Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə16/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   12   13   14   15   16   17   18   19   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
51 
özümüzə  kömək,  arxa  hesab  edirdik.  Bir  çətinliyimiz 
olanda  müraciət edirdik, onlardan həmişə kişilik, kömək 
görürdük». 
(Bax: 
Əfəndiyev 
İ. 
―Dostumuzu 
xatırlayarkən.‖  (Əli  Vəliyev  haqqında)  //  Azərbaycan
1987. - №5. - s.117-131.) 
 Faktlara müraciət edək. 
 Xalq  yazıçısı,  akademik  Mirzə    İbrahimov  yazırdı: 
―Azərbaycan  ədəbiyyatı  mənim  nəzərimdə  böyük  və 
rəngarəng gülüstan isə, İlyas Əfəndiyevin  yaradıcılığı bu 
gülüstanda öz gözəlliyi, ətri və təravəti ilə dərhal diqqəti 
cəlb edən cazibədar toplu və dolğun bir çiçəklikdir.  
 İlyas  Əfəndiyev  yaradıcılıqda  gözəlliyə,  incəliyə, 
estetik  zərifliyə  meyl  edən  yazıçıdır.  O,  bədii  əsər  üçün 
vacib  xüsusiyyətlərə  dilin  ifadəli  və  obrazlı  olmasına, 
xarakterlərin  canlı  və  dolğun  çıxmasına,  süjet  və 
kompozisiya  bütövlüyünə  ciddi  diqqət  yetirir,  böyük 
əmək  sərf  edir,  bu  da  nəticəsiz  qalmır,  onun  əsərlərinin 
maraqlı,  oxunaqlı  olmasına  kömək  edir.  Bu  əmək  və 
səyin mükafatı isə oxucuların məhəbbətidir ki, İlyas onun 
azlığından  şikayət  edə  bilməz.‖  (Bax:  İbrahimov  M. 
―Şəfalı işıqlar‖ // Azərbaycan, 1974, №11, s.12.) 
Xalq  yazıçısı  Süleyman  Rəhimov  özünəməxsus  olan 
bir təhkiyə ilə: ―İlyas Əfəndiyev yaradıcılığı Azərbaycan 
sovet ədəbiyyatının münbit zəminindən doğan, rişələnən, 
getdikcə 
köklənən  qoşa  qardaş  kimi  qoşalıqda 
yaradıcılıqdır.  Bu  yaradıcılıq  istedadlı  nasirlə  mahir 
dramaturqu 
birləşdirib, 
birlikdə 
söykək-söykəyə 
qaldırır... 
İlyas 
nəsri 
onun 
dramaturgiyasına, 
dramaturgiyası  da  onun  nəsrinə  dayaq  durur,  kömək 
göstərir. İlyasın nəsri də, dramartugiyası da ahəngdardır, 
cazibədardır...  Sən  İlyas  nəsrini  oxuyursan,  istər  onun 
romanı, povesti olsun, istərsə bir-birindən gözəl hekayəsi 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
52 
olsun,  heç  birisi  səni  -  oxucunu  yormur...  İlyas 
yaradıcılığında dramaturgiya, mənim aləmimdə fəxri yer 
tutur.  Fəxri  yer  tutur,  ona  görə  ki,  biz  İlyas 
dramaturgiyasında böyük dramaturqumuz Cəfər Cabbarlı 
ənənələrinin  mahir  davamçısını  görürük.‖  –  yazırdı. 
(Bax:  Rəhimov  S.  ―Qoşa  qanadlı‖  //  Ədəbiyyat  və 
incəsənət, 1974, 23 noyabr.)  
Xalq  artisti,  professor  Mehdi  Məmmədov  göstərirdi 
ki,  İlyas  Əfəndiyev  «mövzu  seçməyi,  məntiqli  süjet 
qurmağı, dramatik vəziyyətlər,  xarakterlər  yaratmağı,  öz 
fikirlərini  bəyanat  yolu  ilə  deyil,  canlı  hadisələrlə, 
yığcam dialoqlarda, əsl səhnə dili vasitəsilə ifadə etməyi 
gözəl  bacarır.»
 
(Bax:  Məmmədov
  M.  “Səhnəmizin 
müttəfiqi‖ //Ədəbiyyat və incəsənət, 1974, 23 noyabr.) 
Böyük səhnə ustası, xalq artisti İsmayıl Dağıstanlı isə, 
1974-cü  ildə  yazırdı  ki,  Akademik  Milli  Dram 
Teatrımızın ―son otuz ildəki inkişafını İlyas Əfəndiyevsiz 
təsəvvür etmək mümkün deyil. Onun pyeslərində həmişə 
təzə, təravətli görünən bir müasirlik var. Bu müasirlik isə 
həyatımızın  daxili  məzmunundan,  onu  irəli  aparan 
qəhrəmanların 
fəaliyyətindən 
və 
bu 
fəaliyyətin 
konfliktlərindən,  poeziyadan  doğur...  İlyas  Əfəndiyevin 
dramaturgiyasında  realizm  və  romantika,  sərt  həyat 
həqiqətləri  ilə  şeriyyət  həmişə  vəhdət  təşkil  edir.‖(Bax: 
Dağıstanlı  İ.  ―Aktyora  ilham  verən  rollar‖  //  Ədəbiyyat 
və incəsənət, 1974, 23 noyabr.) 
Yaradıcılıq yollarında inamla addımlayan gənc  yazıçı 
1941-45-ci  illərdə  Azərbaycan  Radio  komitəsində  ədəbi 
verilişlər  şöbəsinin  müdiri,  1945-ci  ildən  Bakı 
kinostudiyasında  ssenari  şöbəsinin  rəisi,  daha  sonra  isə 
Azərnəşrdə  bədii  ədəbiyyat  şöbəsinin  müdiri  vəzifəsində 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
53 
çalışarkən  ədəbi  ictimaiyyətlə  bilavasitə  təmasda  və 
əlaqədə 
işləmiş, 
həyatı 
dərindən 
öyrənmiş, 
dünyagörüşünü daima artırmışdır.  
1945-ci  ildə  İ.Əfəndiyevin  «Aydınlıq  gecələr»  adlı 
ikinci  kitabı  nəşr  olunur  ki,  burada  əsasən  müharibə 
illərində yazılmış əsərlər toplanmışdır. Ədəbi tənqiddə bu 
əsərlər  belə  qiymətləndirilirdi  ki,  əsərlərin  mövzuları 
müharibədən  götürülsə  də,  əsas  məsələ  bu  idi  ki,  həmin 
hekayələrdə  döyüş  və  sınaq  illərində  insanların  mənəvi 
sifətləri  və  dəyanətləri  qələmə  alınmışdır.  Həmin 
əsərlərdə  də  yazıçı  canlı  insan  surətlərinə,  onların  daxili 
aləmlərinin təsvirinə üstünlük vermişdir.  
Ədbi  tənqidə  görə,  «Aydınlıq  gecələr»  kitabı  İ.Əfən-
diyevi oxuculara öz səsi, öz yazı üslubu olan orijinal bir 
yazıçı kimi təqdim etdi.  
1947-ci  ildə  M.Əzizbəyov  adına  Azərbaycan  Dövlət 
Dram  Teatrı  İ.Əfəndiyevin  «İşıqlı  yollar»  pyesini 
tamaşaya  qoydu.  Əsər  Teatrın  1948-ci  ildə  Moskvaya 
qastrolu  zamanı  paytaxt  sənətsevərlərinə  göstərilmişdir. 
Həmin  pyes  yazıçının  ilk  müstəqil  səhnə  əsəri  idi.  Gənc 
dramaturq  görkəmli  rejissor  Adil  İsgəndərovun  təklif  və 
təkidilə  «Bahar  suları»  pyesini  yazır.  Lakin  əsərin 
tamaşası birmənalı qarşılanmadı, pyes haqqında müxtəlif 
mülahizələr irəli sürüldü. 
 «Bahar  suları»  pyesi  haqqında  müəllif  yazmışdır: 
«...Dramaturgiyada  «konfliktsizlik»  nəzəriyyəsi  ifşa 
olunandan  sonra,  bizim  Akademik  Dram  Teatrında 
tamaşaya  qoyulan  ilk  konfliktli  əsər  mənim  «Bahar 
suları»  pyesim  oldu.  Bu  əsərdə  müsbət  obrazlarla 
bərabər,  mənfi  tiplər  də  var  idi.  Pyes  Akademik  Teatrda 
müvəffəqiyyətlə  gedirdi.  «Kommunist»  qəzeti  Əli 
Vəliyevin 
təşəbbüsü 
ilə 
böyük 
disput 
təşkil 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə