Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə9/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   5   6   7   8   9   10   11   12   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
30 
malları, pal-paltar almaq hüququndan belə məhrum edil-
mişdir.  Lakin  yazıçının  nənə  və  babaları  bolşeviklərin 
ağalığından  əvvəlki  illərdə  yüzlərlə  yoxsul  ailələrə  əl 
tutan,  kasıblara  kömək  edən  xeyirxah  və  səxavətli 
adamlar  kimi  yadda  qaldıqlarından,  qohum-qonşu  dar 
ayaqda bu ailəyə gizlin də olsa kömək edirmişlər. 
 Yazıçı  bu  illərin  hadisələrini  xatırlayaraq  qeyd 
etmişdir:  «Bizim  ailəmiz  çox  ağır  vəziyyətdə  idi.  Atam 
səs  hüququndan  məhrum  edildiyi  üçün  uzun  illər  işsiz 
qaldı.  Yeddi  uşağın  böyüyü  mən  idim.  Atamın  vaxtı  ilə 
tikdirdiyi  böyük  evimiz  əlimizdən  alınmışdı.  Bizim 
doqquz adamdan ibarət ailəmizə hökumət tərəfindən zəbt 
edilmiş  evimizin  ikinci  mərtəbəsində  iki  balaca  otaq 
vermişdilər.  Balaca  qardaşlarım  yemək  stolunun  altında, 
üstündə yatırdılar». (Bax: Yenə orada, səh.43.) 
 Çoxuşaqlı  həmin  ailədə  ciddi  nizam-intizam  var  idi. 
Anaya  məhəbbət,  ataya  hörmət  ailədə  ciddi  əməl  olunan 
qaydalardan  idi.  Ailə  üzvləri  arasında  qarşılıqlı  hörmət 
hökm sürürdü: təbiətə məhəbbət, mütaliəyə, kitaba maraq 
ananın  təsirindən  irəli  gəlmişdi.  Bütün  müsəlman 
ailələrində  olduğu  kimi  Əfəndiyevlər  ailəsində  də  ata 
əsas şəxsiyyət idi və bütün problemləri o həll edirdi. 
 Qarabağın  aran  rayonlarında  yaşayan  yüzlərlə  başqa 
ailə  kimi  Məhəmməd  kişi  də  ailəsi  ilə  bərabər  yay 
aylarında  yaylağa  –  Şuşaya  köçərmiş.  İlyas  müəllimin 
uşaqlıq  illərinin  müəyyən  hissəsi  Şuşada  keçdiyindəndir 
ki,  yazıçının  yaradıcılığında  Şuşa  və  Qarabağ  mövzusu 
mühüm  yer  tutur.  Onun  ―Mahnı  dağlarda  qaldı‖, 
―Xurşidbanu Natəvan‖ pyeslərində, ―Dağlar arxasında üç 
dost‖,  Geriyə  baxma,  qoca‖,  ―Üçatılan‖  romanlarında, 
―Qoca  tarını  çaldı‖,  ―Qarı  dağ‖,  ―Yaylaq  qonşumuz‖, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
31 
―Qaçaq  Süleymanın  ölümü‖,  ―Xan  qızı  Gülsənubərlə 
tarzən  Sadıqcanın  nağılı‖  və  s.  hekayə  və  povestlərində 
bir başa, digər əsərlərində dolayısı yolla olsa da Qarabağ 
mühiti  qüdrətli  sənətkar  qələmi  ilə  təsvir  edilmişdir  ki, 
yazıçının bu cəhəti müstəqillik dövrü ədəbi-tənqidimizin 
diqqət mərkəzində olmuşdur... 
 Bu  ailənin  xoş  günləri,  yazıçının  uşaqlıq  illərinin 
sevincli  anları  1920-ci  ilin  aprel-may  aylarında  sona 
yetmişdir. «Kulak» damğası vurulmuş bu ailənin üzvləri 
hərə  bir  tərəfə  dağılmış,  təhlükəsizlik  orqanlarının 
qorxusu,  həbs  olunmaq  təhlükəsi  qohumları  bir-birindən 
aralı salmışdı. 
Yazıçının atası 30-cu illərin ədalətsizliklərinə, təqib və 
təhqirlərə dözmür, uzun illər işsiz qalır, ailəsini dolandıra 
bilmir. Ağır xəstələnərək «səksən  yaşlı qocaya dönmüş» 
Məhəmməd kişi 1934-cü ildə 50 yaşında vəfat edir. 
İ.Əfəndiyevin  nənələri  Fatma  xanım  və  Bəyaz  nənə, 
anası  Bilqeyis  xanım  geniş  dünyagörüşünə  malik, 
savadlı,  şifahi  xalq  ədəbiyyatının  çoxlu  nümunələrini, 
əfsanə,  nağıl  və  dastanlarını  sinələrində  gəzdirən  el 
ağbiçəkləri  olmuşlar.  Onun  dünyagörüşlü  bir  gənc  kimi 
formalaşmasında,  kitaba,  ədəbiyyata,  ümumiyyətlə 
mütaliəyə  maraq  oyanmasında  anası  Bilqeyis  xanımın 
əvəzsiz  xidmətləri  olmuşdur.  O,  İlyas  müəllimə  yalnız 
ana  yox,  Məhəmməd  kişi  vəfat  etdikdən  sonra, 
müəllimlik, yoldaşlıq, həm də atalıq etmişdir...  
 İ.Əfəndiyev  anası  haqqında  yazmışdır:  «Anam 
keçmiş  müsəlman  qızları  kimi,  evdə  mollakunə 
adamlardan dərs almışdı. Ərəb və rus əlifbalarında  yazıb 
oxuyurdu.  Mütaliəni  çox  sevirdi.  Azərbaycan  dilində 
çıxan  kitabların,  demək  olar  ki,  hamısını  oxumuşdu. 
Mənə  ərəb  və  latın  əlifbalarında  yazıb  oxumağı  da  o 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
32 
öyrətmişdi.  Uşaq  vaxtı  anam  bizə  oxuduğu  kitablardan 
hədsiz-hesabsız  əhvalatlar  danışardı.  Onun  oxuyub  bizə 
nağıl  elədiyi  «Ərmənusə»,  «İngilis  xanımı»,  «Hind 
racəsi»,  «Rüstəm  və  Zöhrab»,  «Əlif  Leyla»  və  sairə 
kitablar  indi  də  yadımdadır.  Füzulinin  «Leyli  və 
Məcnun»  əsərini  də  mən  ilk  dəfə  anamdan  eşitmişdim. 
Ümumiyyətlə, anamız çox incə zövqə malik bir qadın idi. 
Dövrün  ictimai  hadisələrindən  də  baş  çıxarırdı.  Allahsız 
olmasa  da,  mollalardan  zəhləsi  gedərdi.  Məndə  güclü 
mütaliə  həvəsi  məhz  anamın  təsirilə  oyanmışdır».  (Bax: 
Yenə orada, səh. 43.) 
 Danışılan  bu  əhvalatlar,  nağıl  və  əfsanələr  onun  incə 
qəlbinə 
təsir 
etmiş,  sonralar  bir  yazıçı  kimi 
formalaşmasında mühüm rol oynamışdır. İ.Əfəndiyev bu 
haqda  yazmışdır:  «...bunları  bizə  danışanda  mənim 
xəyalımda  heyrətli  bir  aləm  yaranırdı  və  bu  aləmin 
qəhrəmanları,  onların  igidlikləri  uzun  zaman  gözümün 
qabağından  getmirdi.  Mən  onların  iztirabları  ilə 
həyəcanlanıb  pərişan  olur,  qələbələrinə  sevinirdim  və 
getdikcə xəyalımda yaranan bu aləm mənə real həyatdan, 
təsadüf etdiyim insanlardan (yalnız anamdan başqa) daha 
artıq  xoş  gəlirdi...  O  aləm  daha  şirin,  daha  cazibədar 
görünürdü». (Bax: Yenə orada. səh.44.) 
Ən  maraqlısı  budur  ki,  İ.Əfəndiyevə  «xoş  gələn»  bu 
sirli  aləm  sonralar  onu  öz  qoynuna  alır,  nənəsi  və 
anasının  danışdıqları  və  cib  dəftərlərinə  qeyd  olunan 
«maraqlı  əhvalatlar»  bir  sıra  bədii  əsərlərin  fabulasına 
çevrilir.  Məsələn,  Fatma  nənənin  danışdığı:  «Quşların 
dilini  bilən  Süleyman  padşah  bütün  quşlara  əmr  edir  ki, 
hər  biriniz  mənə  dünyanın  ən  gözəl  quş  balasını  tapıb 
gətirin!  Qarğa  çox  axtarır,  onlarla  quş  balasına  baxır, 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə