Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə136/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   132   133   134   135   136   137   138   139   ...   148

________________Milli Kitabxana________________

Səh 219.

Şeyxi-mühəndis ləqəb, şöhrəti - Nəccar Əli,

Azərin, İqlidisin ustadı, bürhamdır.

Xaqani  atası  Nəccar Əlini öz  sənətinin  mühəndisi  adlandırır,  İbrahim  peyğəmbərin

atası məşhur Nəccar Azərdən və yunan həndəsə alimi İqlidisdən (Evklid-eradan əvvəl III

əsr) üstün tutur.



Səh .220.

Oldu Tuğanşah mənə, Altun anamdır mənim,

Mən də onun Sonquru, canım onun canıdır.

Xaqani  burada  atasını səlcuq  şahlarından  Tuğanşaha,  (İbn  Alp  Arslan - XI əsr),

anasını şah arvadı Altuna, özünü isə sonqura (xidmətçiyə) bərabər tutur.

Səh. 222.

Fəna Kərxini tərk etmək, bəqa Bağdadına getmək.



Kərxi - Bağdad yaxınlığında qəsəbə adıdır.

Səh. 222.

Tutubdur yolları cadu, gərək əldə əsa getmək.

Burada  Musa  peyğəmbərin əjdahaya  çevrilən əsasına  işarə edilir  ki,  onunla  Musa

sehrkarları məğlub etmişdir.



Səh. 223.

Qalıb heyrət quyusunda - xilaskar axtarırsan sən,

Əlində ip, durubdur o, yada salsan, kifayətdir.

Bu beytdə Xaqani eyhamla "Şahnamə" dastanında quyuya salınmış Biyjəni, Rüstəmin

ip sallayıb, onu çıxarmasını bildirir. Yəni: hər işdə ümidli olmaq lazımdır.

Səh223.

Onun bayrağı üstündə yazılmışdı "Rəsuləllah",

O qurdu "La ilahə" qəsrində "illa"nı, əlbəttə.

Bu  və bundan  sonra  gəlsən  beytlərdə Xaqani  Məhəmməd  peyğəmbəri  mədh  edərək,

onun  Allahın  elçisi  (Rəsulu)  və dilində "Allahdan  başqa  Allah  yoxdur  " şüarı olduğunu

nəzərə çarpdırır.  Sonrakı  beytdə:  "Təbarəka",  "Sübhanə",  "Ləimrək" - "quran"  ayələrinə

işarədir.

Səh. 223.

Göyərçin pərdəyə döndü, bulud saldı ona kölgə,

Bu bir olmuş həqiqətdir, verib baş vəqti-hicrətdə.

Peyğəmbər  düşmənlərdən  ehtiyat  edib,  Məkkədən  Mədinəyə

köçən  zaman

göyərçinlərin  ağ  pərdəyə çevrilərək,  onu  gizlətdiyinə və buludun  onu  dumana  bürüyüb,

görünməz etdiyinə işarədir.

Səh. 223.

Ona dörd canişin olmuş, xilafət taxtına çıxmış,

Yeri vardır, Nəsirəddin otursun o xilafətdə.

Peyğəmbərin dörd canişini - onun vəfatından sonra hökmran olan dörd böyük xəlifəyə

(Xüləfay-e Raşidin) – Əbubəkr, Ömər, Osman və Əliyə işarədir.

Xaqani  demək  istəyir  ki,  onun  mədh  etdiyi Əbu İshaqq  Nəsirəddin  İbrahim  də belə

böyük xəlifələr səviyyəsində hörmətə malikdir.

Səh. 224.

Bəli, İbrahimin möcüzlə imanı olan yerdə

Sala bilməz onu ulduzla büt, yoxdur o imkan da.



________________Milli Kitabxana________________

Məkkədə bütləri  sındıran  İbrahim  peyğəmbər  möcüz  sahibi  olub,  odda  yanmamışdı.

Xaqani  mədh  etdiyi Əbu İshaqq  Nəsirəddin  İbrahimi  də belə kəramət  sahibi  hesab

etmişdir.



Səh. 224.

Biri çox istədi fillə dağıtsın Kəbəni, ancaq,

Onu quşlar daşa basdı, yeri duzəxdir əlan da.

Dini  rəvayətə görə,  Kəbəni  dağıtmaq  üçün  fillə hücum  edən  dinsizin  başına  saysız-

hesabsız  qaranquşlar  dimdiklərində daş  gətirib,tökmüş  və Kəbəni  hücumdan  xilas

etmişlər.



Səh. 224.

Tökə tənqid odun hərgah paxıllar bir kəsin üstə,

Eşitsə İbrahim adın, o atəş də durar yanda.

Burada    Xaqani    özünün    mədh    etdiyi    Nəsirəddin  İbrahimi  möcüzə göstərib,  odda

yanmayan İbrahim peyğəmbərlə müqayisə edir.

Səh 224.

İnan, əsli səadətdir bu taledə ola insan,

Bunu təsdiq edər İdris, əgər olsa bu dövranda.

İdris - öz elmi  kəşflərilə məşhur olan peyğəmbərdir.  Qədim elm tarixində bəzən onu

məşhur alim Hermeslə eyni hesab edirlər.

Burada  Xaqani  mədh  etdiyi Əbu İshaqq  Nəsirəddin  İbrahimin  böyük  alim  olduğuna

işarə edir.



Səh. 225.

O dövlət ki, sənin vardu", yanar İskəndərin bağrı,

Külə dönməzmi Yəcucun canı, aya, bu atəşdən.

İskəndər  Zülqərneyn özünün  hərbi  səfəri  zamanı  boyları qısa  zülmkar  Yəcuc  (və

Məcuc) adlanan tayfaya qalib gəlib, onları odlamışdır.

Xaqani mədh etdiyi Əbu İshaqqı İskəndərdən də üstün, qüdrətli göstərmək istəmişdir.

Səh 225.

Xızır Bağdad çeşməsindən su içib,

Həm də Musa nuru Bağdaddan keçib.

Şair Bağdadın suyunu abi-həyata bərabər tutur. Musanın Tur dağıvda gördüyü nurun

da Bağdaddan keçdiyni bildirir (mübaliğəli tərif).

Səh. 225.

Dəclə gövsər, Kərx isə cənnət bizə,

Xoş hava Tubasıdır nemət bizə.

Dəclə Bağdaddan keçən  böyük  çaydır,  burada  o  behiştdə axan  Kövsər  suyuna

müqabil tutulur. Bağdadın yaxınlığında olan Kərxi şair əsil cənnət hesab edir ki, onun xoş

havası cənnətdə bitən Tuba ağacının rayihəsinə bənzədilir.

Səh 226.

Bağdadın "ba" hərfi görsənsə əgər,

Misr "mim"i "vəsl əlifı"tək itər.



________________Milli Kitabxana________________

"Vəsl əlifi" ərəb əlifbasında  iki  sözü  birləşdirib,  lakin,  oxunmayan  "əlif"ə deyilir.

Məsələn Əbdülkərim sözünün ortasında duran "əlif" kimi.

Misr sözünün birinci "mim" hərfi görünməz olsa, mənası itər.

Şair bununla Bağdadı Misirdən üstün tutur.

Səh. 228.

Uçmağa aldı oxum ondan lələk.

Oxun kamandan çıxıb, hədəfə düz getməsi üçün onun ardına quş lələyi taxırlar.

Mənası: o mənə kömək etdi.



Səh. 228.

Qəssə oxşatdı məni bağdadlılar.



Qəss - Əbu Ömər Əhməd ibn Əhməd - XI əsrin məşhur ərəb şairidir.

Səh 230.

Ey aləmin parlaq nuru, sən Məsihin həmdəmisən.



Məsih - İsa peyğəmbər, dini rəvayətə görə onun məskəni dördüncü fələk, yəni Günəş

olan göydədir.

Buna görə də Xaqani Günəşi İsanın həmdəmi adlandırır.

Səh. 230.

Ey "Ərrəhman" surəsinə hüsnü ilə timsal olan.

"Ərrəhman"  "Ouran"ın  55-ci  surəsi  olub,  rəhmdilliyə təbir  olunur.  Xaqani  bu  vasitə

ilə mədh etdiyi şəxsin rəhmli olduğunu nəzərə çarpdırır.



Səh. 233.

Bəli, bu təxt həm fələkdir, həm də ki, cənnət bağı,

Həm İsanın məskənidir, həm İdrisin yatağı.

Dini rəvayətə görə İsanın məskəni dördüncü göy (fələk), Günəş mənzili hesab edilir.

Guya İsa göyə,  Allahın ("atasının")  yanına uçanda anası Məryəmin iynəsi onun döşündə

olduğu üçün dördüncü göydə ilişib qalmışdır.

İdris peyğəmbər isə hələ ölməmiş guya, cənnətə gedib, qayıtmışdır.

Burada  mədh  edilən Əlaəddinin taxtı  şərafətdə,  mübaliğə üsulu  ilə,  dördüncü  göyə -

Günəşə, həm də cənnətə müqabil tutulmuşdur.

Səh. 233.

O səxavət Ağrısıdır, Nuh gəmisi dayanar,

Tur dağıdır, çiskinindən Nil dəryası yaranar.

Dini  rəvayətə görə guya  dünyanı  su  basandan  sonra,  Nuh  peyğəmbərin  gəmisi  Ağrı

dağında oturmuşdur.

Tur  dağı - Musa  peyğəmbərin  Allah  ilə danışdığı  Turi-Sinaya  işarədir.  Beytdə tərif

edilənin səxavəti, əliaçıqlığı mədh edilir.



Səh. 235.

Zəmanənin Cahizidir Əlaəddin aşikar.



Cahiz - məşhur  "Əl  bəyan  vət-Təbyin"  adlı əsərin  müəllifi  olub,  çox  fəsahətlə

danışarmış  (IX əsr).  Onun  müridləri  özlərini  "Cahiziyyə"  təriqətinə mənsub  hesab

etmişlər.

Səh. 237.

Qan axanda gözümdən, məşq şaşırdı bu qan,

Dedim: necə doğulur hindlidən bir slavyan?

Hindli - qara göz.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə