Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə29/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   25   26   27   28   29   30   31   32   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
91 
edilirmiş  ki,  bu  da  o  dövrdə  mənəvi  korluğun  bir 
nümunəsi  kimi  diqqəti  cəlb  edir.  Yenə  də  Elçin 
müəllimin xatirəsinə müraciət edək: 
―Bu  sətirləri  yazarkən,  kiçik  bir  hadisə  də  yadıma 
düşdü. O zaman mən gənc idim, universitetin ilk kursla-
rında  oxuyurdum  və  atamdan  fərqli  olaraq,  o  qaragüruh 
hücum  mənə  çox  təsir  edirdi.  «Azərbaycan  qadını» 
jurnalında  çap  olunan  və  Səriyyə  surətini  «ifşa»  edən 
məktublardan  birinin  müəllifinin  müəllimə  olduğu 
göstərilirdi.  Mən  soraqlaşıb  o  müəllimənin  dərs  dediyi 
məktəbə  telefonla  zəng  etdim  və  məlum  oldu  ki,  həmin 
məktəbdə o adda müəllimə işləmir. Bunu atama danışdım 
və  dedim  ki,  bu  məsələni  açmaq  lazımdı,  qoy  redaksiya 
cavab  versin  ki,  bu  müəlliməni  haradan  tapıb,  niyə  belə 
təxribatlarla məşğuldu? 
İlyas Əfəndiyev gülə-gülə: 
–  Əşşi,  sənin  də  işin  qurtarıb  də!..–  dedi  və  bununla 
elə  mən  özüm  də  sakitləşdim  (sonralar  da  onun  məni 
beləcə  «sakitləşdirmələri»  çox  olub...)‖.  (Bax:  Yenə 
orada, s.285.) 
Ədəbi  mühitdə,  əlbəttə  ki,  yuxarıların  göstərişi  ilə 
―Səriyyə‖ ajiotajı 17 iyun 1961 ―Ədəbiyyat və incəsənət‖ 
qəzetində dərc edilən ―Səriyyə haqlıdırmı?‖ məqaləsi ilə 
başlamışdı.  Məqaləni  həmin  dövrdə  olduqca  nüfuz 
qazanmış  tənqidçi  Məsud  Əlioğlu  (Əli  Vəliyevin  oğlu) 
qələmə  almışdı.  Bu  məqalədə  əsərin  bədii  məziyyətləri, 
mövzunun  orjinallığı,  yazıçının  həyatabaxışının  yeniliyi 
bir  tərəfə  qoyularaq  sırf  mühafizəkar  mövqedən 
yazılması  idi.  Güya  Səriyyə  obrazı  milli-mənəvi  əxlaqi 
dəyərlərə  olduqca  ciddi  zərbə  vurur.  Müəllif  yazırdı: 
―Səriyyə  kimi  gözüaçıq,  ağıllı  bir  qızın,  yeni  səciyyəli, 
ciddi  bir  qadının  ən  adi  əxlaq  normalarını  pozmasına 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
92 
oxucuların  qəzəblənməsi  yerindədir.‖  (Bax:  Əlioğlu  M. 
―Səriyyə  haqlıdırmı?‖,  ―Ədəbiyyat  və  incəsənət‖  qəzeti, 
17 iyun 1961-ci il.) 
İnsaf  xatirinə  demək  lazımdır  ki,  tənqidçi  Səriyyə 
obrazının  müsbət  cəhətlərini,  ―gözüaçıqlığını,  ağıllı  bir 
qız,  yeni  səciyyəli,  ciddi  bir  qadın‖  oldüğünü  görürdü, 
amma 
milli 
mentalitetə 
uyuşmayan 
açıq-saçıq 
hərəkətlərini,  əri  Adildən  uzaqlaşaraq  Qəribə  uymasını 
qəbul  etmir,  ənənəvi  əxlaq  normalarının  ―müdafiəçisi‖ 
rolunda çıxış edirdi. Əslində bu obraza birtərəfli yanaşma 
idi  və  Səriyyənin  xarakterindəki  mənəvi-psixoloji 
inkişafı, dinamikanı görməmək idi. 
Lakin  bu  məqalənin  özü  də,  ədəbi  tənqid  tərəfindən 
birmənalı qarşılanmadı. Azərbaycan ədəbi tənqidində bir-
birinin 
ardınca 
―Körpüsalanlar‖ın 
ədəbi-bədii 
məziyyətlərindən,  eləcə  də  qüsurlarından  obyektiv  mə-
qalələr  yazılır,  Səriyyə  obrazı  ədəbiyyatımızda  orijinal 
xarakter kimi qəbul edilirdi. (Bax: Məmməd Arif. Keçən 
ilin  nəsri  haqqında  qeydlər.  ―Ədəbiyyat  və  incəsənət‖ 
qəzeti,  25  mart  1961-ci  il  ;  Seyfulla  Asadullayev. 
―Stroiteli mosta‖. ―Bakinskiy raboçiy‖, 25 noyabr 1961-
ci  il  ;  Djalal  Mamedov.  Sariya,  eyo  druzya  i  neduriqi. 
―Literaturnaya qazeta‖, 26 may 1962-ci il və s.) 
 Lakin  mübahisələr  səngimək  bilmirdi.  Yuxarıda 
dediyimiz  kimi  inkarçı  oxucu  məktubları  dərc  edilir, 
bünlar  ictimaiyyətin,  cəmiyyətin  fikri  kimi  təqdim 
edilirdi.  Bu  məqalələrdə  Səriyyənin  ailə  quruluşunu 
pozmaqda,  vəfalı  həyat  yoldaşından  üz  döndərməkdə, 
fəhlələrlə  ova  getməsində,  azərbaycanlı  qadına  xas 
olmayan  bir  sıra  hərəkətlərində  günahlandırırdılar,  hətta 
ittiham edirdilər. (Bax: Mikayılova T. Mənim Səriyyəyə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
93 
münasibətim.  Yenə  həmin  sayda;  Ramazanova  Z.  Siz 
necə  baxırsınız?  ―Azərbaycan  qadını‖  jurnalı,  1961, 
say.7,  s.22;  Xəlilova  R.  Biz  belə  düşünürük… 
―Azərbaycan qadını‖ jurnalı, say 8, s. 16; İsmayılova A. 
Mənim  fikrim  belədir.  ―Azərbaycan  qadını‖,  jurnalı, 
1961, say 10, s.18 və s.)  
Lakin bu oxucu məktubları içərisində (dərc olunanları 
nəzərdə  tuturuq,  amma  yazıçıya  yüzlərlə  Səriyyəni 
müdafiə xarakterli məktublar gəlirdi) Hacıyev O. adlı bir 
oxucunun 
―Səriyyənin 
məhəbbəti‖ 
(―Azərbaycan 
gəncləri‖  qəzeti,  19  aprel  1993-cü  il)  oxucu  məktubu 
buna misaldır.  
İş o  yerə  çatmışdır ki, akdemik Məmməd Cəfər  kimi 
nüfuzlu  bir  tənqidçi  bu  cür  oxucu  məktublarına  cavab 
olaraq  ―Bir  mübahisə  münasibətilə‖  (1962)  məqaləsində 
bu  cür  yanlış  münasibətlərə  ədəbi  arqumentlərlə  cavab 
verdi. (Bax: Məmməd Cəfər. Həyatın romantikası. Bakı, 
Azərnəşr, 1968, s.149.)  
Belə bir məqamda tənqidçi Məsud Əlioğlu onu tənqid 
edənlərə  cavab  yazaraq  ―Azərbaycan‖  jurnalında  dərc 
etdirdi.  (Bax:  Məsud  Əlioğlu.  ―Sevil‖dən  ―Saçlı‖ya‖. 
―Azərbaycan‖ jurnalı, 1962, say 3, səh. 228-240.) 
Tənqidçi  ədəbiyyatımızda  yaradılan  qadın  obrazları 
silsiləsini  təhlil  edərək,  yenə  də  Səriyyə  obrazı 
barəsindəki  əvvəlki  fikirlərini  bir  az  da  dərinləşdirərək 
yazırdı:  ―Səriyyənin  ailə-əxlaq  normalarının  saflığını 
pozan  sərbəst  hərəkətləri  bizi  narazı  salır.  Nuriyyədən 
fərqli olaraq (―Söyüdlü arx‖ romanının qəhrəmanı – J.Q.) 
Səriyyə,  nə  müasir  həyatla,  nə  də  milli  adət-ənənələrlə 
bağlanmayan  açıq-saçıq,  ipə-sapa  yatmayan,  hərcayi  bir 
qızdır.‖ (Bax: Yenə orada, s.238.)  


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə