Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə19/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   15   16   17   18   19   20   21   22   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
60 
XX  və  XXI  əsr  Azərbaycan  dramaturgiyası  məka-
nında İlyas Əfəndiyevin  əlahiddə  yeri var  və  bu  məkanı 
―İlyas Əfəndiyev məkanı‖ adlandırsaq daha dürüst olar. 
İlyas  Əfəndiyevin  bir  yaradıcı  şəxsiyyət,  Azərbaycan 
mədəniyyət  tarixindəki  mövqeyini  ulu  öndər  Heydər 
Əliyev ümumiləşdirərək yüksək qiymətləndirmişdir. 
 Məlumdur ki, Akademik Dövlət Milli Dram Teatrının 
təmiri  çox  uzandığına  görə,  İlyas  Əfəndiyev  özü  həmin 
teatrın  səhnəsində  tamaşaya  qoyulan  on  doqquzuncu 
əsərini – «Hökmdar və qızı» tamaşasını görə bilmədi. İlk 
tamaşa onun vəfatından düz qırx dörd gün sonra – 1996-
cı ilin 17 noyabrında böyük müvəffəqiyyətlə göstərildi (o 
vaxtdan  da  bu  günə  kimi  səhnədədir!)  və  1997-ci  il 
sentyabrın  20-də  ulu  öndər  Heydər  Əliyev  gəlib  o 
tamaşaya  baxdı,  əsəri  çox  yüksək  qiymətləndirdi, 
tamaşadan sonra yaradıcı heyətlə görüşərək dedi: 
 ―–  Şübhəsiz  ki,  biz  bu  gün,  ilk  növbədə,  əsərin 
müəllifinin  –  böyük  yazıçımız,  dramaturqumuz  İlyas 
Əfəndiyevin xidmətlərini qeyd etməliyik. 
...İlyas  Əfəndiyev  Azərbaycan  teatrına  çox  böyük 
töhfələr veribdir, böyük xidmətlər göstəribdir, çox dəyərli 
əsərlər  yaradıbdır.  İlyas  Əfəndiyevin  yaradıcılığı  başqa 
cəhətlərlə  yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, o öz 
əsərlərində  həm  Azərbaycan  xalqının  tarixinin  çox 
mühüm  səhifələrini  ədəbiyyat,  teatr  vasitəsilə  bugünkü 
nəsillərə  çatdırıbdır,  həm  də  öz  əsərlərində  müasir 
həyatımızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir 
edibdir.  Beləliklə,  xalqımızı  həm  tarixə  hörmət 
bəsləməyə  sövq  etmişdir  və  bu  barədə  xidmətlər 
göstərmişdir,  tarixi  bilmək  üçün  xalqımıza  yardım 
etmişdir, 
eyni 
zamanda, 
yaşadığımız 
zamanda 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
61 
mənəviyyat,  əxlaq,  insanlıq,  vətənə  və  millətə  sədaqət 
ruhunu  aşılamışdır.  Hesab  edirəm  ki,  xalqımız  bu 
məsələlərdən çox bəhrələnmişdir. 
Ona  görə  də  mən  bu  gün  İlyas  Əfəndiyevin  bütün 
yaradıcılığını,  onun  yazdığı  əsərləri  böyük  minnətdarlıq 
hissi  ilə  xatırlayıram.  Hesab  edirəm  ki,  o,  xalqımız 
qarşısında  öz  borcunu,  daha  doğrusu,  öz  missiyasını 
şərəflə  yerinə  yetirmişdir,  xalqımıza,  mədəniyyətimizə, 
teatrımıza, ədəbiyyatımıza çox böyük irs, böyük sərvətlər 
qoyub  getmişdir.  Güman  edirəm  ki,  bunu  xalqımız  heç 
vaxt unutmayacaqdır. Şübhəsiz ki, biz İlyas Əfəndiyevin 
xatirəsini  əbədiləşdirmək  üçün,  qərarlar  da  qəbul 
edəcəyik,  şəxsən  mən  bunu  edəcəyəm,  çünki  o  buna 
layiqdir. Belə əsərlərlə o, onsuz da özünü xalqın qəlbində 
yaşadacaqdır. 
 Onun  son  əsəri  –  bu  gün  sizin  təqdim  etdiyiniz  əsər 
həyatımız  üçün  çox  əhəmiyyətlidir.  Bu  gün  salonda  üç 
saatdan  artıq  vaxt  çox  tez  gəlib  keçdi.  Yeni  tamaşa  o 
qədər maraqlı, məzmunlu, mənalı idi, həm də siz hamınız 
o  dərəcədə  gözəl  ifa  etdiniz,  salonda  oturanlara  bu  əsəri 
gözəl  çatdırdınız,–  o  cümlədən  mənə  də,  –  heç  hiss 
etmədim ki, nə qədər vaxt keçibdir. Bu da ona görədir ki, 
birincisi – əsərin həsr olunduğu mövzu çox aktualdır, çox 
vacib  bir  mövzudur.  Bu  əsərlə  İlyas  Əfəndiyev  yeni  bir 
xidmət  edibdir,  bizim  tariximizin  o  dövrünü  açıb 
xalqımıza  göstəribdir...»  (Bax:  «Azərbaycan»  qəzeti,  23 
sentyabr 1997.) 
  
* * * 
 
50-ci  illərin  sonlarına  qədər  bir  dramaturq  və  xırda 
hekayələr  müəllifi  kimi  tanınmış  İ.Əfəndiyev  1958-ci 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
62 
ildə ilk dəfə iri həcmli «Söyüdlü arx» romanını oxuculara 
təqdim  edir.  Əsər  yazıçıya  böyük  uğur  qazandırdı  və 
onun  monumental  nəsr  yaradıcılığının  ilk  bünövrə  daşı 
oldu.  
Məlum  həqiqətdir  ki,  qısa  müddətdə  geniş  oxucu 
auditoriyası  qazanmaq  və  ədəbi  mühitdə,  sözün  yaxşı 
mənasında, bir təlatüm əmələ gətirmək baxımından İlyas 
Əfəndiyevin ―Söyüdlü arx‖ romanı öz dövrünün qiymətli 
sənət nümunəsi olmuşdur. 
1959-cu  ildə  kitab  halında  buraxılmış  bu  əsər  о 
vaxtadək bir hekayənəvis və dramaturq kimi məşhur olan 
İlyas  müəllimin  yeni  yaradıcılıq  imkanlarından,  orijinal 
romançı təfəkkürünə malik olduğundan xəbər verirdi. Bu 
roman  haqqında  о  illərin  qocaman  ədiblərindən,  gənc 
şairlərindən  başlamış,  görkəmli  tənqidçilərinə  qədər  bir 
çox müəlliflər məqalə və resenziyalarla çıxış etmiş, çoxlu 
oxucu  məktubları  nəşr  edilmişdi.  (Bax:
  Axundova  M. 
«Söyüdlü arx» (Eyni adlı roman haqqında) //Azərbaycan 
qadını.  -  1959.  -  №8.  -  s.18;  Xəlilov  Qulu.  Nəsr 
əsərlərimizə aid qeydlər. (1953-1958) //Xəlilov Q. Böyük 
sənət uğrunda. - Bakı: Azərnəşr, 1962. - s.40-64;
 Miryəh-
yayev  M.  İctimai  mübarizənin  ön  sırasında.  («Söyüdlü 
arx» romanı haqqında) //Ədəbiyyat və incəsənət - 1959. - 
16  iyul;  Rəhimov  S.  «Söyüdlü  arx»  barəsində 
//Ədəbiyyat  və  incəsənət.  -  1959.  -  7  fevral.;  Rza  Xəlil. 
«Söyüdlü  arx»  romanının  qəhrəmanı  Nuriyyəyə  açıq 
məktub //Azərbaycan gəncləri. - 1959. - 11 yanvar və s...) 
Akademik  Bəkir  Nəbiyev  bu  romanın  ədəbiyyata 
gəlişini  belə  xatırlayır:  ―Bir  gənc  tənqıdçi  olaraq  mən  о 
zaman 
Azərbaycan 
KP 
MK-nın 
orqanı 
olan 
―Kommunist‖  qəzetinin  redaksiyasında  mədəniyyət 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə