Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə18/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   14   15   16   17   18   19   20   21   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
57 
Bu  əsər  ədəbi  tənqid  tərəfindən  yüksək  qiymətlən-
dirildi.  Tənqidçilərin  yazdığına  görə,  ictimai  həyatın 
qüsurlarını  realist  mövqedən  açıb  göstərən,  həyat 
həqiqətlərini  dolğun  şəkildə,  sənətkarlıqla  şərh  edən 
―Atayevlər  ailəsi‖  əsəri  sanki  teatr  kollektivini  yenidən 
səfərbər  edib,  həqiqi  yaradıcılıq  yoluna  doğru  yönəltdi. 
İlyas  Əfəndiyev  müasirliyin  məna  və  mahiyyətini, 
müasirlik  anlayışının  geniş  və  zəngin  məzmuna  malik 
olduğunu dərindən dərk edir və müasirliyi yalnız müasir 
mövzularla  məhdudlaşdıranların  yalnış  fikirlərinə  qarşı 
çıxırdı.  Buna  görə  də  «Atayevlər  ailəsi»  pyesi  teatr 
kollektivini  yenidən  müasirlik  uğrunda  mübarizəyə 
səsləyə  bildi.
  (Bax:  Mehdi  Hüseyn.  «Atayevlər  ailəsi» 
(Əsərin tamaşaya qoyulması münasibətilə) //Kommunist. 
-1954.  -  23  oktyabr;  M.  Hüseyn.  Ədəbiyyat  və  sənət 
məsələləri. - Bakı: Azərnəşr, 1958. - s.573-578.)
 
Deyildiyi  kimi,  quruluşçu  rejissor  Tofiq  Kazımov 
pyes üzərində işə başlarkən ilk növbədə rolların aktyorlar 
arasında  düzgün  bölünməsinə  nail  olur.  Dramaturqun 
özünün  qeyd  etdiyi  kimi,  «hansı  rolun,  hansı  aktyorun 
daha  təbii  ifa  edə  biləcəyini  düzgün  təyin  etmək  hissi, 
yaradıcılıq  intuisiyası  Tofiq  Kazımovda  çox  güclü  idi». 
O,  deyirdi:  «Rejissor  gərək  hər  bir  aktyorun  nəyə  qadir 
olduğunu,  onun  sənətkarlıq  potensialını  qabaqcadan 
düzgün  hiss  eləyə  bilsin.  Ancaq  belə  olduqda  aktyordan 
istəyini  tələb  eləyə  bilər».  (Bax:  Əfəndiyev  İ.  Seçilmiş 
əsərləri. 4 cilddə, 2-ci cild. Bakı, Azərnəşr, 1970, s.255.) 
 İlyas  müəllim  daha  sonra  yazır:  ―Tofiq  Kazımov 
«Atayevlər  ailəsi»  əsərinin  məşqinə  coşğun  həvəslə 
başladı.  Onun  məşqi  həmişə  olduqca  canlı  keçirdi. 
Aktyor  ifasında  qeyri-təbii,  saxta  hərəkəti  duymaqda 
onun  qeyri-adi  həssaslığı  var  idi.  Başqa  tamaşalarında 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
58 
olduğu  kimi  T.Kazımovun  quruluş  verdiyi  «Atayevlər 
ailəsi»  də  nəninki  obrazın  daxili  aləmini,  hətta  hər 
mizanın,  hər  bir  detalın  aydınlaşmasına,  tamaşaçılara 
təsir etməsinə çalışırdı. Tofiq Kazımov obrazın, xüsusilə 
psixoloji  cəhətdən  dürüst  çıxmasına  birinci  dərəcəli 
məsələ  kimi  baxırdı.  O,  realist  rejissor  olsa  da, 
tamaşaçının,  oxucunun  qəlbinə  təsir  eləməyən,  insanın 
ruhi  aləmini  sarsıtmayan  quru,  soyuq  realizmdən  uzaq 
gedirdi‖. (Bax:Əfəndiyev İ. ―Seçilmiş əsərləri‖, 4 cilddə, 
2-ci cild. Bakı, Azərnəşr, 1970, s.256.) 
Akademik  Mirzə  İbrahimov  «Atyevlər  ailəsi»  tama-
şasına  teatrımızın  gələcək  inkişafına  təsiri  baxımından 
prinsipial  qiymət  verərərkən  onun  vaxtilə  teatrlarımızda 
nəzərə 
çarpan, 
―romantik-qəhrəmanlıq 
üslubunun 
köhnəldiyinə  əks  sübut  olduğunu‖  da  göstərmişdi.  Qeyd 
olunmuşdu  ki,  ―Stanislavski  sisteminin‖  tətbiqinə  mane 
olan  «romantik-qəhrəmanlıq»  tamaşaları  ―aktyorların  – 
surətləri  realist  səhnə  təcəssümü  yolundan  kənara 
sapdırır.  İlyas  Əfəndiyev  teatrının  psixoloji  dərinliyə 
əsaslanan  realist  bütövlüyü  içərisində  insanı  həyata, 
mübarizəyə,  yeniliyə,  gözəlliyə  səsləyən  romantizm  və 
qəhrəmanlıq  cəhətləri  də  aydın  nəzərə  çarpırdı.  Bu  teatr 
əsasən psixoloji keyfiyyətlərin qüvvətli olması, realizmin 
dərinləşməsi  mövqeyindən  qeyri-təbii  vəziyyətlərə  qarşı 
durmuş, əxlaqi təmizliyi, mübarizliyi ilə təlqinedici gücə 
malik  obrazlar  təqdim  etmişdir.‖  (Bax:  M.İbrahimov. 
―Atayevlər  ailəsində‖,  «Kommunist»  qəzeti,  23  oktyabr 
1954-cü il.) 
Bu  əsər,  İlyas  Əfəndiyevin  də  qeyd  etdiyi  kimi 
―konfiliktsizlik 
nəzəriyyəsinin‖ 
iflasından 
sonra 
yazıldığından  olduqca  qeyri-adi  və  yeni  görsənirdi. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
59 
Bunları  tənqid  məqamında  və  yerində  tumuş,  İlyas 
Əfəndiyevin bu  yaradıcılıq konsepsiyasını təqdir emişdi. 
Dövrün  görkəmli  tənqidçisi  Mehdi  Hüseyn  yazırdı:  ―… 
əsərin  ən  çox  Xosrov  Atayev  və  onun  arvadı  Dilşad 
ətrafında fırlanan əsas dramatik konflikti, təbii olaraq ailə 
çərçivəsindən  çıxıb,  dərin  ictimai  mahiyyət  kəsb  edir. 
Müəllifin  əsl  məharəti  də  odur  ki,  o,  qəhrəmanlarını  öz 
iradəsinin  tələbini  ödəyən  bir  alətə  çevirmədən 
hadisələrin  inkişafında  canlı,  həyatın  daxili  məntiqinə 
əsaslanmış,  təsvir  etdiyi  bütün  insanların  fərdi 
xüsusiyyətləri  ilə  yanaşı,  onların  ictimai  məzmununu  da 
aça  bilmişdir…  Konfliktsiz  dramaturgiya  nəzəriyyəsinə 
zərbə endiriləndən bəri yaranmış dram əsərləri içərisində 
«Atayevlər  ailəsində»  pyesi  xüsusi  və  görkəmli  bir  yer 
tutur‖.  (  Bax:  M.Hüseyn.  «Atayevlər  ailəsində». 
«Kommunist», 1954, 23 oktyabr.) 
Sonralar,  pyesin  bu  cəhətini  ədəbiyyatşünas  Yaqub 
İsmayılov  da  qeyd  etmişdi:  ―Pyesdə  həyat  həqiqəti 
düzgün yaradıcılıq mövqeyindən mürəkkəbliyi ilə qələmə 
alınmış,  ideya,  real  bədii  lövhələr  və  surətlər  vasitəsilə 
ümumiləşdirilmişdir.  Odur  ki,  əsasən  bir  ailədə  cərəyan 
edən  bu  hadisə  və  mətləblər  tamaşaçını  fikrən  dərinlərə 
aparır, həyatın ictimai mahiyyətli dramatik mənzərəsi ilə 
tanış  edir.‖  (Bax:  İsmayılov  Y.  İlyas  Əfəndiyevin 
yaradıcılıq yolu. Bakı, Elm, 1991, s.129.) 
―Atayevlər  ailəsi‖nin  ədəbi  tənqiddə  şərhinin  və 
qiymətləndirilməsinin  üzərində  ona  görə  belə  geniş 
dayandıq ki, bu əsər İlyas Əfəndiyev yaradıcılığında həm 
yeni bir estetik keyfiyyətlə ortaya çıxmışdı, həm də onun 
yaradıcılıq  manerasının  keçid  mərhələsinin  əsasını 
qoymuşdu... 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə