www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
151
qoca‖, ―Üçatılan‖ kimi məşhur romanlarını, ―Seçilmiş
pyeslər‖ini oxumaq imkanı əldə ediblər. Bu əsərlər türk
ədəbiyyatşünaslarının da diqqətindən yayınmayıb. Bir
sıra Türkiyə universitetlərində elmi tədqiqat işlərinin
mövzusu İlyas Əfəndiyevin yaradıcılığı ilə bağlıdır.
Bu yaxınlarda Ankaradakı ―Fenomen‖ nəşriyyatı türk
ədəbiyyatşünası, Atatürk Universitetinin dosenti Sedat
Adıgözəlin ―İlyas Əfəndiyev. Həyatı, əsərləri, üslub
özəllikləri, sosialist gerçəklik baxımından qəhrəmanları‖
adlı elmi monoqrafiyasını nəşr edib. İlyas Əfəndiyevin
həyatı haqqında ətraflı məlumat verən müəllif, ədibin
yaradıcılığından
geniş bəhs edir, onun üslub
xüsusiyyətlərinin, bədii-estetik rəngarəngliyinin müfəssəl
elmi təhlilini aparır, yazıçını XX əsr Azərbaycan
ədəbiyyatının
aparıcı
simalarından
biri
kimi
qiymətləndirir.‖
Bu da maraqlıdır ki, Sedat Adıgözəl İlyas Əfəndiyev
yaradıcılığının mühüm bir məqamını xüsusi olaraq
vurğulayıbdır: ―Əsərlərinin böyük əksəriyyəti sovet
dönəminə təsadüf edən İlyas Əfəndiyev 1939-cu ildə
çapdan çıxmış və oxucuların sevgisini qazanmış
―Kənddən məktublar‖ adlı ilk kitabından başlayaraq,
ömrünün
sonuna
kimi
yazdığı
romanlarında,
hekayələrində, pyeslərində sovet sosialist ideologiyasının
əsiri olmamış, bu ideologiyanı tərənnüm etməmiş, insani
hissləri, hər gün gördüyümüz adi adamların məhəbbətini,
onların daxili aləmininin psixoloji təsvirini yüksək
sənətkarlıqla qələmə almışdır. Heç zaman Sovet İttifaqı
Kommunist Partiyasının üzvü olmamış İlyas Əfəndiyev
əsərlərində də bədii-estetik prinsipləri əsas götürmüşdür.
Onun parlaq istedadı sovet rəhbərlərinin vəsfinə yox,
sənətə xidmət etmişdir.‖ (Bax: Yenə orada.)
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
152
Məriyəm Əlizadə adı çəkilən məqaləsində onu da
qeyd edir ki, ―Məsələ budur ki, İlyas Əfəndiyevin yazdığı
20 pyesdən düz 19-u Azərbaycanın və eləcə də
Türkiyənin müxtəlif teatrlarının səhnəsində uğurla
oynanılmışdır. Azərbaycan Milli Dram Teatrının müasir
tarixi isə birbaşa şəkildə onun adı ilə bağlıdır. İlyas
Əfəndiyevin bu teatrların səhnəsində son 50 il ərzində
tamaşaya hazırlanmış ―İşıqlı yollar‖ (1947), ―Bahar
suları‖ (1948), ―Atayevlər ailəsi‖ (1954), ―Sən həmişə
mənimləsən‖ (1964), ―Unuda bilmirəm‖ (1968), ―Məhv
olmuş gündəliklər‖ (1969), ―Mahnı dağlarda qaldı‖
(1972), ―Qəribə oğlan‖ (1973), ―Xurşidbanu Natəvan‖
(1981), ―Büllur sarayda‖ (1983), ―Şeyx Məhəmməd
Xiyabani‖ (1986), ―Bizim qəribə taleyimiz‖ (1988),
―Sevgililərin cəhənnəmdə vüsalı‖ (1989), ―Tənha iydə
ağacı‖ (1991), ―Ağıllılar və dəlilər‖ (1992), ―Hökmdar
və qızı‖ (1994) kimi pyesləri çağdaş teatr təfəkkürünün
inkişafına güclü təsir göstərmişdir. Məhz lirik-psixoloji
dram janrının nəzəri-estetik prinsipləri, bədii qayəsi, bu
pyeslərin poetikası və arxitektonik quruluşu əsasında
ədəbiyyatşünaslıq tərəfindən müəyyənləşdirilir.‖ (Bax:
Yenə orada.)
Hətta Məryəm Əlizadə İlyas Əfəndiyev yaradıcılığını
tamamilə yeni yöndə, təzə tədqiqat prinsiplərinə uyğun
şəkildə yenidən öyrənilməsi vacibliyini irəli sürərək, özü
demiş, bir az obrazlı şəkildə olsa da yazır: ―Azərbaycan
milli teatrını proses kimi götürdükdə, hətta onun təsisatlı
(institusional) - (anlayış iqtisadi termindir və müəllifin
anlayışı burada hansı mənada işlətdiyi məlum olmur –
J.Q.) mərhələsini belə donmuş, statik hadisə kimi deyil,
zaman içində bir hərəkət kimi təhlil etməyi tərcih edirəm.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
153
Bu mənada, Azərbaycan teatrında konkret zaman
kəsiyində İlyas Əfəndiyev amilini və ya fenomenini
məhz
prosesimizin
əbədi hərəkəti
kontekstində
araşdırmaq məqamı yetişibdir. Obrazlı desək, ―İlyas
Əfəndiyev fenomeni‖ni açıqlamaq üçün Jül Vernin
məşhur romanındakı Kapitan Nemonun sualtı qayığının
devizini xatırlamaq yerinə düşər: ―Hərəkətli hərəkətlidə.‖
Yeni elmi düşüncənin əsaslarında duran Kvant
fəlsəfəsi qeyri-səlis məntiqlə izah olunur, açılır və
fövqəladə yeni, gözlənilməz qənaətlərə gəlməyə imkan
verir. Çağdaş elmdə məhz bu yeni açılan perspektivlər
məni
İlyas
Əfəndiyevin
yaradıcılığını
ənənəvi
ədəbiyyatşünaslıq və ənənəvi teatrşünaslıq mövqeyindən
deyil, ―Zaman içində dalğa‖ fenomeni kimi araşdırmağa
sövq etdi. Odur ki, bununla bağlı tezisləri bəyan edərək,
mətləbə keçməzdən öncə bir şeyi tam əminliklə və tam
məsuliyyətlə deyim:
İlyas Əfəndiyevin şəxsiyyəti, ədəbi və dramaturji
yaradıcılığı, əsərlərinin teatr təcəssümü və onlardan
qaynaqlanan mətləblər İlyas Əfəndiyev dramaturgiyasına
məhz yeni elmi konsepsiyaların araşdırma üsulları ilə
yanaşmaq imkanını verir. ‖ (Bax: Əlizadə M. Sözlü
adam.―525-ci qəzet‖, 03.06.2009, s.7.)
Məsələn, elə buradaca teatrşünas-tənqidçi Məryəm
xanım İlyas Əfəndiyev dramaturgiyasında ―z a m a n‖
konsepsiyasını belə izah edir:
―İnsan varolmasının dördüncü ölçüsü, boyutu olan
Zaman özü-özlüyündə paradokslardan və fenomenlərdən
ibarətdir. Zamanın bir neçə təzahür formaları var. Bunları
düşündükcə, çox tez dəqiq elmi düşüncədən bədii-
yaradıcı düşüncəyə keçməli olursan. Fiziki zaman,
astronomik zaman, təqvimi zaman, psixoloji zaman, nisbi
Dostları ilə paylaş: |