www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
70
II FƏSIL
İlyas Əfəndiyev yaradıcılığının 1960-1990-cı
və müstəqillik illəri ədəbi tənqidində dərki
1960-cı ildə Respublikanın Əməkdar İncəsənət xadimi
fəxri adını almış İ.Əfəndiyevin yaradıcılığında 60-90-cı
illər ən məhsuldar dövr hesab olunur. Bu illərdə onun
yaradıcılığında janr rəngarəngliyi özünü göstərir, bir-
birinin ardınca iri nəsr əsərləri, ciddi ictimai-siyasi
problemlər qaldıran, gözəl mənəvi keyfiyyətlər aşılayan,
eyni zamanda müasir Azərbaycan nəsrinin yüksək bədii-
estetik səviyyəli nümunələri kimi şöhrət qazanmış
«Körpüsalanlar» /1960/, «Dağlar arxasında üç dost»
/1963/, «Sarıköynəklə Valehin nağılı» /1976-78/, «Geriyə
baxma, qoca» /1980/, «Üçatılan» /1981/ kimi povest və
romanlarını dərc etdirir, eyni zamanda, maraqlı dram
əsərlərini qələmə alır, publisist və ədəbiyyatşünas kimi
məhsuldar yaradıcılıq yolu keçir.
Bu illərin məhsulu olan «Sən həmişə mənimləsən»
/1964/ pyesi ilə Azərbaycan səhnəsində lirik-psixoloji
dramanın əsasını qoyur. Bu yolu uğurla davam etdirən
dramaturq «Mənim günahım» /1967/, «Unuda bilmirəm»
/1968/, «Məhv olmuş gündəliklər» /1969/, «Qəribə
oğlan» /1973/, «Bağlardan gələn səs» /1976/ və s.
pyeslərini
yazır. Ölməz sənət nümunələri kimi
Azərbaycan dramaturgiyası xəzinəsini zənginləşdirən,
yüksək vətəndaşlıq pafosu, incə lirizm və dərin psixoloji
tapıntılarla aşılanan bu pyeslər teatr sənətimizdə yeni bir
mərhələ açır, «İlyas Əfəndiyev teatrı» yaranır.