Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə126/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   122   123   124   125   126   127   128   129   ...   148

________________Milli Kitabxana________________

Xaqani,  bədmi  tərzi-ifadə olaraq,  şəfəqin  qan  rəngində olmasını Müştəri əlinin

kəsilməsi  kimi  izah  etmişdir.  Eyni  zamanda  guya  Müştəri  Xaqaninin  parlaq  ilhamını

görüb, öz yerini ona verdi.



Səh. 100.

Bu məna Xızrını hər kəs ətəkdən tutsa Musatək,

Suyu xatırladar Xızrı, Əli möcüzdə Musanı.

Dini əfsanəyə görə Xızr  ilə Musa  iki  müasir  peyğəmbər  olmuşlar.  Musa  özünü

dövrünün ən böyük alimi sanırmış; lakin, Xızrın daha böyük alim olduğunu görüb, ondan

çox  şeylər  öyrənmişdir.  Dini  xurafata  görə,  hər  ikisi  insanları heyrətdə qoyan  çoxlu

möcüzələr göstərmişlər.

Xaqani  burada  demək  istəyir  ki,  Musa  Xızrın  mənalı  möcüzələrini  öyrənən  kimi,

mənim zəhmət və yaradıcılıq məktəbimi keçib, yazdıqlarımın mənalarını dərk edənlər də

Xızır və Musa kimi alim və ecazkarları aciz qoyarlar.



Səh. 101.

O "əbcəd" ki, mənə ustad təlim etdi təcridi,

Saralmış çöhrəmə yazdı qızıl xətlə gözüm qanı.

Təcrid əbcədini yazmaq - (tək və insanlardan ayrı yaşayış dərsi) - dünya həvəslərindən

və nəfsin tələblərindən əl çəkib, güşənişin olmaq deməkdir.

Məlumdur  ki,  Xaqani bir  zaman  saray  həyatının rəzalətlərinə dözməyərək,  özbaşına,

tək və azad yaşamaq üçün Şirvanşahlar sarayından qaçıb getmiş və bunun da nəticəsində

yolda  tutularaq,  həbs  edilmişdir.  Burada  şair  deyir  ki,  mən  təcrid  dərsini  qanlı  göz

yaşlarımla solğun üzümə yazdım.

Səh. 101.

Oyun həngaməsi qurmuş uşaqlar, mən baxıb gördüm,

Qara möhrə durar, göy möhrə dövr eylər bu meydanı.

Qara  möhrə - Yer  kürəsi,  göy  möhrə - səma,  göy  deməkdir.  Burada  Xaqani  deyir:

böyük bir kədərlə tamaşa edib, görürəm ki, insanların mərəkə və təlaşları içində yer dinc,

asudə olduğu halda, göy (dövran, tarix) onun üstündə çox oyunlar çıxarır.

Səh. 102.

Ağıl qorxardı təbimdən, əlacı gördüm heyrətdə,

Necə Musa deyirkən eylədim tabutu zindanı.

Dini  rəvayətə görə,  qədim  Misirdə Firon  münəccimlərin  dediyini  doğru  sanaraq,

inanmışdı  ki,  bəni-İsraildən  bir  oğlan  törəyəcək  və onu  öldürüb,  taxtına  sahib  olacaqdır.

Buna  görə o,  bəni-İsrailin  doğulan  bütün oğlan  uşaqlarını öldürmüşdü.  Musanı  isə anası

gizli  doğaraq,  ölümdən  xilas  etmək  üçün  bir  sandığa  qoyub,  Nil  çayına  atmışdı.  Xaqani

burada  öz  həyatını  dövrünün  zalım hakimlərinin  zülmündən  qorumaq  ücün əqlinin

dəlalətilə təbini diri-diri (tabutda) zindanda saxlamağa məcbur olur. Yəni, istədiyini yaza

bilmir.


Səh. 102.

Günəşdir hümmətim, rindəm, özüm aləmdə şahənşah,

Minib ərşi, yatırmışdır dizi üstündə İsanı.

Şairin  obrazlı ifadəsincə,  göylər  Günəşin  dizi  altında,  guya  göyə çəkilmiş  İsanın  da

başı  onun  dizi  üstündədir.  Xaqani:  məndə Günəş  hümməti  var, -

deməklə özünü

"müqəddəsat"la  bağlayır,  yəni  içində yaşadığı  qaranlıq  feodal  cəmiyyətindən  üstün

olduğunu bildirir.



Səh. 102.


________________Milli Kitabxana________________

Süleymana bərabərdir hər hümmət sahibi dərviş,

O, "rəbbi həbli" təblinin səsindən titrər eyvanı.

Rəvayətə görə,  Süleyman  həm  peyğəmbər,  həm  də böyük  dövlətə malik  bir  padşah

olmuşdur. Dərviş isə kasıb həyat keçirən bir adamdır.

Xaqani  deyir  ki,  məndəki  Günəş  hümməti  hansı  dərvişdə olsa,  o,  Süleymana

bərabərdir. Bu cür hümmət sahibi olan dərviş meydanın qabağında: "Ey yatanlar, oyanın!"

- deyə qışqırar.



Səh. 103.

O İskəndərsifət Xızrın hava - taxtı, ağıl - tacı,

O aqil sərxoşa süfrə - rzadır, can - mehmanı.

Dini  rəvayətə görə,  Xızr  peyğəmbər  zülmətdə dirilik  suyunu  icərək,  daimi  ömür

qazanmışdır. Guya o, hər yeri gəzərək, fəlakətə düşən insanlara kömək edir.

İskəndər - bütün  dünyanı  fəth  etmək  xəyalına  düşmüş  olan  İskəndər  Zülqərneyndir.

Bu beytdə şair demək istəyir  ki, Xızırda İskəndər qəlbi var, deməli, o da bütün dünyaya

malikdir; lakin Xızrın taxtı hava, tacı isə ağlıdır (Dini xürafata görə, Xızr yel kimi uçub,

istədiyi zaman istədiyi yerə çata bilərmiş).



Səh 103.

Xəzinədarı - fikr, ilham, keşikçi - şər ilə tovfiq,

Əsiri - nəfs ilə amal, qul etmiş çərxi, keyhanı.

Yəni onun (Xaqani kimi Günəş hümmətli dərvişin) iki xəzinəçisi (fikir və ilham), iki

muhafızəçisi (Allahın qanunu və yardımı), iki pislədiyi şey (nəfs və arzu), iki xidmətçisi

(Yer və göy) vardır.



Səh. 103.

Nə Hind cibalıtək qurmuş sitəmlə qəsri-tağuti,

Nə Çin xaqanıtək zülm ilə düzmüş tacə mərcanı.

Cibal - Hindistanda Lahur padşahlarına vcrilən addır. Tağut - orada insanları azdıran

bir  büt  (şeytan)  adıdır.  Beytdə deyilir:  nə Lahur  padşahı  kimi  zülm  ilə şeytan  üçün  taxt

qurmuş, nə də Çin padşahı kimi zülmkar olmuşdur.

Səh 103.

Onun təslim ocağında odundur təxti cibalın,

Onun ixlas atına nal edərlər taci-xaqanı.

Onun  (yəni  dərvişin)  mətbəxində cibalın  taxtını  odun  edib,  yandırarlar;  onun  ixlas

atına Çin xaqanının tacından nal qayırarlar.

Səh. 103.

Azadlıq meydanında at çapırmaq könlünə düşsə,

Kosu - amal olar, əqlin ayağı - əldə çovqanı.

Çovqan - atlı cıdır oyununda topu tutub, almaq və qaçırmaq üçün işlədilən ucuəyri bir

ağac  adıdır.  Bu  beytdə Xaqani  demək  istəyir  ki, əgər  azad  yaşamaq  istəyirsənsə,  artıq

tamah  və arzunun başını  top,  ağlın  ayağını  da  o  topu  vuran  çovqan  et!  Yəni,  azadlıq  və

xoşbəxtlik istəyən adam ehtirasları deyil, ağlını özünə rəhbər etməlidir.



Səh. 105.

Süleymanam  demə, əvvəl  yanından  divləri  rədd  et,  Qov,  öldür,  ya  tutub  zəncirə çək

quli-biyabanı!  Xaqani  burada  demək  istəyir  ki,  Süleymanlıq  (padşahlıq)  iddiasına

düşməmişdən əvvəl  divləri,  yəni  yamanlıq,  zülm,  acgözlük,  bədxahlıq,  fitnəkarlıq  və bu

kimi pis sifətləri ya qəlbindən qov, əsir et, ya da öldür!

Səh. 105.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə