Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə26/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   22   23   24   25   26   27   28   29   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
82 
―Qaçaq  Süleymanın  ölümü‖  (1993),  ―Xan  qızı 
Gülsənubərlə  tarzən  Sadıqcanın  nağılı‖  (1996)  kimi 
əsərlərilə  Azərbaycan  nəsrinin  inkişafını  yeni  mərhələyə 
yüksəltmişdir. İlyas  Əfəndiyevin  ədəbi-bədii irsi XX  əsr 
azərbaycanlısının  təfəkkürünün,  düşüncələrinin,  psixolo-
giyasının,  ictimai-sosial  həyatının,  məişətinin,  yaşantıla-
rının,  duyumlarının  aynasıdır,  problemlərinin,  ağrı  və 
acılarının, iztirablarının, iftixar və günahlarının arxividir, 
öyrənc yeridir. 
Bu  cür  qələm  sahiblərinin  əsərləri  onların  sağlığında 
və  sonra  dönə-dönə  müxtəlif  qəzet  və  jurnallarda  seçmə 
halında, ayrı-ayrı nəşriyyatlarda kitablar kimi bütöv halda 
nəşr edilir, dərsliklərə düşür, pyesləri müxtəlif teatrlarda, 
fərqli rejissorlar tərəfindən dönə-dönə tamaşaya qoyulur, 
efir və ekran vasitəsilə səsləndirilir və nümayiş etdirilir.  
Bu  əsərlər  ardıcıl  olaraq  ədəbi  və  ictimai  mühit 
tərəfindən  dönə-dönə  qiymətləndirilir,  barəsində  fikirlər 
söylənilir,  ədəbi-tənqidi  məqalələr  yazılır,  ətrafında 
tədqiqatlar aparılır, dissertasiyalar yazılır... 
Ədəbi  tənqidimizin  fikrincə  (Elçin,  Yaşar  Qarayev, 
Akif  Hüseynov,  Şamil  Salmanov,  Yaqub  İsmayılov, 
Əmin  Əfəndiyev,  Nizaməddin  Şəmsizadə,  Şirindil 
Alışanlı, Vaqif Yusifli və başqaları... )  İlyas Əfəndiyevin 
yaradıcılığı bütünlükdə Azərbaycan ədəbiyyatının vaxtilə 
sovet  dövrü  adlandırılan  ikinci  respublika  mərhələsinin 
ədəbiyyatına  dair  əsaslı  ədəbi  düşüncələr  üçun  zəngin 
material verir.  
XX  əsr  ədəbi-tənqidimizin  korifeylərindən  olan 
akademik  Məmməd  Arif  yazırdı:  ―Sovet  ədəbiyyatının 
inkişafında,  onun  ideya-bədii  təkamülündə  İlyas 
Əfəndiyevin rolu olduqca böyükdür. Cəsarətlə deməliyik 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
83 
ki,  İlyas  Əfəndiyev  sovet  dramaturgiyasının  tarixində 
xüsusi bir  mərhələ  təşkil edir.  ...İlyas Əfəndiyev hər cür 
milli  məhdudluqdan  uzaq  bir  yazıçıdır.  Ədəbiyyatımızın 
beynəlmiləlçilik,  ümumbəşəri  ideyalarına  sadiq  olan 
ədib,  cəmiyyətdə  müxtəlif  millətlərdən  olan  insanların 
necə  qardaş  kimi  əlbir  çalışıb,  xoşbəxt  yaşadıqlarını 
dövrümüzün ən böyük nailiyyəti kimi təsvir edir.‖ (Bax: 
―Kommunist‖ qəzeti, 1974, 17 noyabr.)  
Akademik  Məmməd  Arifin  bu  fikrinə  münasibət  bil-
dirən  filologiya  elmlər  doktoru,  şair-ədəbiyyatşünas 
Qasım  Qasımzadə  yazırdı:  ―Bu  sözlər  Cəfər  Cabbarlı, 
Səməd  Vurğun  kimi  sənətkarlarımızın  irsini  tədqiq  edib 
monoqrafiyalar yazan, özünə-sözünə həmişə tələbkarlıqla 
yanaşan  mötəbər  bir  alimin,  akademik  Məmməd  Arifin 
qələmindən  çıxdığı  üçün,  demək  olar  ki,  ədəbi 
ictimaiyyətin  də  qənaətidir.‖  (Bax:  Qasımzadə  Q. 
―Ədəbiyyatımız,  mənəviyyatımız‖.  Bakı,  Yazıçı,  1988, 
s.233.) 
 Lakin  bu  o  demək  deyildi  ki,  İlyas  Əfəndiyevin 
yaradıcılıq  yolu  ədəbi  tənqiddə  həmişə  şahrah  gedibdir. 
Ədəbi  tənqiddə  yazıçının  bir  sıra  əsərləri  ciddi 
mübahisələrə və diskusiyalara da səbəb olubdur. Xüsusən 
onun  ―Körpüsalanlar‖  və  ―Sarıköynəklə  Valehin  nağılı‖ 
əsərləri  ədəbi  tənqidimiz  tərəfindən  bir  mənalı 
qarşılanmamışdı... 
 
**** 
 
 ―Körpüsalanlar‖  əsəri  60-cı  ildə  işıq  üzü  görüb.  Bu 
əsərin ilk nəşri və sonrakı taleyi barədə İlyas Əfəndiyevin 
oğlu,  Xalq  yazıçısı,  ədəbiyyatşünas-tənqidçi,  professor 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
84 
Elçinin  və  akademik  Bəkir  Nəbiyevin  maraqlı  xatirə  və 
qeydləri vardır. 
Məlumdur  ki,  60-cı  illər  və  ondan  sonrakı  mərhə-
lələrdə  İlyas  Əfəndiyevin  yaradıcılığı  ən  coşğun  və 
kamilləşmə 
dövrünü 
keçirmişdir. 
1960-cı 
ildə 
Respublikanın  Əməkdar  İncəsənət  xadimi  fəxri  adını 
almış  İ.Əfəndiyevin  yaradıcılığında,  xüsusilə  60-90-cı 
illər  ən  məhsuldar  dövr  hesab  olunur.  Bu  illərdə  onun 
yaradıcılığında  janr  rəngarəngliyi  özünü  göstərir,  bir-
birinin  ardınca  iri  nəsr  əsərləri,  ciddi  ictimai-siyasi 
problemlər  qaldıran,  gözəl  mənəvi  keyfiyyətlər  aşılayan, 
müasir  Azərbaycan  nəsrinin  yüksək  bədii-estetik 
səviyyəli 
nümunələri 
kimi 
şöhrət 
qazanmış 
«Körpüsalanlar»  /1960/,  «Dağlar  arxasında  üç  dost» 
/1963/, «Sarıköynəklə Valehin nağılı» /1976-78/, «Geriyə 
baxma,  qoca»  /1980/,  «Üçatılan»  /1981/  kimi  povest  və 
romanlarını  dərc  etdirir,  eyni  zamanda  maraqlı  dram 
əsərlərini  qələmə  alır,  publisist  və  ədəbiyyatşünas  kimi 
məhsuldar yaradıcılıq yolu keçir.  
Bunların  sırasında  ―Körpüsalanlar‖  povesti  (sonralar 
bu  əsəri  müəllif  roman  kimi  təqdim  etmişdir)  xüsusi 
əhəmiyyət  kəsb  edir.  Çünki  bu  əsər  o  dövrdə  ədəbi 
tənqiddə  xüsusi  maraq,  diskusiya  və  mübahisələr 
doğurmuşdu.  Belə  diskusiyalar  və  gərgin  münasibətlər 
onun  yaradıcılıq  həyatında  yeni  deyildi.  Hələ,  40-cı 
illərin  axırlarında  İ.Əfəndiyev  artıq  özünü  istedadlı  bir 
nasir  və  dramaturq  kimi  təsdiq  etmişdi,  qeyd  etdiyimiz 
kimi,  onun  yaradıcılığı  ətrafında  müxtəlif  fikirlər  və 
ziddiyyətli münasibətlərin olması da təbii idi... 
Xalq şairi, akademik Səməd Vurğunun bu fikri həmin 
dövrün  obyektiv  ictimai  fikrinə  gözəl  nümunədir:  ―İlyas 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə