www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
155
zəncirbəndinin qırılmazlığını məhz bu cür münasibət
təmin edir.‖ (Bax: Yenə orada.)
Ədibin ümumən yaradıcılığı bu dediklərimizi parlaq
surətdə təsdiq etməkdədir. Bu baxımdan sözü gedən
əsərlərinin bir cəhətinə diqqəti cəlb etməyi lazım bilirik.
Onun hekayə, povest və romanlarının, dram əsərlərinin
―zaman zəncirbəndinin‖ qırılmaz bəndi olan müasirliyidir
ki, bu müasirlik heyrətamizdir və gətirdiyimiz ədəbi-
tənqidi
faktlar da, bunu dönə-dönə qeyd etmişdir.
Düzdür, bu əsərlərin yazıldığı illər arasındakı fərq
xronoloji baxımdan о qədər də çox deyil. Lakin nəzərə
almaq lazımdır ki, bu illər ərzində vətənimizdə köklü
tarixi-ictimai hadisələr baş vermiş, Azərbaycanda
müstəqil demokratik dövlət qurulmuş, ədəbi irsə
münasibətdə yeni, obyektiv meyarlar bərqərar olmuşdur.
İlyas Əfəndiyevin əsərləri azərbaycançılığın, ilk növbədə
məhz ədəbi milli-mənəvi dəyərlər, yüksək bəşəri ideallar
işığında təqdimindən və tərənnümündən ibarətdir. Və bu
cəhət onun yaradıcılığının müasirlik meyarı, müasirlik
kredosudur...
Bu baxımdan, dəqiq müşahidədir: ―İlyas Əfəndiyev
qədər teatr sənətinə məhəbbət yaradan ikinci bir
dramaturq yoxdur. İlyas Əfəndiyev Şekspir, Şiller,
Servantes
kimi
Azərbaycan
xalqının
ölməz
dramaturqudur. Onun əsərləri, pyesləri hər zaman
aktualdır. Yetər ki, o pyeslər olduğu kimi səhnəyə gəlsin.
İlyas Əfəndiyevin ideyasına toxunmaq bəşəri ideyaların
üstündən xətt çəkmək deməkdi.‖ (Bax: Vidadi Hüseynov.
Bu günün İlyas Əfəndiyevi. ―525-ci qəzet‖, 03.10. 2012.)
İlyas Əfəndiyevin qələmindən çıxmış əsərlərin
unikallığı da elə burada üzə çxır ki, ədəbi tənqidimiz bu
cəhəti həmişə yüksək dərəcədə qiymətləndirmişdir.