Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə122/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   118   119   120   121   122   123   124   125   ...   148

________________Milli Kitabxana________________

Burada - Xaqani  Xəlifənin  qoşun

əhlini  tərif  edərkən  onları səyyarələrin

xüsusiyyətləri ilə müqayisə edir. Burada - Müştəri - (Yupiter), Zühəl - (Saturn), Mərrix -

(Mars) səyyarələrinin adı çəkilir.

Qədim astrologiyaya görə Müştəri  səadət  və mülayimlik,  başına  tac  qoymuş  Zühəl

hökmranlıq, Mərrix müharibə, qəzəb rəmzləridir.

Xaqani hər üç əlamətin Xəlifə qoşununda mövcud olduğunu qeyd edir.



Səh. 36.

Sanki zər atırdnn, gəldi də çahar.

Yəni bəxtim gətirdi.

Məlumdur ki, nərd oyununda ilk əvvəl zərlərin qoşa dörd gəlməsi nəqş hesab olunur.



Səh. 37.

Xilqətin dörd arxı, görürsən əgər,

Sənə qibtə edər, paxıllıq edər.

Xilqətin  dörd  arxı - dörd  ünsür:  su,  od,  torpaq  və havadan  ibarətdir.  Xaqani  demək

istəyir ki, yaradılış özü sənin şərafətinə qibtə edir.



Səh. 37.

"Zəbur" nəğməsidir şirin nəğməsi...

Gözəl səsli Davud peyğəmbərin "Zəbur" (dini kitab) oxumasına işarədir.

Səh. 37.

Xəlilullah olmuş dövründə atam,

Deməli, əslində nəccar oğluyam.

Məlumdur ki, Xaqaninin atası Əli nəccar idi. Məşhur İbrahim Xəlilullah peyğəmbərin

atası  Azər də nəccar olduğundan İbrahim Xaqani özünü İbrahim Xəlilullah və atasını da

onun atası Azər ilə müqayisə edir.



Səh. 37.

Qəlbimin oğlunu qurban gətirdim.

Xaqani,  İbrahim  peyğəmbərin  öz  oğlu  İsmayılı   qurban  etdiyini xatırladaraq, öz

şerlərini qurban gətirdiyini bildirir.



Səh. 38.

İndi, bir özün de, şad olmazmı bəs,

Kənandan çıxaraq Misrə çatan kəs?

Bu  beytdə məşhur  Yusif  və Züleyxa əhvalatı  yada  salınmışdır.  Bu  dastana görə

Kənanlı Yəqubun oğlu Yusifi öz qardaşları quyuya salıb qayıtdıqdan sonra yoldan keçən

tacirlər  Yusifi  quyudan  çıxarıb,  Misirə aparırlar.  Yusifin diri  olduğundan  xəbər  tutan

Yəqub çox sevinir.

Bu  hadisə həm  "Quran"da,  həm  ayrıca mənzum əsər  halında,  həm  də Füzulinin

"Hədiqət-üs-süəda" əsərində geniş təsvir edilmişdir.

Səh. 38.

Əgər üzük qaşı qiymətlidir, bil,

Onun muma işi düşməmiş deyil.

Məlumdur ki, qədim zamanlarda böyük adamlar öz üzük qaşlarına adlarını yazdırar və

onu möhür kimi işlədərmişlər. Əksər halda bu möhür mum üzərində basılarmış.

Xaqani demək istəyir ki, o qədər qiymətli üzüyün də ən dəyərsiz muma işi düşür.

Burada  şair,  Xəlifənin  də Xaqani  şerinə müəyyən  mənada  möhtac  olduğunu  nəzərə

çarpdırır.



Səh. 40.


________________Milli Kitabxana________________

Bu üzüyün qaşı bahadır, düzü,

Camın gövhəridir, Cəmşidin gözü.

Tarixi əfsanəyə görə guya,  qədim  İran  padşahı Cəmşidin  camı  "geytinüma", yəni

dünyanı göstərən adlanmışdır. Bu sehrli camda arzu edilən şəxsin harada və nə vəziyyətdə

olduğu gorünərmiş.

Burada  Xaqani  Cəmaləddinin  verdiyi  üzüyün  Cəmşidin  camından  daha  üstün  ecaza

malik olduğunu qeyd edir.



Səh. 40.

Bu üzük zidd olmuş, bil, Əhrimənə...

Zərdüştilərə görə şər  və qaranlıq  allahı  olan Əhrimən  Cəmşidin  möhründən  qorxub

qaçmışdır.  Burada - Xaqani,  Cəmaləddinin verdiyi  üzükdən  də şər  və fəlakətin  uzaq

olacağını qeyd edir.

Səh. 41.

Onun hüzurundan, öpərək yeri,

Sədi-Əkbər kimi qayıtdım geri.

Sədi-Əkbər səmada  öz  hərəkəti  zamanı  irəli  və sonra  geriyə dönən  xoşbəxtlik

səyyarələrindən birinin adıdır (Çox ehtimal ki, Müştəri səyyarəsi nəzərdə tutulur).

Xaqani öz dövrünün nücum elminə nə qədər yaxşı bələd olduğunu göstərməklə, eyni

zamanda özünü xoşbəxt hesab edib, İraqdan geri döndüyünə işarə edir.



Səh. 41.

Gəlib hüzuruma, dil tökdü bubbu.

Şərq əfsanələrində bubbu (hüdhüd) quşu  Süleyman  peyğəmbərdən  Bilqeysə xəbər

aparıb-gətirən  qasid  kimi  təsvir  edilmişdir.  O,  eyni  zamanda  xəbərçi  rəmzi  kimi  də

məşhurdur.

Burada - Xaqani  şahın  üzüyü  almaq  üçün  gələn  yaltaq  elçisini  də həqarətlə bubbu

adlandırır.

Səh. 43.

Qəzəb Tuğan şaha tərəf çəkərdi,

Tamah Təkin şaha tərəf çəkərdi.

Tuğan  şah - Səlcuqilərdən  Səncər  şahın  oğludur.  (XII əsr)  Təkin  şah-qəznəvi

silsiləsinin banisinə işarədir (X əsr).



Səh. 43.

Yeddi qat gözümdə tez işıqlandı,

Doqquz qat elə bil alışdı, yandı.

Yeddi qat - yeddi  təbəqədən  ibarət  hesab  edilən  yerə,  doqquz  qat-doqquz  təbəqədən

ibarət hesab edilən fələklərə işarədir.



Səh. 44.

Adəm qırx səhərdə görmüşsə nələr.

Dini əfsanəyə görə guya  Allah  insanların  babası  hesab  edilən  Adəmi  40  gün

müddətinə yaratmışdır.



Səh. 44.

Boynunda var idi onun həmayil,

Yox, dörd kitab idi, həmayil deyil.

Dördkitab - dörd  müqəddəs  kitaba  işarədir  ki,  bunlar  "Tövrat",  "Zəbur",  ''İncil"  və

"Quran"dan ibarətdir.



Səh. 45.


________________Milli Kitabxana________________

Söhbətə başladı; yarım hilalı,

Açılar-açılmaz, mən oldum halı.

Yarım  Hilal - Xızrın  dodaqlarına  işarədir.  Yəni  o,  ağzını açan  kimi  mən  mətləbi

anladım.


Səh. 45.

Günəşi andıran parlaq sədəflə,

Otuz iki ulduz parladı səflə.

Burada - birinci misra Xızrın ağzına, ikinci misra isə onun dişlərinə işarədir.



Səh. 47.

Durma kölgəsində ikirənglinin...



İkirəngli - gecə və gündüzə, başqa sözlə, ikiüzlü dünyaya işarədir.

Səh. 48.

Dörd ana, doğrudan, qəribədir bu:

Nə üçün, görəsən, üç inci doğdu?

Dörd  ana - dörd  ünsür  (su,  od,  torpaq  və hava),  üç inci  isə mövcudatdan  (nəbatat,

cəmadat və heyvanat) ibarətdir.

Xaqani demək istəyir ki, necə oldu ki, dörd ünsürdən biri-birinə bənzəməyən üç tipli

varlıq əmələ gəldi.



Səh. 49.

"Quran"ı bəzədi Osmanın qanı.

Məlum  olduğu  üzrə "Quran"ı  yazan  üçüncü  böyük  xəlifə Osmandır.  O  öz  evində

öldürülərkən qanı yazmaqda olduğu "Quran" üzərinə tökülmüşdür.



Səh. 49.

Son uçmaq istəsən Turi-Sinayə,

Heç zaman meyl etme Puri-Sinayə.

Turi-Sina - Musa  peyğəmbərin  guya  Allahla  danışdığı  dağın  adıdır. Puri-Sina isə

məşhur filosof təbib Əbu Əli ibn Sinadır.

Xaqani demək istəyir ki, əgər sən də Musa kimi Allahla danışmaq şərəfinə nail olmaq

istəyirsənsə, Əbu Əli ibn Sinanın dalınca getmə!



Səh. 49.

Gəl, ey Puri-Əli, üz tut Allaha,

Gəl, Əbu-Əlidən az danış daha.

Puri-ədli Xaqani özüdür.

Yəni, ey nəccar Əlinin oğlu Xaqani, Əbu Əli Sinadan az danış!

Səh. 50.

Gəl, dinə arxalan, unutma dini,

Böyük sanma yunan Uqlidisini.

Üqlidis  (Evklid)  eramızdan əvvəl  IV əsrdə yaşamış  məşhur  yunan  alimidir.  İlk  dəfə

nücum  və riyaziyyat  elmi  sahəsində böyük  şöhrət qazanmışdır.  Xəyyam  və Nəsirəddin

Tusi onu yaxşı tanımış və yeri gəldikcə tənqid də etmişlər.



Səh. 51.

Nəmrudtək səni də dünya aldatmış.



Nəmrud - qədim  Misirdə Allahlıq  iddiası  edən  hökmdardır.  Guya  o,  bu  dünyada

cənnət və cəhənnəm yaratmaq fikrinə düşmüşdür.



Səh. 51.

Bu solğun üzlüyə qapılma bir an,




Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə