfəndiyevin  ictimai-tarixi  və  ədəbi-
mədəni  xidmətləri  haqqında  ətraflı  və  dürüst  danışmaq 
olar.  
―Xalq  yazıçısı  İlyas  Əfəndiyevin  yaradıcılığı  ədəbi 
tənqiddə‖ mövzusunun aktuallığı bir də onunla şərtlənir ki, 
ədibin  yaradıcılığı  bu  və  ya  digər  münasibətlə,  ayrı-ayrı 
problemlər  hüdudunda  təhlilə  cəlb  olunsa  da,  bütöv 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
18 
şəkildə ədəbi tənqidin hüdüdlarında öyrənilməyib, sistemli 
tədqiqat hədəfınə çevirlməyib. 
О  da  nəzərə  alınmalıdır  ki,  İlyas  Əfəndiyevin 
yaradıcılığı  əksərən  sovet  dövrü  ədəbi  tənqidinin  nüfuz 
dairəsində  olub  və  o  dövrün  ədəbi-estetik  prinsiplərinə 
uyğun  tərzdə  qiymətləndirilsə  də  tənqidimiz  onun 
yaradıcılığının  elə  cəhətlərini  aşkarlayıb  ki,  onun  milli 
mövqeyinin gizli, örtülü xüsusiyyətlərinin həmin tənqidi 
materiallar  əsasında  öyrənilməsi  müasirlik  cəhətdən 
əhəmiyyətlidir.  Bu  da  imkan  verir  ki,  son  illərin  istiqlal 
ideyaları işığında, demokratiya prinsipləri, azad cəmiyyət 
tələbləri  ilə  ədibin  yaradıcılığına  yanaşaraq  onun  lap 
əvvəldən  bu  ideyalara  xidmət  etdiyini  söyləməyə  nail 
olaq... 
 Odur  ki,  İlyas  Əfəndiyevin  nəsrini  və  bütövlükdə 
yaradıcılığını yalnız sosioloji mühit və sovetlər dövrünün 
ədəbi-bədii prosesi daxilində deyil, eyni zamanda müasir 
ictimai-mədəni 
tərəqqi 
və 
təkamül 
miqyasında 
aydınlaşdırmaq lazımdır... 
Bir  cəhəti  qeyd  edək  ki,  İlyas  Əfəndiyevin  yaradı-
cılığına  ədəbi  tənqidin  münasibəti  onun  barəsində 
yazılmış  ədəbiyyatşünaslıq qismindəki  tədqiqatlarda  qis-
mən  qiymətləndirilmişdir...  Yəni  həmin  əsərlərdə  ədəbi 
tənqidin materiallarına ardıcıl müraciət edilmiş, müəyyən 
nəticələri nəzərə alınmışdır... 
 İndiyə  qədər  Azərbaycan  ədəbiyyatşünaslığı,  elmi-
nəzəri fikri və publisistik düşüncəsində İlyas Əfəndiyevin 
yaradıcılığı  müxtəlif  aspektlərdə  öyrənilib,  onun  nəsri, 
dramaturgiyası  və  ədəbi  tənqidi  görüşləri  ayrı-ayrı 
müəlliflər tərəfindən təhlilə cəlb edilmişdir.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
19 
1930-cu  illərin  axırlarından  etibarən  nəsr  yaradı-
cılığına  başlayan  ədibin  ilk  əsərlərindən  tutmuş  sonrakı 
bütün 
əsərləri 
ədəbi-elmi 
ictimaiyyətin 
diqqət 
mərkəzində  olmuşdur.  Onun  ilk  yaradıcılığı  haqqında 
Səməd  Vurğun,  Mehdi  Hüseyn,  Əkbər    Ağayev,  Mirzə 
İbrahimov,  Məmməd  Arif,  Süleyman  Rəhimov,  Əli 
Vəliyev,  Əbülhəsən  Ələkbərzadə,  Kamal  Talıbzadə, 
İmran  Qasımov,  Hüseyn  Şərif,  Mehdi  Məmmədov  və 
başqaları kimi tanmmış ədəbiyyat, elm və sənət xadimləri 
dəyərli  fikirlər  söyləmiş,  ədibin  irsini  xarakterizə  edən 
diqqətəlayiq  məqalələr  yazmışlar.  (Ətraflı  bax:  Ağayev 
Ə.  ―Kənddən  məktublar‖.  Ədəbiyyat  qəzeti‖,  11  fevral, 
1940;  Şərifov  H.  Ümid  verən  yazıçı.  ―Kommunist‖ 
qəzeti,  8  dekabr,  1943;  Hüseyn  M.  Bir  nasirimiz 
haqqında. ―Kommunist‖ qəzeti, 5 aprel 1944; Arif M. Bu 
günkü  dramaturgiyamıza  bir  nəzər.  ―Vətən  uğrunda‖, 
1946,  N  1,  səh.62-78;  Orucəli  Hüseynov.  İlyasın 
hekayələri 
(―Aydınlıq  gecələr‖  kitabı  haqqında) 
―Ədəbiyyat‖ qəzeti, 7 sentyabr 1946-ci il və s.) 
 Ömrünün  sonuncu  ilinə  (1996)  qədər  ardıcıl  şəkildə 
yaradıcılıqla  məşğul  olan  İlyas  Əfəndiyevin  ədəbi-bədii 
fəaliyyəti  ümummilli  ədəbi-mədəni  hərəkat  məcrasında 
araşdırılmış,  onun  bədii-estetik  düşüncə  orjinallığı,  fərdi 
dil-üslub  xüsusiyyəti,  dramaturji  axtarışları  ədəbi  tənqid 
tərəfindən  geniş  şəkildə,  müxtəlif  problemlərə  uyğun 
tərzdə şərh olunmuşdur.  
 İlyas  Əfəndiyevin  yaradıcılığının  tənqiddə  şərhi 
tarixinə  nəzər  salarkən,  tanınmış  xalq  yazıçısı,  ədibin 
oğlu, tənqidçi-ədəbiyyatşünas,  filologiya  elmlər doktoru, 
professor Elçin olduqca  maraqlı faktları diqqətə çatdırır: 
―Cəfər  Cəfərov  və  Məmməd  Cəfər,  Əli  Vəliyev  və 
Osman  Sarıvəlli,  Cəfər  Xəndan  və  Əli  Sultanlı,  Mehdi 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə