Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə10/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   6   7   8   9   10   11   12   13   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
33 
axırda  özünün  eybəcər  balasını  dimdiyinə  alıb  aparır  və 
Süleyman padşaha deyir: Qibleyi-aləm! Dünyada bundan 
gözəl  quş  balası  tapmadım»  –  əhvalatı  «Sağsağan» 
hekayəsində  qələmə  alınmışdır  –  və  yaxud,  məzmunu 
«Kitabi-Dədə  Qorqud»dan  gələn,  xalqımızın  yadelli 
işğalçılara  qarşı  mübarizəsindən  söhbət  açan  digər  bir 
əfsanə «Qarı dağı» hekayəsi üçün əsas olmuşdur.  
Yazıçının 1991-ci ildə qələmə aldığı «Vəzir Allahverdi 
xan  və  Bəhlul  Danəndə»  hekayəsindəki  əhvalat  da 
anasının 
danışdığı 
rəvayətlərdən 
götürülmüşdür. 
Həmçinin, ―Apardı sellər Saranı‖, ―Qəhrəman ilə bülbülün 
nağılı‖,  ―Yusif  və  Efsir‖,  ―Abidin  yuxusu‖,  ―İsa-Musa‖ 
təkin əsərləri də bu qəbildəndir... 
 İ.Əfəndiyevin  uşaqlıq  və  gənclik  illəri  bir  tərəfdən 
belə  əfsanəli  və  rəvayətli  mühitdə  keçmişdisə,  digər 
tərəfdən 
bolşevik  qaragüruhunun  və  kommunist 
ideologiyasının  ən  qatı  dövrünə  təsadüf  etmişdir.  Bütün 
varlılar 
kimi 
Əfəndiyevlər 
ailəsi 
də 
dövrün 
ədalətsizlikləri  ilə  qarşılaşmışdır.  Bunlar  isə  İlyas 
Əfəndiyevin  qəlbində  dərin  iz  salmışdır.  Yəqin  ki,  onun 
ədəbi  qəhrəmanlarındakı  mövcud  rejimlə  örtülü 
barışmazlıq  ruhu,  elə  yazıçının  öz  xarakterindəki 
kommunist  və  sovet  rejiminə  qarşı    nisbi  narazılıq, 
zamanın qatı ideoloji tələbləri ilə barışmamaq meylindən 
əmələ gəlmişdir.   
Yazıçı  hələ  uşaq  yaşlarından  zəhmətə  alışmış, 
məktəbə  getməzdən  əvvəl  yazıb-oxumağı  öyrənmiş, 
kitablara böyük maraq göstərmiş, çoxlu mütaliə etmişdir. 
1921-ci  ildə  birinci  sinifə  gedən  İlyas  müəllim  1930-cu 
ildə  pedaqoji  təmayüllü  iki  dərəcəli  orta  məktəbi  əla 
qiymətlərlə  bitirmişdir.  Məktəbin  direktoru  Cəmil  bəy 
Vəzirov,  müəllimləri  Mehdi  Mehdizadə,  Cümşüd 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
34 
Zülfüqarlı,  Bəylər  Ağayev  kimi  sonralar  məşhur  olmuş 
savadlı  ziyalılar  da  onun  həyatında,  şəxsiyyətinin, 
xarakterinin formalaşmasında mühüm rol oynamışdı. 
Orta məktəbdə oxuyarkən müəllimlərin tapşırıqları ilə 
kifayətlənməyən  İ.Əfəndiyev  dərsdən  əlavə,  müstəqil 
mütaliə  yolu  ilə  çoxlu  bədii  kitablar,  o  cümlədən  rus 
ədəbiyyatı 
klassiklərindən 
Aleksandr 
Puşkin, 
M.Y.Lermontov, A.P.Çexov, İ.Turgenev, Maksim Qorki 
kimi  sənətkarların  dilimizə  tərcümə  olunmuş  əsərlərini 
mütaliə  etmiş,  eyni  zamanda  riyaziyyat  və  fizika 
elmlərinə  böyük  maraq  göstərmiş,  coğrafiyanı  həvəslə 
öyrənmiş,  böyük  səyyahların,  o  cümlədən  R.Amundsen, 
Nansen, 
Xristofor  Kolumb

Ameriqo  Vespuççi
  kimi 
maraqlı  adamların  həyatını  əks  etdirən  kitabları  da 
oxumuşdur.  
 Əlbəttə,  bədii  ədəbiyyat  və  ədəbiyyatşünaslıq  onu 
daha  çox  maraqlandırırdı.  İ.Əfəndiyev  yazır:  «Klassik 
romanlar, pyeslər, poemalarla bərabər, o zaman haqqında 
çox danışılan professor Friçe, professor Koqan, professor 
Köprülüzadə,  İsmayıl  Hikmət  kimi  məşhur  ədəbiyyat 
alimlərinin  əsərlərini  də  yorulmadan,  həvəslə  oxuyub 
balaca  dəftərçələrdə  özüm  üçün  konspektlər  çıxarırdım. 
Mən  gələcəkdə  Köprülüzadə  kimi,  professor  Friçe  kimi 
böyük  ədəbiyyat  alimi  olmaq  xəyalı  ilə  hey  həvəslənir, 
hey oxuyurdum». (Bax: Yenə orada, səh. 45.) 
 Dünya  ədəbiyyatı  və  mədəniyyəti  sahəsində  yüksək 
zirvəyə  qalxmış 
onlarla  sənətkarların  həyatı  və 
yaradıcılıq  təcrübəsi  bir  daha  sübut  edir  ki,  böyük 
ədiblərin,  rəssam  və  bəstəkarların  formalaşıb  yetiş-
məsində, öz xalqının qabaqcıl elm və mədəniyyət xadimi 
səviyyəsinə yüksəlməsində bir sıra mühüm həyati amillər 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
35 
həlledici  rol  oynamışdır.  Ədəbi  tənqidimiz  də,  yazıçının 
yaradıcılıq  yolunun  bir  çox  cəhətlərinin  izahında  onun 
həyat yolunun bu amillərini önə çəkməkdədirlər... 
Bir  daha  xatırladaq  ki,  sənətkarı  əhatə  edən  ictimai 
ədəbi  mühitin  bütün  mürəkkəblik  və  çoxcəhətliliyini 
öyrənmədən,  onun  müasirləri  ilə  əlaqələrinin  yerini  və 
mövqeyini 
dəqiq 
müəyyən 
etmədən 
yazıçının 
formalaşma 
və 
inkişaf 
prosesini 
doğru-düzgün 
müəyyənləşdirmək  və  mənalandırmaq  çətindir,  bəlkə  də 
mümkün deyildir. 
 Əlbəttə,  İ.Əfəndiyevin  bir  gənc  kimi  yetişməsində, 
mütaliəyə, ədəbiyyata, elmə böyük maraq göstərməsində, 
hər  şeydən  əvvəl,  ailə  tərbiyəsinin,  ata-ana  ocağının  çox 
mühüm  təsiri  olmuşdur.  Lakin  bu,  həlledici  səbəb  olsa 
da, yeganə amil deyildi. 
 Yazıçının  formalaşıb  yetkinləşməsində,  bir  sənətkar 
kimi  püxtələşməsində  başqa  amillər  də  olmuşdur  ki, 
bunlardan  oxuduğu  və  dərs  dediyi  məktəbin  kollektivi, 
boya-başa  çatdığı  bölgənin  ictimai-mədəni  mühiti, 
gənclik  illərində  böyük  həvəslə  izlədiyi  və  maraqla 
mütaliə  etdiyi  «Qızıl  Araz»  adlı  rayon  qəzeti,  Füzulidə 
fəaliyyət  göstərən  xalq  teatrı,  ali  təhsil  aldığı  institut 
həyatı, işlədiyi «Yeni yol», «Kommunist» və «Ədəbiyyat 
qəzeti»  redaksiyaları  və  ən  nəhayət  Bakı  və  Yazıçılar 
İttifaqının  o  vaxtkı  ədəbi  mühiti  çox  böyük  təsir 
göstərmişdir.  Düzdür,  bu  amillərin  yazıçıya  biri  az,  biri 
çox  təsir  etmişdir,  lakin  onların  heç  biri  təsirsiz 
qalmamışdır... 
Orta  məktəbi  bitirdikdən  sonra  bir  müddət  Böyük 
Bəhmənli  kəndində  dil  və  ədəbiyyatdan  dərs  deyən 
İ.Əfəndiyev  1935-1938-ci  illərdə  Qaryagin  (Füzuli 
rayonu  o  vaxtlar  belə  adlandırılırdı)  şəhər  orta  məktə-


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə