www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
169
Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuş
pyeslərinin siyahısı" çap edilmişdir.
Əslində bu kitabda toplanan məlumatlar, məqalələr,
xatirələr, şeirlər, xronikalar ədəbi-mədəni ictimaiyyətin
böyük və həmişəyaşar ədibimiz İlyas Əfəndiyevin
şəxsiyətinə və yaradıcılığına, onun şərəfinə qoyulmuş
yazılı abidədir...
Başqa bir məlumatda isə biz, İlyas Əfəndiyev
yaradıcılığına Türkiyə Cümhuriyyəti ziyalılarının,
naşirlərinin münasibətini görürük.
―Xalq qəzeti‖nin 23 İyun 2011-ci il sayında oxuyuruq
ki, Türkiyədə "İlyas Əfəndiyev. Həyatı və əsərləri"
monoqrafiyası çapdan çıxmışdır və bu barədə yuxarıda
məlumat vermişik...
Son illərin başqa bir maraqlı tədbirini də xatırlatmaq
yerinə düşər. Bu tədbirdən aydın olur ki, İlyas Əfəndiyev
şəxsiyyəti və yaradıcılığı təkcə ədəbi-tənqidin deyil, həm
də bədii fikrin, düşüncənin də dərki prosesində özünə yer
almış, şairlərimiz onun barəsində maraqlı şeirlər,
poemalar yazmışlar. Yazıçının nəvəsi – Günay
Əfəndiyeva Elçin qızı bu əsərləri toplayaraq maraqlı bir
kitab – ―İlyas Əfəndiyev. Şeirə sığmayan ömür‖
adlandırdığı kitabı nəşr etdirmişdir.
Bu kitabın təqdimat mərasimindən ―525‖-ci qəzet‖ də
(17.03.2011) dərc edilən məlumatda oxuyuruq:
―Dünən (16.03.2011. – red.) Muzey Mərkəzində XX
əsr Azərbaycan ədəbiyyatının klassiki, xalq yazıçısı İlyas
Əfəndiyevə həsr olunmuş ―İlyas Əfəndiyev. Şeirə
sığmayan ömür‖ kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə İ.Əfəndiyevin oğlu, baş nazirin müavini,
xalq yazıçısı Elçin, həmçinin tanınmış elm, ədəbiyyat və
mədəniyyət xadimləri, millət vəkilləri, ziyalılar, mətbuat
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
170
nümayəndələri iştirak ediblər. Mədəniyyət və Turizm
Nazirliyinin nəşr layihəsi olan ―İlyas Əfəndiyev. Şeirə
sığmayan ömür‖ kitabı ―Təhsil‖ nəşriyyatında nəfis
tərtibatla çap edilib. Kitabın tərtibçisi və redaktoru Günay
Əfəndiyevadır.
―İlyas Əfəndiyev. Şeirə sığmayan ömür‖ kitabında,
adından göründüyü kimi, unudulmaz yazıçıya həsr
olunmuş şeirlər, tanınmış şəxslərin ürək sözləri və
qiymətli fotoşəkillər yer alıb. Ümummilli lider Heydər
Əliyevin İlyas Əfəndiyev barədə dəyərli fikirləri ilə
açılan kitabda tərtibçi-redaktor Günay Əfəndiyevanın ön
sözü, xalq yazıçısı Elçinin ―Şeirə sığmayan ömür‖
məqaləsi yer alıb.
Bundan başqa, kitabda Süleyman Rüstəm, Qabil,
Nəriman Həsənzadə, Fikrət Qoca, Zəlimxan Yaqub,
Ramiz Rövşən, Tofiq Nurəli və başqa şairlərin qələmə
aldığı şeir nümunələri dərc edilib. Bu şeirlərdə İlyas
Əfəndiyev sənətinə, şəxsiyyətinə dərin ehtiram və
məhəbbət əksini tapıb. Yazıçının parlaq obrazını
tamamlamaq məqsədi ilə kitaba fotoşəkillərlə yanaşı
rəssamların bu mövzuda çəkdiyi illüstrasiyalar, teatr
eskizləri, digər bədii rəsm və foto nümunələri də daxil
edilib.
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev
mərasimdə çıxış edərək, İlyas Əfəndiyev yaradıcılığından
danışıb və ona həsr olunan bu kitabı yüksək
qiymətləndirib. İlk olaraq çıxış edən mədəniyyət və
turizm naziri Ə. Qarayev bildirib ki, ―İlyas Əfəndiyev.
Şeirə sığmayan ömür‖ kitabında adından göründüyü
kimi, unudulmaz yazıçıya həsr olunmuş şeirlər, tanınmış
şəxslərin ürək sözləri və qiymətli fotoşəkillər yer alıb.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
171
Kiatbda yer alan şeirlərdə İlyas Əfəndiyev sənətinə,
şəxsiyyətinə dərin ehtiram və məhəbbət ifadə olunub:
―Yazıçının parlaq poetik obrazını tamamlamaq məqsədi
ilə kitaba fotoşəkillərlə yanaşı rəssamların bu mövzuda
çəkdiyi illüstrasiyalar, teatr eskizləri, digər bədii rəsm və
foto nümunələri də daxil edilib. Mədəniyyət və Turizm
Nazirliyinin nəşr layihəsi olan ―İlyas Əfəndiyev. Şeirə
sığmayan ömür‖ kitabı ―Təhsil‖ nəşriyyatında nəfis
tərtibatla çap olunub. Kitabın tərtibçisi və redaktoru
Günay Əfəndiyevadır‖.
Nazirin çıxışından sonra böyük ədib haqqında
hazırlanan sənədli film nümayiş olunub.
Mərasimdə çıxış edən millət vəkili, professor Nizami
Cəfərov
İlyas
Əfəndiyev
yaradıcılığının
bənzərsizliyindən danışıb, ədibin özünəməxsus yolu olan
bir yazıçı olduğunu diqqətə çatdırıb və kitabın çox
orijinal bir tərtibatla hazırlandığını bildirib: ―Bəlkə də bu
kitabı hansısa peşəkar ədəbiyyatşünas, yazıçı yazsaydı,
peşəkar dizaynerin tərtibatında çıxsaydı, bu qədər səmimi
olmazdı. Günay xanım babasını hamıdan yaxşı tanıdığı
üçün bu kitabın tərtibatında da səmimilik və doğmalıq
hiss olunur‖.
Xalq artisti, Bakı Bələdiyyə Teatrının direktoru
Amaliya Pənahova İlyas Əfəndiyevin və onun əsərlərinin
Azərbaycan teatrının inkişafındakı mühüm rolundan
danışıb: ―İlyas Əəfəndiyev Azərbaycan teatrının
inkişafına misilsiz xidmət göstərən pyeslər yaradıb. Mən
çox xoşbəxt bir aktrisayam ki, onun 18 əsərinin 14-də baş
rol ifaçısı olmuşam. Onun əsərləri ilə Azərbaycan
teatrında üç böyük aktyor nəsli yetişdi və bu aktyorlar
İlyas müəllimin əsərləri ilə inkişaf etdilər. Biz bu gün bu
kitabı vərəqlədikcə, onun haqqında dəyərli şairlərin
Dostları ilə paylaş: |