Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə6/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   2   3   4   5   6   7   8   9   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
20 
Məmmədov  və  Əkbər  Ağayev,  Firudin  Hüseynov  və 
Əzizə Cəfərzadə, Abbas Zamanov və Orucəli Həsənov və 
bir  çox  başqaları  kimi  tamamillə  müxtəlif,  bir-birindən 
fərqli  qələm  sahibləri,  sonrakı  ədəbi  nəsillərin  Bəxtiyar 
Vahabzadə və İsmayıl Şıxlı, Bayram Bayramov və Bəkir 
Nəbiyev,  Məsud  Əlioğlu  və  Qulu  Xəlilov,  Cəlal 
Məmmodov  və  Əhəd  Hüseynov  kimi  və  bir  çox  başqa 
nümayəndələri, daha sonralar Xəlil Rza Ulutürk və Yaşar 
Qarayev,  Seyfulla  Əsədullayev  və  Təhsin  Mütəllimov, 
Şamil  Salmanov  və  Arif  Səfiyev,  Gülrux  Əlibəyli  və 
İnqilab  Kərimov,  Çingiz  Hüseynov  və  İslam  İbrahimov, 
Arif  Hacıyev  və  Abbas  Hacıyev,  daha  sonralar  Aydın 
Məmmədov və Vilayət Quliyev, Kamil Vəliyev və İlham 
Rəhimli,  Nizaməddin  Şəmsizadə  və  Məryəm  Əlizadə, 
Akif  Hüseynov  və  Vaqif  Yusifli,  уепə  də  bir  çox 
başqaları  dəfələrlə  İlyas  Əfəndiyev  yaradıcılığına 
müraciət etmiş və bu yaradıcılıq Azərbaycan xalqının XX 
əsrdəki 
tarixi 
və 
taleyi 
kontekstində 
yüksək 
qiymətləndirilmişdir. İlyas Əfəndiyevin sağlığında Yəhya 
Seyidov,  Yaqub  İsmayılov,  Aida  Salahova,  Yaşar 
Qarayev onun haqqında beş elmi monoqraliya yazıb nəşr 
etdirmiş, XX əsr Azərbaycan nəsri və dramaturgiyasının, 
Azərbaycan  ədəbi  dilinin,  Azərbaycan  teatr  sənətinin 
inkişafında  İlyas  Əfəndiyev  yaradıcılığının  rolunu  və 
bədii-estetik  xüsusiyyətlərini  təhlil  və  tədqiq  etmişlər.‖ 
(Bax:  Elçin.  Seçilmiş  əsərləri,  10  cilddə,  8  cild,  Bakı, 
―Çinar-Çap‖  nəşriyyatı,  2005,  səh.137;  İlyas  Əfəndiyev 
şəxsiyyəti  və  sənəti  haqqında  bir  neçə  söz 
(İ.Əfəndieyevin ―Seçilmiş əsərləri‖nə - 7 cilddə yazılmış 
ön  söz.  Bax:  İ.Əfəndiyev.  Seçilmiş  əsərləri  7  cilddə,  I 
cild,  Bakı:  ―Çinar-Çap‖,  2002  s.  15-16;  həmçinin  bax: 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
21 
Yəhya  Seyidov.  İlyas  Əfəndiyev,  Bakı:  Azərnəşr,  1975; 
Aida Salahova. İlyas Əfəndiyevin yaradıcılığının poetika-
sı.  Bakı:  Yazıçı,  1984;  Yaşar  Qarayev.  İlyas  Əfəndiyev. 
Bakı:  Bilik,  1987;  Yaqub  İsmayılov.  İlyas  Əfəndiyevin 
yaradıcılıq  yolu.  Baki:  Elm,  1991;  Yaşar  Qarayev.  Xarı 
bülbülün nağılı. Bakı: Azərnəşr, 1995; Əmin Əfəndiyev. 
İlyas  Əfəndiyevin  yaradıcılığı.  Bakı:  Elm,  2000;  Yaşar 
Qarayev.  Tarix  yaxından  və  uzaqdan.  Bakı:  Elm,  1996; 
Himalay  Qasımov.  Müasir  Azərbaycan  romanı:  Fil.  elm. 
dok.  ...dis.  Bakı,  1993;  Kamal  Talıbzadə.  Məhəbəttin 
tərənnümü. ―Ədəbiyyat qəzeti‖, 3 oktyabr, 1997 və s.) 
Əmin  Əfəndiyevin  tərtib  etdiyi  geniş  biblioqrafik 
göstəricisi (İlyas Əfəndiyev, Biblioqrafik göstərici. Bakı: 
Azərnəşr, 
1985.)  nəşr  edilmiş,  həmçinin  İlyas 
Əfəndiyevin  yaradıcılığı  haqqında  maraqlı  və  dəyərli 
dissertasiyalar 
müdafiə 
olunmuşdur. 
(Bax, 
avtoreferatlara:  İ.Nəsirov.  İlyas  Əfəndiyevin  yaradıcılıq 
yolu.  Bakı,  1967;  B.A.Mahmudov.  İlyas  Əfəndiyevin 
dramaturgiyası.  Bakı,  1974;  İ.B.Salmanov.  Azərbaycan 
sovet  ədəbiyatında  lirik-psixoloji  dramların  dil  və  üslub 
xüsusiyyətləri. İlyas Əfəndiyevin frazeologiyası əsasında. 
Bakı,  1983;  M.Ə.Əlizadə.  Lirik-psixoloji  dramda 
qəhrəman  problemi,  İlyas  Əfəndiyevin  yaradıcılığı 
əsasında. Bakı, 1990 və s.) 
Eyni  zamanda,  deməliyik  ki,  İlyas  Əfəndiyevin 
yaradıcılığından  bəhs  edən  bu  çoxsaylı  məqalələr, 
istedadlı  müəlliflərin  ciddi  tədqiqat  əsərləri,  təbii  ki, 
Azərbaycan  ədəbi  tənqidinin  və  ədəbiyyatşünaslıq 
elminin inkişafında da az rol oynamamışdır. 
 Lakin, xalq yazıçısı İlyas Əfəndiyevin şəxsiyyətini və 
yardıcılığını  ulu  öndər  Heydər  Əliyev  qədər  dəqiqliklə, 
dəyərincə,  özü  də  dəfələrlə,  müxtəlif  məqamlarda 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
22 
qiymətləndirən  ikinci  bir  şəxsiyyət  olmamışdır.  Heydər 
Əliyev  həmişə  İlyas  Əfəndiyevə  münasibətdə  diqqətli 
olmuşdu və hələ 1980-ci ildə deyirdi: 
 «İlyas  Əfəndiyevin  əsərləri  həm  səlis,  gözəl  bədii 
dilinə,  həm  dərin  məzmununa  görə,  həm  də  yüksək 
sənətkarlığına görə fərqlənir, oxucuya böyük estetik təsir 
bağışlayır.  Onun  kitablarında  həm  körpüsalanların  çətin 
işi, həm neftçilərin qəhrəman əməyi, həm müasir kəndin 
həyatı,  həm  də  Azərbaycan  ziyalıları  arasında  mənəvi-
psixoloji  proseslər  inandırıcı  şəkildə  və  dərindən  əks 
etdirilmişdir.  Öz  yaradıcılığında  yazıçı  cəmiyyətimizin 
mənəvi  təşəkkülünü  və  inkişafını  diqqətlə  izləyir,  onun 
mənasını  açıb  göstərir,  bugünkü  həyatımız  üçün  də, 
gələcək  həyat  üçün  də  nümunə  olan  adamların  parlaq 
obrazlarını  yaradır.  O  öz  sənətkarlığı  ilə  zəhmətkeşlərin 
mənəvi 
tərbiyəsində 
fəal 
iştirak 
edir.» 
(Bax: 
―Kommunist‖ qəzeti, 25 may, 1980.) 
Müasir  ədəbiyyatşünasliğimiz  üçün  ciddi  elmi-nəzəri 
əhəmiyyət  daşıyan  bu  məlumatlara,  müəllif  və  əsərlərin 
siyahısına  bir  çox  başqalarını  da  indi  əlavə  etmək 
mümkündür  və  yəqin  ki,  gələcəkdə  də  həmin  imkan 
olacaqdır. Çünki ədibin əsərləri yeni meyarlar zəminində 
bundan  sonra  da  araşdırma  obyektinə  çevriləcək, 
elmimizin  və  ədəbi  ictimaiyyətimizin  diqqətini  cəlb 
edəcəkdir. 
 ―İlyas  Əfəndiyevin  yaradıcılığının  ədəbi  tənqiddə 
dərki‖  probleminin  öyrənilməsi  başqa  bir  cəhətdən  də 
maraqlıdır  və  yenə  də  bu  barədə  Elçin  müəllimin 
fikirlərinə  istinad  edək:  ―Sovet  dövrü  Azərbaycan  nəsri 
(Süleyman  Rəhimov,  Əli  Vəliyev,  Əbülhəsən,  Mehdi 
Hüseyn,  Mirzə  İbrahimov,  Mir  Cəlal,  İlyas  Əfəndiyev, 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə