Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə28/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   24   25   26   27   28   29   30   31   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
88 
ərəfədə  İlyas  Əfəndiyevdən  qəzet  üçün  bir  yazı  istədi. 
İlyas  Əfəndiyev  isə  ayrıca  bir  yazı  yazmağa  vaxtı  və 
həvəsi  olmadığı  üçün,  «Körpüsalanlar»dan  kiçik  bir 
parça  seçib  ona  göndərdi  (orası  da  yadımdadı  ki,  həmin 
parçanı mən aparıb İsrafil Nəzərovun katibəsinə verdim). 
Bir  gündən  sonra,  İsrafil  Nəzərov  dedi  ki,  parça  çox 
xoşuna  gəlib  və  povestin  hamısını  oxumaq  istəyir.  İlyas 
Əfəndiyev  əsəri  ona  göndərdi  və  təxminən  on-on  beş 
gündən  sonra  İsrafil  Nəzərov  İlyas  Əfəndiyevə  telefon 
açdı, dedi ki, bütün redaksiya heyəti povesti oxuyub, çox 
xoşlarına  gəlib  və  qərara  alıblar  ki,  əsəri  nömrədən 
nömrəyə əvvəldən axıracan çap etsinlər. 
Bu, o zaman üçün çox əlamətdar bir hadisə idi, çünki 
«Kommunist» qəzeti o vaxta qədər belə böyük əsər dərc 
etməmişdi, belə bir ənənə yox idi. 
Beləliklə,  1960-ci  ilin  7  sentyabrından  başlayaraq, 
«Körpüsalanlar»  «Kommunist»  qəzetində  çap  olunmağa 
başladı  və  oxucular  arasında  geniş  əks-səda  doğurdu.‖ 
(Bax: Elçin. ―Seçilmiş əsərləri‖, 10 cilddə, c.5, s. 283.) 
Lakin  bütün  bunlara  baxmayaraq  ―Körpüsalanlar‖ 
əsəri,  xüsusən  onun  gənc,  ən  yeni  obrazı  olan  Səriyyə 
yuxarıların  və  bir  qrup  aşağıdakı  qaragüruhçular 
tərəfindən  xüsusi,  amansız  şiddətlə  qarşılanır.  Elçin 
müəllim  bu  barədə  də  fikrini  davam  etdirərək  yazır: 
―Ancaq  on  üç  nömrədən  sonra,  əsər  yarıya  çatmış, 
sentyabrın  21-də  qəzet  birdən-birə  elan  dərc  etdi  ki, 
povestin  çapını  dayandırır.  Bu  –  İlyas  Əfəndiyev  üçün 
həm  gözlənilməz  oldu,  həm  də  əsərin  beləcə  yarımçıq 
qalması, təbiidir ki, ona ağır təsir etdi. 
Sonra  məlum  oldu  ki,  povestin  çapı  Azərbaycan 
Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin  Bürosunun 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
89 
tapşırığı  ilə  dayandırılıb  və  bu  hadisə  İsrafil  Nəzərovun 
özünü  də  çox  pərt  edib.  Orasını  da  deyim  ki,  İlyas 
Əfəndiyevlə    İsrafil  Nəzərovun  cavan  yaşlarından 
etibarən istiqanlı münasibətləri var idi. 
Yadıma  gəlir,  həmin  sentyabr  axşamlarından  birində  
İsrafil  Nəzərov,  İlyas  Əfəndiyevə  ürək-dirək  vermək 
üçün  bizə  gəldi,  oturub  bir  az  yeyib-içdilər  və  iş  elə 
gətirdi, söhbət elə  alındı ki, İlyas Əfəndiyev  özü   İsrafil 
Nəzərova ürək-dirək verməyə başladı... 
Bir müddət keçdikdən sonra, Azərbaycan mətbuatında 
«Körpüsalanlar»a  qarşı  Stalinin  ölümündən  sonra 
Azərbaycan  ədəbi  həyatında  misli  görünməmiş  bir 
cəhalət  hücumu  kompaniyası  və  həmin  kompaniyanın 
yaratdığı  ajiotaj  başladı:  əsərin  bədii-estetik  cəhətləri 
qaldı  bir  tərəfdə  və  Stalin  dövrünə  məxsus  bir  vulqar-
sosioloji cəbhədən, sovet cəmiyyətinin  mənəvi qələbələr 
əldə  etdiyi  bir  zamanda  bu  povestdə  «əxlaq  normaları 
pozulur»,  «müasir  əxlaq  normasından  kənara  çıxan 
sərbəst  hərəkətlərə»  yol  verilir,  «Səriyyə  Qəribcanla 
hadisələrin  əvvəlindən  sonuna  qədər  açıq-saçıq  bir 
şəkildə, təsəvvürə sığışmayan (!– E.) bir tərzdə davranır» 
(Səriyyə haqlıdırmı? «Ədəbiyyat və incəsənət» qəzeti, 17 
iyun 1961; «Sevil»dən «Saçlı»ya», «Azərbaycan» jurnalı, 
1962.  və  s.)  deyə,  povest  nadan  mülahizələrlə  «ifşa» 
edilirdi,  hətta  iş  o  yerə  gəlib  çıxmışdı  ki,  misal  üçün, 
«Azərbaycan  qadını»  jurnalı  «Körpüsalanlar»ı  «ifşa» 
edən xüsusi rubrika açmışdı və nömrədən-nömrəyə təşkil 
etdiyi «hiddətlənmiş oxucu məktubları» çap edirdi. (Bax: 
Yenə orada, s.284.) 
Elçin müəllim haqlı olaraq yazır: 
 ―Mən  «Körpüsalanlar»a  qarşı  həmin  qaragüruh 
hücumunun  təfərrüatına  varmaq  istəmirəm,  onsuz  da, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
90 
aradan  keçən  bu  qırx  il  hər  şeyi  yerbəyer  etdi,  bu  gün 
oxucular  ən  müxtəlif  dillərdə  «Körpüsalanlar»ı  oxu-
yurlar,  onun  haqqında  o  vaxt  Azərbaycan  mətbuatını 
dolduran o cahil və nadan mülahizələr isə, indi yalnız acı 
təbəssüm doğurur,– bundan artıq deyil. 
Maraqlananlar  isə,  o  dövrün  mətbuatına  baxa  bilərlər 
və mən özüm də vaxtilə ədəbiyyatımız üçün bu prinsipial 
məsələ  ilə  bağlı  ətraflı  yazmışam.  (Ədəbi  tənqid  və 
xarakter  məsələsi,  ADU-nun  elmi  əsərləri,  Dil  və 
ədəbiyyat  seriyası,  1968,  2;  Tənqid  və  ədəbiyyatımızın 
problemləri.  Bakı,  1981,  səh.  174  –  189.)  –  (Bax:  Yenə 
orada. s.285.) 
Biz  də  maraqlandıq  və  həmin  illərin  ―Azərbaycan 
qadını‖ jurnalını vərəqləməli olduq və qəribə bir mənzərə 
ilə, qəribə imzalarla qarşılaşdıq. (Bax:  
1. Məsud Əlioğlu. Səriyyə haqlıdırmı?  
2. Rayihə Xəlilova. Biz belə düşünürük.   
3. Qəriqə Mikayılova. Mənim Səriyyəyə münasibətim.  
4.  Arifə  İsmayılova.  Mənim  fıkrim  belədir  // 
―Azərbaycan qadını‖ juranlı, 1961, №10.  
5.  Həcər Qasımova. О haqsızdır.  
6. Rəxşəndə Tağıyeva. Səriyyə bizə örnək ola bilməz.  
7.   Nəsibə Məlikova. Mənim fıkrimcə.  
8. Gülövşə Məmmədova. Kimin kimdən xoşu gəlsə.  
9.  Fenya  İbrahimova.  Bu  cür  yaramaz  //  Azərbaycan 
qadmı jurnalı, 1962, №12, s.18.  
10.  Babayeva  Kübra.  Səriyyəni  sevə  bilmədim. 
(«Körpüsalanlar»  əsəri  haqqında)  //Ədəbiyyat  və 
incəsənət. -1961. - 22 iyul. və s.) 
 Hətta  məlum  olur  ki,  bu  təşkil  olunmuş  məktub-mə-
qalələr arasında qondarma imzalarla da ―məktublar‖ dərc 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə