Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə20/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   16   17   18   19   20   21   22   23   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
63 
şöbəsinin  müdiri  vəzifəsində  çalışırdım.  Əsər  məni  elə 
mütəəssir  etmişdi  ki,  onun  haqqında  kiçik  bir  resenziya 
yazmaq  niyyətindən  vaz  keçdim.  Belə  qərara  gəldim  ki, 
yazıçının  özü  ilə  məsləhətləşib  əməkdaşı  olduğum 
qəzetin  xətti  ilə  mənim  doğma  yurdum  Ağdaşda 
―Söyüdlü arx‖ romanı ətrafında geniş bir oxucu konfransı 
keçirək.  Razılaşdıq.  (Onu  da  deyim  ki,  əsərlərini  hələ 
1945-ci ildən mütaliə etsəm də ədibin özü ilə 10 il sonra, 
1955-ci  ilin  yayında  Şuşada  tanış  olmuşdum.  Mən  və 
dostum  Əliağa  Kürçaylını  İlyas  müəllimgilə  ikimizin  də 
dostumuz,  Əfəndiyevlər  ailəsinə  məhrəm  olan  Qasım 
Oasımzadə aparmışdı. Elə о vaxtdan ədiblə ünsiyyətimiz 
tutdu  və  mənim  bu  gün  də  iftixar  duyğusu  ilə  əziz-əziz 
xatırladığım  dostluğumuzun  əsası  qoyuldu).  İlyas 
müəllimi  Ağdaşa  aparmaq,  ona  dədə-baba  evimizdə 
hörmət etmək üçün əlimə yaxşıca fürsət düşmüşdü. Lakin 
1960-cı  ilin  sərt  bir  fevral  günündə  bölgəyə  (rayona) 
getmək  məsələsi  reallaşanda  bir  qədər  soyuqlamış  İlyas 
müəllim  dedi:  ―Bəkir,  oxucuların  öz  mülahizələrində 
sərbəst  olmasına  şərait  yaratmaq  çox  vacibdir.  Mənim 
yanımda onlar ―etikanı güdmək‖ xətrinə tənqiddən çəkinə 
bilərlər.  Yaxşısı  budur  müzakirəni  keçirib  nəticəsini 
mənə  deyəsən".  Sonra  yazıçı  ―Hörmətli  Ağdaşlı 
yoldaşlar!‖  müraciətilə  başlanan  səmimi  bir  məktub  da 
yazıb mənə verdi... Həmyerlilərimizlə bir yerdə Ağdaşın 
mədəniyyət  evində  keçirdiyimiz  oxucu  konfransı  uğurlu 
oldu.  Onun  materialları  çıxış  edənlərin  şəkilləriylə 
birlikdə  ―Kommunist‖  qəzetinin  26  fevral  1960-cı  il 
tarixli  nömrəsində  bütöv  bir  səhifə  halında  dərc  olundu 
və  mən  həmin  qəzetin  bir  nüsxəsinin  üstünə  bir  neçə 
xatirə sözü yazıb llyas müəllimə yadigar verdim...‖ (Bax: 
Nəbiyev  B.  O  həmişə  müasirdir.  İlyas  Əfəndiyevin  3 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
64 
cildlik  seçilmiş  əsərlərinin  I  cildinə  yazılmış  ön  söz. 
Bakı, ―Avraasiya Press‖, 2005, s.11.) 
 Filologiya 
elmlər 
doktoru,  şair-ədəbiyyatşünas, 
məzmunlu  ədəbi-tənqidi  məqalələrin  müəllifi  Qasım 
Qasımzadə  İlyas  müəllimin  ilk  romanı  haqqında  yazır: 
―Nəsr  sahəsində  gözəl  nümunələr  yaradan  müəllifin 
―Söyüdlü  arx‖ı  onun  təkrarsız  yaradıcılıq  nailiyyəti 
olmaqla  yanaşı,  ümumən  lirik-psixoloji  üslubun  roman 
janrı  vasitəsilə  zənginləşib  dərinləşmə  imkanlarını 
göstərən  axar-baxarlı  yeni  məcra  idi‖  (Bax:  Qasımzadə 
Q.  Ədəbiyyatımız,  mənəviyyatımız.  Bakı,  Yazıçı,  1988, 
s.234 – 408 səh.) 
Xüsusən,  ―Söyüdlü  arx‖  romanındakı  Nuriyyə  obra-
zının  yeniliyi,  orijinallığı  ədəbi-tənqidin  təhlil  obyektinə 
çevrilmişdi.  Mehdi  Hüseyn,  Mirzə  İbrahimov,  Məmməd 
Arif,  Əkbər  Ağayev  kimi  tənqidçilər  Nuriyyənin 
Azərbaycan nəsrində yeniliyini xüsusi qeyd edirdilər. Bu 
obrazla  İlyas  Əfəndiyevin  yeni  düşüncəli  qadın 
obrazlarının  (məsələn  Səriyyə  tipli)  başlanğıcını 
qoymasının  mahiyyəti  ortaya  çıxmışdı.  Biz  sonralar 
Nuriyyədə hələ rüşeyim halında olan xarakterik, psixoloji 
keyfiyyətlərin onun Səriyyə, Səlimə, Sarıköynək və s. bu 
tipli obrazlarında dərinləşdiyini ğörürük... 
Məsələn,  akademik  Mirzə  İbrahimov  bu  obrazı  belə 
səciyyələndirirdi: 
―Konkret insan surətləri, canlı və qüdrətli qəhrəmanlar 
vasitəsilə  bədii  ədəbiyyat  dövrün  həqiqətini  açır, 
insanlara  köməк  edir  ki,  öz  zəmanələrini,  onun 
həqiqətlərini  doğru  dərk  etsinlər  və  mürəkkəb,  dolaşıq 
həyat  mübarizələrində  düzgün  istiqamət  tuta  bilsinlər. 
―Söyüdlü  arx‖  romanının  baş  qəhrəmanı  Nuriyyə  məhz 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
65 
belə  qəhrəmanlardandır.‖  (Bax:  İbrahimov  M.  Böyük 
ideallar,  böyük  qəhrəmanlar  ədəbiyyatı,  «Ədəbiyyat  və 
incəsənət» qəz., 1984, 23 sentyabr.) 
Nuriyyə  obrazının  İlyas  Əfəndiyev  nəsrinin  təkamü-
lündəki 
əhəmiyyətini 
ədəbiyyatşünaslarımız 
və 
tənqidçilərimiz  sonrakı  məqamlarda  da  qiymətlən-
dirmişlər. 
 Bunlardan 
prof. 
Akif 
Hüseynovun,  prof.Vəli 
Osmanlının,  prof.  Vilayət  Quliyevin,  prof.  Himalay 
Ənvəroğlunun,  prof.  Vaqif  Yusiflinin  fikir  və 
müşahidələri xüsusi maraq doğurur. (Bax: Osmanlı Vəli. 
Psixoloji  təhlil  və  bədii  yaradıcılıq.  («Söyüdlü  arx» 
romanı haqqında) //Ədəbiyyat və incəsənət. - 1973. - 11 
avqust;  Hüseynov  A.  Müxtəlifliyin  birliyi.  Bakı.  Yazıçı, 
1983,  s.184;  Yusifli  V.  Tənid  yarpaqlari.  Bakı:  Gənclik, 
1998,  s.  29;  Quliyev  V.  Tarixdə  iz  qoyan  şəxsiyyətlər. 
Bakı: Ozan, 2000, s. 430; Ənvəroğlu H. Azərbaycan ədə-
biyyatının  yaradıcılıq  problemləri.  Baki:  Elm,  2004,  s. 
365.)  
Tənqid  düzgün  olaraq  qeyd  edirdi  ki,  İlyas  Əfəndi-
yevin  bədii  tip,  portret,  xarakter  yaratma  məharəti  onun 
povest  və  romanlarının  əsas  göstəricilərindəndir.  Yazıçı 
bu  əsərlərində  lirik-psixoloji  təhlil  üsuluna  əsaslanaraq 
qəhrəmanların  mənəvi  dünyasının  daha  dərin  qatlarına 
işıq  salır,  onların  subyektiv  keyfiyyətlərini  ictimai  həyat 
hadisələri fonunda təsvir edir, qəhrəman tipi və cəmiyyət 
həqiqətlərinin  qarşıdurmasını  yaratmağa  müvəffəq  olur. 
Beləliklə  də,  yazıçı  adi,  sadə,  əməkçi  insanları  ―düşünən 
qəhrəmanlar‖,  ―iztirabkeş-kamil  vətəndaş‖  səviyyəsinə 
yüksəltməyə  nail  olur.  İlyas  Əfəndiyevin  povest  və 
romanlarını  təhlil  edən  ədəbiyyatşünas  Himalay 
Ənvəroğlu  doğru  olaraq  yazır  ki,  ―gerçəkliyin  hansı 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə