Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
səhifə47/80
tarix18.06.2018
ölçüsü3,14 Kb.
#49461
1   ...   43   44   45   46   47   48   49   50   ...   80

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
145 
yazmasıdır.  Bədii  üslubu  formalaşdırıb,  dolğunlaşdıran 
mənbələr  cərgəsində,  yuxarıda  gördük  ki,  folklor 
poetikasının,  folklor  ənənə  və  motivlərinin  rolu  İlyas 
Əfəndiyevin yaradıcılığında olduqca güclüdür. Tənqidçi -
ədəbiyyatşünas,  professor  Yaşar  Qarayev  yazırdı  ki, 
"əlbəttə,  mübahisə  etmək  olar  ki,  İlyas  Əfəndiyev  daha 
çox  nasirdir,  ya  dramaturq?  Hətta  mübahisə  etmək  olar 
ki,  nəsrdə  də,  daramaturgiyada  da  o,  daha  çox  ədibdir, 
yoxsa  şairdir?  Lakin  bir  şey  mübahisəsizdir:  İlyas 
Əfəndiyev hər şeydən əvvəl, bir lirikdir, şairanə istedada 
və üsluba malikdir." (Bax: Qarayev Y. Boy çiçəyinin ətri 
(ön söz).  Əfəndiyev  İ.  ―Seçilmiş  əsərləri‖. 6 cilddə, 1-ci 
cild, s.5.) 
İlyas  Əfəndiyev  əsərlərinin  bədii  siqlətinin  məna 
çalarını  onun  özünəməxsus  fərdi  üslubu  təşkil  edir.  Bu 
cəhəti  vurğulayan,  görkəmli  dilçi-alim,  AMEA-nın 
müxbir üzvü, professor Tofıq Hacıyev düzgün qeyd edir 
ki, ―lirizmi, bir tərəfdən, dramaturqun dilindəki şeiriyyəti 
qidalandırır,  о  biri  tərəfdən  hadisə  və  obrazlarındakı 
psixologizmi  şərtləndirir.  Bu  lirizm  oradan  başlanır  ki, 
yazıçı  təbiətdə  də,  cəmiyyətdə  də,  insanda  da  gözəlliyin 
vurğunudur; bu gözəlliyi tapa və görə bilir. Gözəlliyin də 
lirika  ilə  dil  açması  təbiidir.  Buna  görə  də  İlyas  Əfən-
diyevin dilində güclü şeiriyyət var. 
 Bu  şeiriyyət  təkcə  sevgi  səhnələrinin  təsvirində,  lirik 
qəhrəmanların emosional söhbətlərində deyil, bütövlükdə 
İlyas Əfəndiyevin bədii sənətindədir, nəsrində və drama-
turgiyasındadır.  (Bax:  Hacıyev  T.  ―Şerimiz,  nəsrimiz, 
ədəbi dilimiz.‖ Bakı, Yazıçı, 1990, s.65.) 
İlyas  Əfəndiyevin  yaradıcılıq  üslubundakı  lirizmin 
təkcə dil hadisəsi olmadığını xalq artisti Əli Zeynalov da 
duymuş,  hətta  bu  fikri  güya  bir  oxucu  kimi,  amma 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
 
146 
ədəbiyyatçı 
səriştəsi 
ilə 
belə 
ifadə 
etmişdi: 
―Ümumiyyətlə, bir oxucu kimi mənə elə gəlir ki, İlyasda 
lirik  əhval-ruhiyyə  dəmir  ağacın  həyat  eşqi  kimi 
güclüdür. Amma yaxşı ki, heç vaxt lirikaya nə isə lirik bir 
səhnə  və  yaxud  vəziyyət  yaratmaq  xatirinə  meyl  etmir. 
Onun  lirikası  qəhrəmanların  psixoloji  vəziyyəti  ilə  və 
bilavasitə  yaranmış  zəruri  situasiya  ilə  bağlı  olur.  (Bax: 
«Sən  həmişə  mənimləsən»  //  «Ədəbiyyat  və  incəsənət», 
1974, 23 noyabr.) 
Dramaturgiya  janrının  tədqiqatçısı  kimi  tanınan 
filologiya  üzrə  fəlsəfə  doktoru  Arif  Səfiyev  İlyas  Əfən-
diyevin  nəsrində  də  lirik,  poetik  bir  dramatizmin 
mövcudluğundan söhbət açır: ―Yazıçının nəsr əsərlərində 
psixologizmin  ardıcıllığı  və  dramatizmin  gərginliyi 
poetik  bir  ovqat  yaradır.  İlyas  Əfəndiyev  ən  kiçik 
hekayələrində  də  dramaturqdur  -  obrazların  fərdi 
psixoloji  və  ictimai  dramatizminin  ifadəsində,  onların 
bir-birinə münasibətində və dərin sarsıntılarının, içəridəki 
"mən"  yaşantışının  ziddiyyətlərinin  monoloq  siqlətli 
daxili  nitq  kimi  səsləndirilməsində  bu  özünü  tam  biruzə 
verir.  (  Bax:  Səfiyev  A.  ―Azərbaycan  dramaturgiyası 
müasir mərhələdə‖, Bakı, Ozan, 1999, s.68.) 
Bu  cəhətdən  Yusif  Seyidovun,  Musa  Adilovun, 
Əbdülhəmid  Bağırovun,  müasir,  gənc  dilçilərimizdən 
Aynurə  Paşayevanın  fikir  və  tədqiqləri  diqqətimizi  cəlb 
etdi.  Aynurə  Paşayeva  ―İlyas  Əfəndiyevin  Qarabağ 
mövzusundakı 
dramlarının 
bəzi 
sənətkarlıq 
xüsusiyyətləri‖  məqaləsində  yazır:  ―Dil  –  bədii 
ədəbiyyatın  əsas  vasitəsidir.  Kamil  obrazlı  bədii  dilin 
rəngarəng  parıltısı,  işığı,  ahəngi,  musiqisi  olmasa,  bədii 
yaradıcılıqdan  söhbət  açıla  bilməz.  Onun  bədii  dilindəki 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə 
 
147 
şirinlik,  təbiilik,  musiqilik  bütövlükdə  yazıçının 
təsvirlərinə  bir  şairanəlik,  mühakimələrinə  axıcılıq  və 
ahəngdarlıq  gətirir.  İ.Əfəndiyevin  bədii  yaradıcılıq 
portreti üçün nəzərdə tutula biləcək cizgilər çoxdur, onlar 
sayılmaqla  qurtarmaz.  Lakin  həmin  cizgilərin  hamısı 
üçün  ümumi  olan,  onların  hamısına  aşılanmış  bir 
keyfiyyət  var:  vüsət  və  şairənəlik!‖  (Bax:  Yazar: 
―Admin‖  saytı  .  Bölmə:  Ədəbi  tənqid  .Tarix:  10  iyul, 
2010.)  
 Bu  cəhətdən  Azərbaycan  Müəllimlər  İnstitutunun 
Mingəçevir  filialının  dosenti,  AMEA  Nəsimi  adına 
Dilçilik  İnstitutunun  doktorantı  Flora  Namazovanın 
―İlyas  Əfəndiyevin  dramaturgiya  dilində  sözün  seman-
tikası  və  funksiyaları‖  tədqiqat-məqaləsi  də  diqqətimizi 
cəlb elədi. (Bax: ―Pirsultan‖ dərgisi, say-16.) 
 Məqalədə  Azərbaycan  xalq  yazıçısı  İlyas  Əfəndi-
yevin  dramaturgiya  dili  nəzərdən  keçirilir.  Bu  dilin 
əsasını təşkil edən söz və onun bədii dəyəri, semantik və 
funksional aspektləri fakt və dəlillər əsasında təhlil edilir. 
Sözün  estetik  funksiyasının  dialoqlarda  əhatə  olunduğu 
məna imkanları əsaslandırılır. 
Tədqiqatda  əsas  problemlərdən  biri  dram  dilinin 
inkişafında  yeni  faza  ilə  əlaqədardır.  Yəni  yazıçının  bu 
istiqamətdə 
virtuoz 
bədii 
ustalığıdır. 
Başlıcası 
İ.Əfəndiyevin 
Azərbaycan 
ədəbi 
bədii 
dilinin 
inkişafındakı  rolu,  bu  inkişafda  dramaturqun  hər  kəsə 
nəsib olmayan gördüyü işlərdir.  
Tədqiqat  konkret  bir  yazıçı-dramaturqun  –  İlyas 
Əfəndiyevin  sözdən  istifadənin  sistem  xarakterini  açıb 
göstərir.  Bədii  vasitələrin  janr  spesifikliyi,  dramaturqun 
üslub  təkamülü,  semantik  üslubi  qanunauyğunluqlar, 
ümumi  semantik  prinsiplər,  dialoqların  quruluşu  və 


Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə