Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə23/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   19   20   21   22   23   24   25   26   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
73 
Sənət  ülviyyətinə  sədaqət.  (İlyas  Əfəndiyev-80)  //Xalq 
qəzeti.  -  1994.  -  27  may.;  Abdullazadə  A.  Bir  ömrün 
poeziyası  və  ya  yubiley  təntənələrindən  sonrakı 
düşüncələr.  (İ.Əfəndiyev-80)  //İncəsənət.  -  1994.  -  6 
sentyabr.;  Əfəndiyev  Əmin.  Ədibin  ilk  hekayəsi  (İlyas 
Əfəndiyev  -  85) //Ədəbiyyat qəzeti. -  1999.  -  26 noyabr 
və s... ) 
1990-cı ildə Azərbaycanın Milli Teatrı öz tarixində ilk 
dəfə  olaraq  xarici  ölkəyə  -  Türkiyəyə  qastrol  səfərinə 
çıxmışdır.  Bu  səfər  zamanı  Teatr  İstanbul  və  Ankara 
şəhərlərində  teatr  həvəskarlarına  İ.Əfəndiyevin  «Bizim 
qəribə  taleyimiz»  və  «Sevgililərin  cəhənnəmdə  vüsalı» 
əsərlərinin  tamaşasını  göstərmişdir.  Böyük  uğurla 
qarşılanan  bu  əsərlər  haqqında  Türkiyə  mətbuatı  onlarla 
sanballı məqalələr vermişdir. 
Həmin tarixi mədəniyyət hadisəsini xatırladan tanınmış 
teatrşünas,  professor  İnqilab  Kərimov  belə  şərh  etmişdir: 
"1989-cu  ilin  oktyabr  ayında  M.Əzizbəyov  adına 
Azərbaycan  Dövlət  Akademik  Dram  Teatrının  direktoru 
Həsən Turabov Türk Dünyası Araşdırmaları Vəqfindən bir 
məktub  aldı.  Vəqf  Azərbaycanın  görkəmli  dramaturqu 
İlyas  Əfəndiyevin  pyeslərini  göstərmək  üçün  teatrı 
Türkiyəyə dəvət etmək fikrində idi. Əlbəttə, bu çox şad bir 
xəbər idi. Əvvala, Azərbaycan teatrı 117 illik taixinin son 
70  ilində  bir  dəfə  də  olsun  xarici  ölkələrdə  qastrolda 
olmamışdı. İkincisi, tənqidin çox doğru olaraq qeyd etdiyi 
kimi,  uzun  illərdir  ki,  teatrın  əsas  repertuar  yükünün 
ağırlığı  İlyas  Əfəndiyevin  öhdəsindədir;  bu  böyük 
dramaturqun  yaradıcılığı  dünyanın  bir  sıra  ölkələrinin,  o 
cümlədən  Türkiyə  ictimaiyyətinin  diqqət  mərkəzində 
olmuşdur.  Müasir  türk  mətbuatı  onu  Azərbaycan 
ədəbiyyatının canlı klassiki adlandırıb... 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
74 
... Bakıya  gələn ilk  158 nəfərlik nümayəndə  heyətinə 
Vəqfin  rəhbəri,  iqtisad  elmləri  doktoru,  professor  Turan 
bəy Yazqan başçılıq edir. Onlar teatrda İlyas Əfəndiyevin 
"Sevgililərin  cəhənnəmdə  vüsalı"  tamaşasına  baxırlar. 
Türk  Dünyası  Araşdırmaları  Vəqfinin  xüsusi  mükafatını 
İlyas Əfəndiyevə təqdim edirlər... 
 ... Azərbaycan teatrı  1990-cı il  may ayının 1-dən 15-
nə  kimi  Türkiyədə  qastrolda  olmalı,  İstanbul,  Ankara, 
İzmir  şəhərlərində  tamaşalar  göstərməliydi.  İstanbulda  6 
tamaşa  (üç  tamaşa  "Bizim  qəribə  taleyimiz",  üçü  isə 
"Sevgililərin cəhənnəmdə vüsalı"), Ankara və İzmirdə isə 
hər iki tamaşanı iki dəfə göstərmək nəzərdə tutulmuşdu. 
... 1990-cı il may ayının 1-də Azərbaycan Dövlət Aka-
demik  Dram  Teatrının  37  nəfər  üzvü  Sovet-Türk 
sərhəddini  SƏRP-HOPA  zolağından  keçərək  Türkiyə 
torpağına  daxil  olurlar.  Türkiyədə  Azərbaycan  sənət-
çilərini  gül-çiçəklə,  duz-çörəklə,  folklor  ansamblının 
gözəl  mahnı  və  rəqsləri  ilə  böyük  diqqət,  qayğı  və 
məhəbbət hissi ilə qarşılayırlar... 
 ... May ayının 2-də teatr birinci olaraq özünün "Bizim 
qəribə  taleyimiz"  adlı  tamaşasını  Türkiyənin  ən 
möhtəşəm,  ən  müasir  səhnə  texnikasına  malik,  1250 
nəfərlik tamaşaçı salonu olan Atatürk Kültür Mərkəzində 
göstərdi.  Tamaşalar  çox  böyük  müvəffəqiyyətlə  keçmiş, 
gözlənildiyindən  daha  artıq  səmimiyyət  və  hərarətlə 
qarşılanmışdı.  Teatrın  o  vaxtkı  sərəncamçı  direktoru 
Ədalət  Vəliyev  yazır  ki,  "tələbkar  türk  tamaşaçıları 
tamaşa  bitdikdən  sonra  salonu  tərk  etmək  istəmir, 
dəfələrlə  aktyor  heyətini,  rejissoru  səhnəyə  dəvət 
edirdilər.  "Yazar  gəlsin,  yazar  gəlsin!"-  deyə  hörmətli 
dramaturqumuz  İlyas  Əfəndiyevi  tələb  edirdilər.  Demək 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
75 
olar ki, hər bir tamaşadan sonra teatrımızın bədii rəhbəri, 
xalq  artisti  Həsən  Turabov  səhnəyə  çıxır  və  sevimli 
yazıçımız  İlyas  Əfəndiyevin...  adından  hərarətli  qəbul 
üçün qədirbilən türk tamaşaçılarına dərin minnətdarlığını 
bildirirdi... 
...  Türkiyənin  ən  mötəbər  informasiya  agentlikləri, 
Türk  televiziyası  və  mətbuatı  kollektivimizin  uğurlu 
çıxışları  ilə  bağlı  olaraq  "Tərcüman",  "Türkiyə", 
"Hürriyyət",  "Cümhuriyyət",  "Milliyyət",  "Günəş", 
"Zaman",  "Dünya"  və  s.  qəzet  səhifələrində  tanınmış, 
görkəmli  səhnə  xadimi,  yazıçı  Niyazi  Yıldırım 
Gəncosmanoğlunun,  kinodramaturq  Sevinc  Çokumun, 
naşir Tahı Açyolun, teatrşünas Fatma xanımın və Hüseyn 
Başüstənin,  qəzetçilər  Murad  Arvaz  və  Səlcuk  Alkun, 
teatrşünas  və  sənətçi  Həyati  Əsilyazıçı,  türk  ziyalı  və 
oxucularının, teatrsevərlərinin diqqəti cəlb edəcək "İlyas 
Əfəndiyev məktəbdir", "Azərbaycanın böyük yazarı İlyas 
Əfəndiyev",  "Böyük  Azərbaycan  dramaturqu"  və  s. 
onlarca  bu  kimi  başlıqlar  altında  geniş  məqalə  və 
resenziyalar, fotoşəkillər dərc edirdilər.... 
... May ayının 14-də "Sevgililərin cəhənnəmdə vüsalı" 
son  vida  tamaşasından  sonra,  Türkiyə  Respublikasının 
mədəniyyət  naziri  Namiq  Kamal  Zeybək  bəy  gecədən 
xeyli  keçmiş  kollektivin  şərəfinə  düzəltdiyi  gözəl 
ziyafətdə  xalq  yazıçısı  İlyas  Əfəndiyev  haqqında  çox 
qiymətli fikirlər söylədi... 
 ...  1998-ci  ilin  noyabr  ayında  Azərbaycan  Dövlət 
Milli  Akademik  Dram  Teatrının  kollektivi  Türkiyənin 
Ərzurum,  Sivas,  Kayseri  və  Ankara  şəhərlərində  İlyas 
Əfəndiyevin  "Hökmdar  və  qızı",  B.Vahabzadənin 
"Özümüzü kəsən qılınc", Elçinin "Mənim sevimli dəlim" 
əsərlərinin  tamaşalarını  göstərdilər..."  (Bax:  Kərimov  İ. 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə