Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə132/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   128   129   130   131   132   133   134   135   ...   148

________________Milli Kitabxana________________

Xaqani deyir: Mən "Zənd"i qələt bildiyim üçün atəşpərəst deyiləm. "Quran"ı da dərk

eləmədiyimdən məni iman əhli saymırlar.

Səh. 150.

Zöhrə - Əsəddə gövhəri, Bəhram - əlində xəncəri,

Ulduzlar olmuş ləşkəri, fəthində "Quran" görsənər.

Yəni: Zöhrə ulduzu  onun  (şahın)  gövhəridir;  Mars  ulduzu  (Mərrix  ya  Bəhram

mifologiyada buna müharibə Allahı deyilir) - silahı, ulduzlar-qoşunudur; görünür, Turanı

alacaqdır.



Səh 138.

Azdır hələ ki, rəyəti, Bolğar və Xəzran görsənər.



Bolğar - orta əsrlərdə Volqa boyu və Ural dağları ətrafinda yaşamış türk tayfalarından

birinin adıdır. Xəzran - xəzərlər, orta əsrlərdə Xəzər dənizinin şimalında Volqanın hər iki

sahilində yerləşən  Bolğarlar  ölkəsinin  cənubunda  yaşamış  türk  tayfalarından  birinin

adıdır.


Bu  misrada  Xaqani  deyir:  görünür,  şah  bolğarları və xəzərləri  də alıb  öz  dövlətinə

qatmaq istəyir.



Səh. 138.

Salsa atı bir nal əgər, Rüstəm onu şəmşir edər,

Mum alsa xatəmdən əsər, "hirzi-Süleyman" görsənər.

Rüstəm - "Şahnamə"nin  məşhur  qəhrəmanı. Süleyman - bütün  canlılara  ağalıq edən

Süleyman peyğəmbər. Onun sehirli üzüyü muma basıldıqda tilsimləri sındırarmış. Xatəm -

üzük.

Xaqani şahı mübaliğəli şəkildə Rüstəm və Süleymandan üstün tutur.



Səh .139.

Şahdır Günəş, təxti - Əsəd, çərx isə meydan görsənər.



Əsəd - şir,  aslan;  burada:  Aslan  bürcü  deməkdir.  Günəş  bu  bürcə iyul  ayında  girir.

Xaqani  burada  şahı  Günəşə,  taxtını  Aslan  bürcünə,  onun  hərəkət  meydanını  isə göyə

bənzədir.  Eyni  zamanda  şair  şahın  taxta  oturmasını  Günəşin  aslana  minməsi  obrazında

verməklə İran dövlətinin emblemin (Şirü xurşidə) işarə etmiş olur.



Səh. 139.

Göylər - üzəngi, at - külok, sanki Süleyman atlanıb,

Atlı - pəri, at - div kimi, qüdrətli sultan atlanıb.

Qədim əfsanələrə görə, guya külək də Süleyman peyğəmbərin ixtiyarında imiş və hər

zaman onu minib, istədiyi yerə gedərmiş.

Səh .140.

Mehdi kimi çalmış zəfər, olmuş çoban, qayğı çəkər,

Dəccaldır dövran məgər? - Qurd kimi düşmən bəsləyər.

Mehdi - xalq  arasında  Mehdiyi-sahibəzzaman  adlanan  qeyb  olmuş  12-ci  imamdır.

Dini xurafata görə, guya o, dünyanın axırında, yəni zülm əlindən artıq yaşamaq mümkün

olmadığı  zaman  zühur  edəcək,  dünyanı  düzəldəcəkdir.  Dəccal - yalançı,  ziyankar  bir

adam  olub,  guya  dünyanın  axırında  zühur  edib,  özünü  Mehdi  adlandıracaq,  lakin  Mehdi

tərəfindən öldürüləcəkdir.

Xaqani burada şahı Mehdiyə, onun düşmənlərini Dəccala bənzədir.



Səh .140.

Şah əvvəlinci Mehdidir, sani Süleyman olsun həm.

İnsan ona xidmətçidir, cinlər də dərban olsun həm.



________________Milli Kitabxana________________

Dini rəvayətə görə, cinlər də Süleyman peyğəmbərə tabe olub, ona qulluq edərmişlər.



Səh 140.

Keyvan qılınc, nüsrət - yolu, Bəhram - peykan olsun həm.



Keyvan - Zühəl  ulduzu; nüsrət – kömək;  Bəhram - Mərrix  (Mars)  ulduzu,

mifologiyada müharibə allahı; peykan - oxun ucu deməkdir.

Şerin  mənası:  şahın  zəfər  çalması  üçün  Zühəl  ulduzu  ona  qılınc,  Mərrix  ox,  nizə

olmuşdur.



Səh. 141.

Bəzmi behiştə oxşayır, səhnində sidrə hökmü var,

Sədrin görən Kəbə sanar, hər hökmü fərman olsun həm.

Səhn - həyət,  meydan  deməkdir. Sidrə - guya  göyün  yeddinci  təbəqəsində elə bir

yerdir  ki,  ondan  o  yana

mələklər,  nə peyğəmbərlər  gedə bilməmişlər; sədr

evdə,


məclisdə birinci ('baş) yer.

Beytin mənası: şahın məclisi behişt kimi bir yer, həyəti göyün ən yüksək  məkanıdır;

oturduğu yer Kəbəyə bənzər, hər hökmü bir fərmandır.

Səh. 141.

Camı - Günəş ol sərvərin, gör, Müştəridir əlləri,

Cam - ayneyi-İskəndəri, mey - abi-heyvan olsun həm.

Yəni:  şahın  qədəhinə və əlinə baxsan,  Günəşlə Müştəri  ulduzunu  görərsən.  Onun

parlaq  camı  İskəndər  Zülqərneynin  güzgüsü  kimidir,  içindəki  şərab  isə dirilik  suyudur

(İskəndərin güzgüsü Ərəstunun  ixtira  etdiyi  bir  güzgü  imiş;  guya  onu  İskəndəriyyə

şəhərində uca bir qalanın üstündə qoyub, oradan 100 kilometrlərlə məsafədə hərəkət edən

düşməni müşahidə edrmişlər).



Səh. 141.

Əzmi bütün bal oldu pər, bəzmi butün fal oldu fər,

Bəxş etdiyi mal oldu zər, fəzli onun can olsun həm.

Əzm - bir işi etməyə möhkəm niyyət, işin qəti həlli; bal və pər qol-qanad; fal və fər –

təntənə və xoşbəxtlik əlaməti deməkdir.



Səh .141.

Mədhi mənə təlqin edər ilhami-yəzdan hər nəfəs,

Hər fikrimə "amin" deyər İdris və Rizvan hər nəfəs.

İlhami-yəzdan hər nəfəs - hər nəfəsdə Tanrı ilhamı təlqin edər; İdris -İdris peyğəmbər;

Rizvan - cənnətin qapıçısı.

Səh. 142.

Baş hərfidir eydin hilal, olmuş fələkdə bərqərar.



Eyd - ərəbcə bayram  deməkdir.  Onun  baş  hərfi  şəklində olur;  zahiri  görünüşü  ilə bu

hərf  yeni  Aya  (hilala)  bənzəyir.  Xaqani bu  bənzəyişdən  istifadə edərk,  demək  istəyir  ki,

yerin bayramında göy də iştirak edir.

Səh 142.

Əyri qaşı Zalın yenə dağlar başında parlayar.

Ərəb əlifbasında Zal sözünün birinci hərfi şəklində yazılır ki, bu da həm qaşa, həm də

hilala (təzə Aya) oxşayır. Burada Zalın əyri qaşı dedikdə, təzə Ay nəzərdə tutulur.



Səh. 143.

Mütrüb olub tutisayaq, düşmüş işə barmaq dodaq,

Bərbət fəğanı sinədən, mizmar boğazından çıxar.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə