Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə128/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   124   125   126   127   128   129   130   131   ...   148

________________Milli Kitabxana________________

Tuğansah - Cənubi Azərbaycanın hökmdarı olan Atabəy Məhəmməd ibn Eldəgizdir.

O,  Cahan  Pəhləvan  (Tuğansah)  adı  ilə məşhur  olub,  Azərbaycanda  Səlcuqilər

hakimiyyətinə son  qoyaraq,  hakimiyyəti  tamamilə öz əlinə almişdı.  Xaqaninin  burada

"ağlın Tuğanşahı" deməsi də özünün şeirdə qüdrətli olduğuna işarədir.

Səh. 108.

O Həssanın qəlbin yeyən bu nəzmimin həsrətidir,

O Söhbana sillə vuran bu nəsrimin qüvvətidir.

Həssan  (Həssan  ibn  Sabit) - ərəblərin  məşhur  şairlərindən  olmuşdur;  Məhəmməd

peyğəmbərlə bir əsrdə yaşamış və ona bir çox mədhiyyələr yazmışdır.



Söhban  (Söhban  Vail) – xəlifə harun ər-Rəşid  zamanında  (876-809)  böyük  bir ədib,

həmçinin natiq olmuş, dil və üslubunun zənginliyi ilə şöhrət qazanmışdır. Xaqani burada

həm nəzmdə, həm də nəsrdə dövrünün on məşhur şairlərinin ona paxıllıq etmələrinə işarə

edir.


Səh 109.

İlhamımın Büraqı da hansı yerdə salarsa nal,

Fələk onu döyüş üçün kəskin qılınc edər dərhal.

Büraq - guya Məhəmməd peyğəmbərə göydən göndərilmiş bir atdır. Dini rəvayətlərə

görə, Məhəmməd bir gecə (merac gecəsi) bu atla göyə çəkilmişdir. Xaqani burada təb və

ilhamım  göylərdə uçan  Büraq  atma  bənzədir,  ilhamından  doğan əsərləri  isə mübarizədə

Büraqın nalından qayrıla bilən kəskin qılıncla müqayisə edir.



Səh. 109.

Mən əmirəm, dilim ərşin sərvətinə bir açardır,

Dediyimə Məhəmmədin hədisində sübut vardır.

Məhəmmədin iki hədisi: 1) Şairlər sözün əmirləridir; 2) Göyün altında bir xəzinə var

ki, onun açarı şairlərin dilidir.

Xaqani bu beytində həmin hədisləri nəzərdə tutur.



Səh. 109.

Bir neçə haqq tapdalayan Yusifə də dedi hədyan,

Məhəmmədin sözlərini yalan saydı neçə nadan.

Yusif- Yəqub  peyğəmbərin  oğludur.  Dini  rəvayətə görə,  o,  hədyan  və böhtanlara

tutulub, zindana atılmış, yeddi il zindanda qalmışdır.

Bu beytdə Xaqani: "Bir para dargöz adamlar Yusifin də gözəlliyinə paxıllıq etmiş, bir

yığın  ləyaqətsiz  adamlar  Məhəmmədin  də sözlərinə inanmamışlar", - deməklə özünü

nadan bədxahlardan müdafiə etmək istəyir.

Səh. 109.

Məna yurdu Hindistanda Adəm kimi tutdum qərar,

Sənət yurdu Çində "mərdüm-giya" olmuş bu ulaqlar.

Hindistan - Şərqdə öz  təbmi  zənginliyi  və gözəlliyi  ilə məşhur  olan  bir  ölkə kimi

tanınmışdır.  Dinlər  tarixinə görə,  Adəm  cənnətdən  Hindistana  (Sərəndəb  dağına)

atılmışdır.

Xaqani şerin birinci misrasında həm əsərlərinin gözəlliyini və zəngin məzmuna malik

olduğunu "məna Hindistanı" təşbihilə ifadə edir, həm də özünün cənnətdən gəlmiş adam

kimi düzlüyünü göstərir.



Mərdüm-giya - lifləri qıvrım saç kimi əyri-üyrü olan və qoparılması insan üçün guya

təhlükəli  sayılan  adama  oxşar  bir  bitki  köküdür,  Xaqani  ikinci  misrada  öz  düşmənlərini




________________Milli Kitabxana________________

eşşək  adlandıraraq,  təbiətlərində heç  bir  doğruluq-və düzlük  görmədiyi  üçün  surətlərini

mərdum-giyaya bənzədir.

Səh. 110.

Haqqlıdırlar - bir səbəbdən onlar olsa mənə düşmən,

Çünki Süheyl ulduzutək öldürürəm bicləri mən.

Süheyl  ulduzu - cənubda  çıxan  parlaq  və sabit  ulduzdur.  Qədim  ulduzşünasların

fikrinə görə, guya Süheyl ulduzuna bic doğan arvad baxsa, şikəst olar, əgər onun doğduğu

uşaq baxsa, ölər.

Səh. 110.

Ad qoşunu olsa onlar, mənim yeltək qələmim var,

Onlar Yəcuc tayfasısa, mənim nitqim sura oxşar.

Ad – Ərəbistanın cənub-qərbində yaşamış, öz babaları olan Adın adı ilə adlanmış bir

tayfa  olmuşdur.  "Quran"da  göstərildiyinə görə,  bu  tayfa  Hud  peyğəmbərə biət

etmədiyindən, soyuq və şiddətli bir küləyə tutulub, məhv olmuşdur.

Yəcuc (və Məcuc) – rəvayətə görə, Asiyanın şimalında və Çin sərhədində yaşamış iki

tayfa olmuşdur; boyları çox kiçik, özləri qarət və talançılıqla məşğul olub, başqa xalqlara

çox  ziyan  vurarmışlar. Sur - guya  qiyamət  günü  ölüləri  diriltmək  üçün  İsrafılin  çalacağı

şeypurdur.

Xaqani  burada  öz  mühitindəki  ziyankarları kafir  Ad  nəslinə və qarətçi  Yocuc

tayfasına  bənzədir.  Adlarla  mübarizədə ilhamının  yelilə cırıldayan  qamış  qələmini

Yəcularla mübarizədə İsrafil suru kimi guruldayan şeypur sədasına bərabər tutur.

Səh. 110.

Deyirlər ki, özümüzük dəniz güclü o Xaqani,

Bəli, onlar Xaqanidir, ortasından atsan "qa"nı.

"Xaqani"  sözündən  "qa"nın düşməsilə "Xani"  qalır  ki,  bu  da  öz  qarnını  güdən

yalavaclara, işarədir.

Səh .111.

Nə təhqiq, nə zöhd, nə vəz dən

Kiçik söz də bilməz, inan, Ünsüri.

Təhqiq - bədii janrlardan biri;  zöhd - dünya  həvəslərindən  uzaq, pəhrizkar,  günahsız

həyatı təsvir və təbliğ edən bədii janrdır; vəz - tərbiyə və nəsihət əsərləri deməkdir.



Ünsüri  (Əbülqasım) - Qəznəvilər  dövlətinin  banisi  Sultan  Mahmudun  saray

şairlərindən olub, Məliküşşüara adını almışdır.

Ünsüri  böyük  mal-dövlət  sahibi  olmuş, əsərlərinin  çoxunda  Sultan  Mahmuda  mədh

yazmışdır. Xaqani bu şerini Ünsürini ondan üstün tutan bir adama cavab olaraq yazmışdır.



Səh .111.

Beş-on beytə almışdı yüz qul, qızıl,

Alındıqda Hindustan, Ünsüri.

Sultan  Mahmud  Qəznəvi  öz  səltənətini  böyütmək  üçün  Hindistana  12  dəfə basqın

etmiş,bir  çox  şəhərlərini  almış,  mal-dövlətini  talan  etmişdi.  Xaqani  burada  Sultan

Mahmudun Hindistanda etdiyi həmin qarətciliyi mədh edən Ünsüriyə işarə edir.



Səh. 112.

Nə nəzmiydi pərvan, nə nəsriydi nəş,

Olammazdı şəmsi-cahan Ünsüri.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə