Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə17/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   13   14   15   16   17   18   19   20   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
54 
etmişdi....Disput  olduqca  canlı  keçirdi.  Çıxış  edənlər 
tamaşaya  yüksək  qiymət  verirdilər.  Birdən  bizim  yazıçı 
yoldaşlardan  o  zaman  məsul  vəzifədə  olan  biri  özünü 
qaranəfəs disputa yetirərək çıxışında sübut etməyə çalışdı 
ki, guya müəllif əsərdəki mənfi tipləri göstərməklə bizim 
cəmiyyətimizə  böhtan  atmışdır,  bizdə  Nəcəf  kimi 
adamlar  yoxdur,  tək-tük  varsa  da,  göstərmək  lazım 
deyil...»  (Bax:  Əfəndiyev  İ.  ―Dostumuzu  xatırlayarkən.‖ 
(Əli  Vəliyev  haqqında)  //  Azərbaycan,  1987.  -  №5.  - 
s.117-131.) 
 Lakin əsərin müzakirəsində iştirak etmiş Əli Vəliyev, 
Səməd  Vurğun,  eyni  zamanda  ədəbiyyatşünaslardan 
Cəfər Xəndan əsərin bir sıra  məziyyətlərini göstərməklə, 
müəllifin düz yol tutduğunu təsdiq etmişlər. (Bax: «Bahar 
suları»  (Əsərin  Yazıçılar  İttifaqının  Bədii  Şurasında 
müzakirəsi) //Ədəbiyyat qəzeti. - 1948. – 25 iyun.) 
 Dövrün  ən  tanınmış  tənqidçilərindən  olan  Cəfər 
Xəndan  yazırdı:  ―Bahar  suları‖  əsərinin  mövzusu 
müharibədən  sonrakı  kəndimizin  real  həyatından 
alınmışdır.  Burada  hadisə  və  tiplər  canlı  və  həyatidir. 
Yazıçı  canlılığı  yaratmaq  üçün  heç  bir  boyasını 
əsirgəməmişdir.  Əsərdə  sovet  adamlarının  həyatında  ola 
bilən  hadisələr  və  ya  konfliktlər,  tamaşaçını  intizarda 
qoyan  səhnələr,  bədii  cəhətdən  təsirli  dialoq  və 
monoloqlar vardır. Burada eşq və məhəbbət səhnələri də 
adamların  müasir  zövqü  ilə  əlaqədar  verilmişdir... 
Buradakı 
adamlar  ümumi  mənafeyini  öz  şəxsi 
mənafeyindən üstün tutan şərəfli əməkdən zövq alan yeni 
adamlardır.‖  (Bax:  Xəndan  C.  «Bahar  suları»  // 
Ədəbiyyat qəzeti, 1948, 28 dekabr.) 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
55 
 1949-cu ildə Azərbaycanın ədəbi-mədəni ictimaiyyəti 
və  bütün  sənətsevərləri  Azərbaycan  Dövlət  Dram 
Teatrının  75  illiyini  təntənə  ilə  qeyd  edərkən,  səhnə 
sənətinin  inkişafındakı  xidmətləri  nəzərə  alınaraq 
İ.Əfəndiyev «Şərəf nişanı» ordeni ilə təltif edilmişdi.  
 1954-cü  ildə  tamaşaya  qoyulmuş  «Atayevlər  ailəsi» 
isə  dramaturq  İ.Əfəndiyevin  yaradıcılığında  irəli  atılmış 
uğurlu  bir  addım  idi.  Müəllif  ictimai  həyatda  rastlaşdığı 
qüsurları  realist  mövqedən,  yüksək  sənətkarlıqla  qələmə 
aldığından,  əsər  tamaşaçı  və  oxucular  tərəfindən  böyük 
rəğbətlə  qarşılanmışdır.  Pyesi  tamaşaya  Tofiq  Kazımov 
hazırlamışdı. Və bu tamaşa, o dövrdə ədəbi tənqidi elə bil 
cana gətirmişdi. Bir birinin dalınca dövrün ən nüfuzlu söz 
sahibləri  məqalələrlə  çıxış  edirdilər.  Mirzə  İbrahimov, 
Mehdi  Hüseyn,  Həsən  Qasımov  və  digərləri  «Atayevlər 
ailəsi» 
əsəri  və  tamaşası  haqqında  yazdıqları 
məqalələrində onu yüksək qiymətləndirirdilər.  
 Yazılardan  belə  bir  fikir  hasil  olurdu  ki,  İlyas 
Əfəndiyev  teatrı  artıq  özünü  büruzə  verməkdədir.  Hələ 
«Bahar suları» pyesinin tamaşalarından boylanan bu teatr 
öz  səmimiliyi,  həyatiliyi,  psixoloji  dərinliyi  və  realizmi 
ilə nəzəri cəlb etdi. Əsərin o vaxtkı dövr üçün ən dəyərli 
cəhət  kimi  qiymətləndirilən  və  digər  bədii  nümunələrdə 
hələ də az nəzərə çarpan məziyyətlərindən biri kimi onun 
realizmi,  həyat  həqiqətlərinə  sadiq  üslubu  ədəbi  tənqid 
tərəfindən  xüsusi  vurğulanırdı.  Dövrün  tanınmış  ədibi, 
tənqidçisi,  sonralar  xalq  yazıçısı  adını  almış  Mehdi 
Hüseyn  yazırdı:
 
―İlyas Əfəndiyev  yenə də öz yaradıcılıq 
xüsusiyyətlərinə sadiq qalaraq, təbii insan psixologiyasını 
təbii və sadə boyalarla göstərdiyi üçün «Atayevlər ailəsi» 
pyesi  də  bizim  realist  dramaturgiyamızın  sevindirici 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
56 
nailiyyətlərindən  biridir.‖  (Bax:  M.  Hüseyn.  ―Ədəbiyyat 
və incəsənət‖, 1974, 23 noyabr.) 
 Dövrün  tanınmış  pedaqoqu,  ədəbiyyatşünas,  profes-
sor  Əli  Sultanlı  əsəri  belə  qiymətləndirirdi:
 
―Atayevlər 
ailəsi‖ əsərində verilmiş müsbət surətlər əsl mənada xalq 
nümayəndələridir.  Onların  mədəni  səviyyəcə,  zəka  və 
düşüncə  etibarilə  mənfi  surətlərdən  nə  qədər  yüksək 
olduqlarını  isbat  etməyə  ehtiyac  yoxdur...  Dramaturq 
maraqlı,  həyati  bir  süjet  seçmiş,  burada  insanların 
əlaqələrini,  təbiətlərindəki  ziddiyyətləri,  rəğbət  və 
mütəqabil münasibətlərini vermiş, yaddaqalacaq obrazlar 
silsiləsi yaratmışdır.‖ (Bax: Sultanlı Ə. ―Atayevlər ailəsi‖ 
//Azərbaycan, 1955, №6, s. 150-151.) 
 Ədəbi  tənqidin  yazdığına  görə,  sanki  İ.Əfəndiyev  ilə 
T.Kazımov bir-birini kəşf etmişdi, onlar biri digərini çox 
gözəl başa düşürdülər. Müasirlik duyğusu çox güclü olan 
bu  iki  sənətkarda  oxşar  cəhətlər,  intellektual  səviyyə, 
birgə  yaradıcılıq  axtarışları  Azərbaycan  teatrı  tarixinə 
parlaq  səhifələr  yazmışdır.  Yaradıcılıq  intuisiyası  çox 
geniş olan Tofiq Kazımovla, insan qəlbinin dərinliklərinə 
nüfuz  etməyi  bacaran  İ.Əfəndiyev  arasındakı  yaradıcılıq 
əlaqələri uzun illər davam etmişdir. 
İ.Əfəndiyev  «Atayevlər  ailəsi»  tamaşası  haqqında 
yazmışdır:  «Atayevlər  ailəsi»nin  quruluşu  üzərində 
Tofiqin ilk müvəffəqiyyəti, rolları aktyorlar arasında çox 
sərrast  bölməsindən  başladı.  Hansı  rolu  hansı  aktyorun 
daha  təbii  ifa  edə  biləcəyini  düzgün  təyin  etmək  hissi, 
yaradıcılıq  intuisiyası  Adil  kimi,  Tofiqdə  də  çox  güclü 
idi...  «Atayevlər  ailəsi»  Tofiqin  Akademik  Teatrımızda 
ilk müvəffəqiyyətli quruluşu oldu». 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə