www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
174
Və yəqin elə buna görə də neçə illərdir ki, İlyas
Əfəndiyevin şəxsiyyəti də, yaradıcılığı da Azərbaycan
poeziyasının mövzularından birinə çevrilmişdir. O, bəlkə
də, haqqında ən çox şeir yazılmış nasirimizdir və İlyas
Əfəndiyevi xatırladıqca, onu yenidən oxuduqca, mən bu
cəhəti çox əlamətdar hesab edirəm.‖ (Bax: ―Şeirə
sığmayan ömür‖, Bakı, ―Təhsil‖ nəş., 2011, s.13.)
―... Azərbaycan ədəbi tənqidinin, yəqin elə bir
nümayəndəsini tapmaq mümkün deyil ki, İlyas
Əfəndiyev haqqında yazmasın. Hətta yazıçı və şairlərin
əksəriyyəti İlyas Əfəndiyev haqqında çox yazıblar, eyni
zamanda böyük sənət xadimlərimiz də vaxtaşırı İlyas
Əfəndiyev haqqında yazmış, onun şəxsiyyəti və
yaradıcılığı barədə ürəkdən gələn bir hərarətlə söz
demişlər.
İlyas Əfəndiyevin yaradıcılığı bir çox elmi mo-
noqrafiyaların, dissertasiyaların mövzusu olmuşdur və
həmin dissertasiyalar bu gün də müdafiə edilir.
Ancaq belə zəngin bir biblioqrafiya ilə bərabər, bu
kitab, dediyim kimi, qeyri-adi və əlamətdar hadisədir.‖
(Bax:
Yenə orada, s.15.)
Müəllif davam edir: ―Çünki söhbət elmi-nəzəri
tədqiqatlardan, məqalələrdən, esselərdən, xatirələrdən, bu
və
ya
digər
münasibətlə söylənmiş fikir və
mülahizələrdən yox, poeziyadan gedir.
Bu kitabda 35 Azərbaycan şairinin müxtəlif illərdə
İlyas Əfəndiyevə həsr etdikləri 38 şeir toplanıb.
Qəribədir, bəzən kiçik bir şeir böyük bir bioqrafi-
yanın, zəngin və zəngin olduğu qədər də mürəkkəb bir
xarakterin ayrı-ayrı çalarlarını, məxsusi cəhətlərini ifadə
edə bilir.