Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə135/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   131   132   133   134   135   136   137   138   ...   148

________________Milli Kitabxana________________

Səh. 199.

Sürmə olar Yəquba, nura dönər göz yaşı,

Vəsmə Züleyxa tapar, ta qarala ağ başı.

Bu  beytdə məşhur  "Yusif  və Züleyxa"  dastanına  işarə edilir. Əfsanəyə görə Yusif

şahlığa çatanda atası Yəqubun üzü güldü, qocalmış Züleyxa cavanlaşdı.

Səh. 201.

Zöhrə mizrabını vurur çənginə,

Nəşin qızlarını oynadır yenə.

Nəş - Şimal  qütbü  yaxınlığında  ulduz  toplusu. Zöhrə - (Venera,  Nahid) - parlaq

səyyarə, məhəbbət ilahəsi.



Səh 203.

Ölkənin Qiydafəsi, zaman gəzib sənə tay,

Rabiədən savayı bir oxşayan görməmiş.

Bu  beytdə adı  çəkilən Qiydafə "Şahnamə"də İskəndərə ağlı  ilə qalib  gələn  qadındır.



Rabiə isə paklıqda nümunə olan məşhur ərəb qızıdır.

Səh. 204.

Sən sifətdə Sarasan, paklıqda Asiyəsən,

Heç kəsin görmədiyi mehriban Zübeydəsən.

Sara - İbrahim  peyğəmbərin  arvadı. Asiya - hökmdar  Fironun  arvadı. Zübeydə -

Abbasilər xəlifələrindən Harun-ər-Rəşidin arvadı.



Səh .207.

Bu yosun basmış olan Ruyindeji,

Tutmağa mən həftxanı seçmişəm.

Bu  beytdə "Şahnamə"  dastanlarından  İsfəndiyarın  yeddi  tilsim  sındırıb, Ruyindej

qalasına çatması xatırlanır. Xaqani özünü qəhrəman İsfəndiyara bənzədərək, yeddi tilsim

sındırıb, eşq qalasını fəth etdiyini bildirir.



Səh .207.

Təkcə Bilqeysi-zamanı seçmişəm. Bu misrada Şirvanşahın bacısı İsmətəddini məşhur

"Süleyman  və Bil-qeys"  dastanında  gözəlliyi  təriflənən  Bilqeyslə tutuşdurub,  onu  öz

zəmanəsinin  Bilqeysi  adlandırır. Sonra  "ismətəddinə Məryəm  (İsanın  anası) hökmü  var"

dedikdə onu daha da yüksəyə qaldırır.

Səh. 208.

Mənziliçin Fərqədanı seçmişəm.



Fərqədan - səhərə yaxın üfüqdə görünən cüt, parlaq ulduza deyilir. Xaqani bu misrada

İsmətəddinin məqamını asimana yüksəldir.



Səh .209.

Təzadı boşladı dörd təb, birləşib qaldı.



Bu  misrada  dörd  təb - dörd  ünsürə işarədir.  Şair  deyir:  şahın ədaləti  sayəsində

ünsürlər arasında olan ziddiyyət aradan qalxdı.



Səh. 209.

Yəqin Xütəndəki yəbruh bitkisi dil açar,

Yaxın zamanda o, Vəqvaq ağacıtək danışar.

Orta əsrdə Vəqvaq adlı cəzirədə bir ağac olmuş ki, o külək əsəndə danışığa bənzər səs

çıxararmış. Həmin ağac da Vəqvaq adlanmışdır.

Beytin  mənası:  şahın ədaləti  sayəsində Xutən  şəhərində (Çindədir)  bitən  yəbruh  adlı

ot belə Vəqvaq ağacı kimi dil açar.



________________Milli Kitabxana________________

Səh. 210.

Görüncə səndəki Pərvin qıran oxu, hətmən,

Bənat-nəş alar, qorxaraq, təlaq göydən.

Pərvin - (Sürəyya) kiçik ulduz toplusu.

Vənat-nəş - Şimal qütbündə 7 bacı adlanan ulduzlar.

Səh. 210.

Qidağ oxu uçar ikən sənin kamanından,

Qidağa əks-sədası çatar dar üstə haman.

Qidağ- Qıpçaq çölündə bir dağın adıdır. Sivri oxları buradan gətirmişlər. Beytdə şahın

sərrast ox atması təriflənir.



Səh. 210.

Başında çətri tutub "Caə Nəsrullah"ı zəfər.

Misranın  mənası:  Zəfər  onun  başı  üstündə qalibiyyət  bayrağı  tutmuşdur.  "Caə

Nəsrullah " - Gəldi Allahın köməyilə qalib olan.

Səh .211.

O nüktələr ki, düşər nəzmimə dəqiq, parlaq,

Yəqin ki, sirrini bilməz "Əbu Əli Dəqqaq".

Şeyx əbu Əli  Dəqqaq  Həsən  ibn  Məhəmməd - məşhur  Sufi şairlərdən  biri  olub,

nişaburludur. Qəznəvilər dövründə (IX-X) yaşayıb. Hicri 405-ci ildə vəfat etmişdir.



Səh. 211.

Yəmak ilə Yalaqı tərif eyləyim necə mən?

Yəmak və Yalaq - türk şahlarının adlarıdır.

Səh. 212.

Əlac gözləmərəm çünki İbn-İshaqqdan.



İbn İshaqq - məşhur təbib Hüseyn ibn İshaqqa işarədir (IX əsr).

Səh. 213.

Xidmətinə çatan dəmdə yaraşarmı Məsihayə,

Buraxsın öz donuzunu bir gün Məscidi-Əqsayə?

Məsiha - İsa peyğəmbər. Məscidi-Əqsa - Beytül-müqəddəs (Yerusəlim).

Səh. 214.

Zərli qılıncla Günəş Ay sipərinə vurub,

Tikdi darın çiyninə öz əli ilə ğiyar.

Giyar - yəhudilərin  öz  üstünlüklərini  göstərmək  üçün  çiyinlərinə tikdikləri  sarı

parçaya deyilir.

Beytin  mənası:  Günəş  öz  zərli  şüaları ilə Ayın  qalxanına  (üzünə)  sarı rəng  vurub,

dağın zirvəsini işıqlandırdı.



Səh. 214.

Oldu Səmak tutduğu nizə əlilə qələm,

Oldu bu əllə İrəm çeşməli bir laləzar.

Səmak - Astrologiyada əlində nizə tutan fələk surətlərindəndir (ulduzdur). İrəm - bağ

(behişt).

Beytin mənası: Fələyin nizəni qələmə dövdərən ulduzu yer üzündə behişt yaratdı.

Səh 214.

Asəf ikən, ver əlin Hatəm edibdir səni.

Əhnəf ikən, sözlərin Söhbanı xatırladar.



________________Milli Kitabxana________________

Asəf- məşhur  Süleyman  peyğəmbərin  ağıllı  vəziri. Hatəm - səxavətdə məşhur ərəb

dövlətlisi. Əhnəfibn  Qeys - ağıllı,  müdrik  alim Söhban  ibn  Vail - fəsahət  və bəlağətdə

məşhur alim.

Səh. 214.

Bəxşişi Xalid kimi hədsiz olan Yəhyasan,

Cəfər ikən, olmusan rəydə Harunşüar.

Yəhya ibn Xalid və onun oğlu Cəfər əliaçıqlıq və rəhmdillikdə, Harun isə mürüvvətdə

ad  çıxaran  görkəmli ərəb  başçılarıdır.  Xaqani  vəzir  Zeynəddini  yuxanda  adları çəkilən

məşhur şəxslərə oxşadır.

Səh 215.

Sünbülənin çərxdə yandı fərəh xırmanı,

Köçdü Günəş Mizana, tapdı o yerdə qərar.

Sünbülə - Astrologiya elmində altıncı bürc. Mizan - yeddinci bürcdür. Günəş Sünbülə

bürcündə olarkən bahar, Mizan bürcündə olanda payız olur.

Beytin mənası: bahar keçdi, payız gəldi.

Səh.215.

Göylərin zər parçası çatdı Tərəziyə çün,

Gecəylə gündüz bu dəm ölcüdə bir oldular.

Yəni  Günəş  Tərəzi  (Mizan)  bürçünə daxil  olduqda  gecə-gündüz  bərabər  oldu,  payız

başladı.

Səh. 216.

Ölkədə qoydu nizam, dinə edir ehtiram,

Tabe olubdur ona ölkədə pəncü çahar.

Pənc - beş hiss. Çəhar - dörd ünsür.

Beytin  mənası:  Vəzir  (Zeynəddin)  ölkədə nizam-intizam  yaradaraq,  hisslərini  ağlına

tabe etmişdir.

Səh 216.

Tusda doğulmuş Həsən aləmə səs salsa da,

İndi də sən olmusan aləm üçün iftixar.

Səlcuq Məlikşahın vəziri Nizamülmülk adı ilə məşhur olan Həsən ibn Əli öz idrakı ilə

bütün  Şərqdə

ad  qazanmışdı.  Xaqani  mədh  etdiyi  vəzir  Zeynəddini  həmin

Nizamülmülkdən üstün tutur.

Səh. 216.

Misrin əzizi olar cah-cəlalınla xar.



"Yusif və Züleyxa" dastanında Misir padişahı Misrin əzizi deyə yad edilmişdir.

Səh 218.

Oldu piyada könül, səbr eylə olsun vəzir,

Ta keçə bilsin bu dəm yeddi çətin məvanı.

Xaqani bu beytdə özünü şahmat oyununda olan piyadaya bənzədir. Yeddi çətin xanəni

keçdikdən sonra vəzirə çevriləcəyini, yəni, maneələrə qalib gələrək, qüdrətli şair olacağını

bildirir.



Səh. 219.

Öndə gedir tbinin Cövzası daim onun,

Tale isə arxada nəhs Sərətanıdır.

Beytin  mənası:  Xaqaninin  təbi  Cövza  kimi  yüksək  olduğu  halda,  bəxti  (taleyi)

Xərçəng (Sərətan) bürcü kimi geri qalır (alçaqdadır).



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə