www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
157
Bunları ümumi şəkildə təqdim edəsi olsaq filologiya
elmləri doktoru Yəhya Seyidovun İ.Əfəndiyevin həyatı
və yaradıcılığı haqqında müxtəsər oçerki bu sahədə -
monoqrafik tədqiqat ölçüsündə atılan ilk addımdır.
Bununla belə obyektiv səbəblər üzündən həmin kitabda
ədibin son 20-25 ildəki yaradıcılığı öz əksini
tapmamışdır.
Filologiya elmləri namizədi Yaqub İsmayılovun «İl-
yas Əfəndiyevin yaradıcılıq yolu» monoqrafiyası isə daha
geniş tədqiqatın nəticəsidir. Kitabın müəllifi özündən əv-
vəlki tədqiqatçıların yazıçı haqqındakı fikirlərini təkrar
etməmiş, İ.Əfəndiyevin bədii nəsri yüksək qiymətlən-
dirilərək həyat və qəhrəman, konflikt və xarakter kimi
nəzəri problemlərdən söhbət açmış, dramaturqun lirik-
psixoloji pyeslərinin təhlilinə daha çox üstünlük vermiş,
ədəbi-tənqidi görüşləri və sənətkarlıq xüsusiyyətlərini
araşdırmışdır. Təbii ki, 1991-ci ildə çap edilmiş bu ki-
tabda İ.Əfəndiyevin son illərdə yazılmış əsərləri təd-
qiqatdan kənarda qalmışdır.
Filologiya elmləri namizədi Aida Salahova isə öz
əsərində yazıçının yalnız romanlarının dil və üslub
xüsusiyyətlərindən söhbət açmışdır.
Ədibin
yaradıcılığı
haqqında
ilk
namizədlik
dissertasiyası olan H.Nəsirovun 1965-ci ildə yekunlaş-
dırdığı «İlyas Əfəndiyevin yaradıcılıq yolu» əsərində
yazıçının yalnız 60-cı illərə qədər qələmə aldığı bir neçə
əsərindən bəhs edilmiş, B.Məmmədovun «İ.Əfəndiyevin
dramaturgiyası» adlı tədqiqatı isə 1973-cü ilə qədər
yazılmış pyeslərinin təhlili ilə məhdudlaşmışdır.
Belə ki, ədibin yaradıcılığı haqqında müxtəlif səpgili
kitablar, monoqrafiyalar çap edilmiş, dissertasiyalar:
«İlyas Əfəndiyevin yaradıcılıq yolu» (Ə.T.Əfəndiyev)
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
158
kimi doktorluq, «Dramaturgiyamızda psixologizm
problemi» (İlyas Əfəndiyevin yaradıcılığı əsasında (X.T.
Fərziyev), «İlyas Əfəndiyev və xalq ədəbiyyatı»
(G.V.Şükürova), «İlyas Əfəndiyevin dram əsərlərində
qəhrəmanların tipologiyası» (M.Y.Məmmədova), «İlyas
Əfəndiyevin dramaturgiyası» (B.Məmmədov), «İlyas
Əfəndiyevin dramaturji irsi və müasirlik problemi»
(S.V.Abbasova), «İlyas Əfəndiyevin dramaturgiyasında
tarixi mövzu və müasirlik» (İ.A.Ağayev), «İlyas Əfəndi-
yevin nəsrində psixologizm» (T.K.Məmmədova), «İlyas
Əfəndiyevin publisistikası» (Y.N.Qasımova), «İlyas
Əfəndiyevin tarixi dramları» (S.H.Məcidova) və s.
müdafiə edilmiş, sistemli ədəbiyyatşünaslıq sahəsi
yaranmışdır...
Biz tədiqat boyu bu adlarını çəkdiyimiz əsər və
monoqrafiyalara yeri gəldikcə münasibət bildirmiş,
istinad
etmiş,
xüsusən
G.V.Şükürovanın
―İlyas
Əfəndiyev və xalq ədəbiyyatı‖ tədqiqatından daha ətraflı
danışmışıq. İndi isə böyük yazıçı barəsində hələlik son
monumental monoqrafiya olan, onun yaradıcılığını illər
boyu ardıcıl öyrənən, tanınmış ədəbiyyatşünas, filologiya
elmlər namizədi Əmin Əfəndiyevin ―İlyas Əfəndiyevin
yaradıcılığı.‖ (-Bakı. - Elm - 2000. - 310 c.) əsərini
oxucularımıza müəyyən dərəcədə daha ətraflı təqdim
etmək istərdik.
Bu kitabda tədqiqatçı İ.Əfəndiyevin çoxsahəli
yaradıcılıq yolunu bir küll halında yenidən nəzərdən
keçirmiş, dərc olunmuş ilk mətbu əsərlərindən, birinci
məqalə, oçerk və hekayəsindən tutmuş, tamaşaya
qoyulmuş son pyesinə qədərki sənət aləmini müasir
dövrün elmi konteksti baxımından yenidən araşdırmış,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
159
yazıçının qələmindən çıxmış hekayə, povest, roman,
oçerk, məqalə və s. nümunələri ayrı-ayrı bölmə və fəsillər
daxilində təhlil edərək qiymətləndirmiş, Azərbaycan
dram teatrı səhnəsində tamaşaya qoyulmuş iyirmi pyesi
müasir Azərbaycan dramaturgiyası və teatr sənətinin
ümumi inkişafı ilə paralel bir formada, ədəbi mühitlə və
zamanla əlaqəli bir şəkildə tədqiqata cəlb etməyə
çalışmışdır. Monoqrafiya üzərində işləyərkən, bu vaxta
qədər toxunulmamış, yaxud az araşdırılmış məsələlər
üzərində daha çox dayanmağa cəhd göstərilmişdir.
Yazıçının yaradıcılığı haqqında daha geniş və tam
təsəvvür yaratmaq məqsədilə, tədqiqatçı ədibin təkcə çap
olunmuş və tamaşaya qoyulmuş əsərlərini deyil, eyni
zamanda arxiv sənədlərini, bu günə qədər nəşr edilməmiş
bir çox əlyazmalarını da nəzərdən keçirmiş, onun
tərcümeyi-halının və həyat yolunun müxtəlif səbəblərdən
indiyənə qədər gizlində qalan faktları aşkarlmış,
dəqiqləşdirmişdir.
Özü də, bir cəhət xüsusən
əhəmiyyətlidir ki, tədqiqatçı ilə yazıçı arasında demək
olar ki, dostluq əlaqələri olmuş, bir sıra prinsipial
məsələlər müzakirədən keçirilmiş, qarşılıqlı anlaşma və
razılaşma şəklində qəbul edilmişdir ki, bu da hər
tədqiqatçıya müəssər olmur...
Əmin Əfəndiyevin "İlyas Əfəndiyevin yaradıcılığı"
adlı elmi monoqrafiyasının elmi redaktoru akademik
Bəkir Nəbiyevdir.
Kitab "Giriş"dən, dörd fəsildən və "Nəticə"dən
ibarətdir.
"Giriş"də müəllif İlyas Əfəndiyevin yaradıcılığından,
onun Azərbaycan ədəbiyyatı tarixində tutduğu yerdən,
əsərin yazılma səbəblərindən bəhs edir. "Həyat yolu.
Ədəbi qaynaqlar" adlanan I fəsildə "Uşaqlıq və gənclik
Dostları ilə paylaş: |