Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə120/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   116   117   118   119   120   121   122   123   ...   148

________________Milli Kitabxana________________

196.

Kim malü dövlətlə etsə iftixar,

Şübhəsiz, nəzərdə hörmətsiz olar.

İndi ki, özünə gülmüşdür tale,

Dünyada maldan çox səadət axtar!

197.

Ömür ötüb keçdi bir kam almadan,

Yarın vüsalına tapmadım imkan.

Hardadır, qoy gəlib öz ayağını,

Gözümün üstünə qoysun o canan!

198.

Ey bəxti xoş olan, zəkası kamil,

Bu dünya malına, gəl, olma mayil!

Sabah bədənindən çıxan kimi can,

Düşmənlər malını dağıdacaq, bil!

199.

Xaqani, kim sənə eyləsə sitəm,

Sən ona yaxşılıq elə dəmadəm.

Yaxşılıq elə bu dünya əhlinə,

Əgər bilməsə də qədiri aləm.

200.

Təkəbbür göstərib, fəxr etmə, aman,

Təkəbbürlə çatmaz murada insan.

Gözəlin saçına bənzə, əzizim,

Hər görən ürəyi tez ovlayasan.

201.

Vurma Xaqaniyə acı tənələr,

O, səndən nə qorxur, nə qaçmaq istər.

Ölməkdən, yanmaqdan çəkinməz əsla,

Hanı od, hanı o zəhərli xəncər?



________________Milli Kitabxana________________

202.

Tüstün öz bacandan çıxacaq bir gün,

Quşun yuvasından ucacaq bir gün.

Deyək, dostun üçün yaşadın yüz il,

Ölüm düşmən üçün yıxacaq bir gün.

203.

Ey Allah lütfilə var-dövlət tapan,

Hərdəm, bir yazığa rast gələn zaman,

Gərəkdir sən ona kömək göstərib,

Edəsən könlünü bir az şadiman.

204.

Kişiyə şərəfdir bilik, etibar,

Hörmət təvazölə olar bərqərar.

Özünü çəkənlə oturma, bil ki,

Həmişə yüngül şey yüksəkdə olar.

205.

Ey qəlbi nur alan bir mərifətdən,

Günahla özünü salma hörmətdən.

İmana qəsd edir nəfsin, ayıq ol,

Özünü qoru sən bu qəbahətdən.

206.

Baxsa üzünə ay necə etməz heyrət,

Aşiqləri etdin yuxuya sən həsrət.

Göylərdə günəş qısqanaraq söylər ki,

Yandın oda mən bəs su hanı, ey afət.

207.

Züniardı xətin, üzün Məsih bayramı,

Ənbər saçına qurban edər can hamı.

Könlüm mənim od, saçın çəlipa olsun,

Kuyində əgər olsa sədə axşamı.



________________Milli Kitabxana________________

208.

Nur saçdı üzün göydə günü sındırdı,

Tər basdı, xəcalət belini lap qırdı.

Sarsıldı, xəcil oldu, Qərbə üz tutdu,

Yas paltarı geydi, onu qəm yandırdı.

209.

Xaqani, sənə, düzdür, ağıl heyrandır,

Həmdərdin olar, eşqə qul olan, can yandır.

Eşqin odu var səndə cəhənnəm neylər?

Yanmışdır o od odunla, bu, candandır.

210.

Könlümdə bir od var onu tutmaz göylər,

Qəlbimdəki dərdi de necə dil söylər.

- Dünyada - soruşdun - nə qəmin, dərdin var?

- Bu dərdimi dünyaya desəm dərd eylər.

211.

Zər yox, elə gil qədəh gətir, ey könlüm,

Batdım qəmə, qurtar məni bir, ey könlüm.

Qəbrimdə tikanlar bitəcək bir gün, gəl,

Gülgün meyi gil qədəhdə ver, ey könlüm.

212.

Alçaqlara olmuş bu cahan bir meydan,

Hər yerdə yetirməz nəcib insan dövran.

Xaqani, bu dünyada sən insan gəzmə,

Yollarda oturma, hələ gəlməz karvan.

213.

Bir bax, necə bu rafizilər şeytandır,

Gör bir necə bidin, necə bimandır.

Əhdində vəfa, sözündə düzlük yoxdur,

Xaqanini xariçi bilir, nadandır.



________________Milli Kitabxana________________

214.

Dünyada bilirsən nə götürdüm? Heç nə.

Dövrandan ələ mən nə gətirdim? Heç nə.

Şadlıq şamıyam, heç nəyə döniom sönsəm,

Cəmşid camıyam, sınanda gördüm heç nə.

215.

Xaqani, əgər olsa nəsibin himmət,

Axtarma hər alçaq kimi sən var-dövlət.

Düz get yolunu, olma, ey aqil, fərzin,

Mümkünsə piyada ol, yolu sən düz get.

216.

Xaqani, tutub dünyanı bidad, yeri,

Tərk et bu kədərxanəni sən şad yeri.

Can verdi fələk sənə, səni qul etdi,

Qaytar sən onun borcunu azad yeri.

217.

Xaqani, cəfa görsən əgər hər kəsdən,

Pisliklə ona vermə cavab gəl qəsdən.

Burda elə iş tut ki, cahan əhliylə,

Qəm çəkmə özün görəndə hər nakəsdən.



________________Milli Kitabxana________________

ŞƏRHLƏR

Səh. 22.

Dörd hambal belindən atır yükünü...



Dörd hambal - orta əsr fəlsəfəsinə görə varlığın əsasını təşkil edən dörd ünsür: su, od,

torpaq və hava.

Misranın məntiqi mənası dünyanın dağılmasını ifadə edir.

Səh. 22.

Göy atı tərk edir göyün tağını,

Salır həm nalını, həm dırnağını.

Göy atı - Günəşə işarədir.

Beytin məntiqi mənası fələklərin dağılmasını ifadə edir.



Səh. 23.

İndi din göyündə Dəccallar çoxdur,

Heyif ki, xilaskar bir Mehdi yoxdur.

Dini xurafata görə dünyanın sonu çatanda Dəccal adlı təkgözlü bir naxələf  meydana

atılıb  xalqı fitnə-fəsad yoluna  aparmağa  çalışdıqda,  guya, qeyb  olmuş  12-ci  imam

Mehdiyi-axirəzzəman zühur edib onu öldürəcək və xalqı fəlakətdən xilas edecəkdir.



Beytin mənası: Zəmanədə fitnə-fəsad törədənlər çoxdur, lakin, insanları bu fəlakətdən

qurtaran bir adam yoxdur.

Səh. 25.

Bir möhnət odudur cana simü zər,

Düz olar, qızıla deyilsə "azər".

Azər - od, zər isə qızıl deməkdir.

Göründüyü kimi, bu iki söz arasında oxşarlıq var. Burada Xaqani qızılı - zəri möhnət

atəşinə - azərə bənzədir.

Səh. 25.


Zərdüştün adının əvvəlidir zər,

Zərə səcdə edir atəşpərəstlər.

Zərdüşt oda sitayiş  edənlərin peyğəmbəridir.  O,  eramızdan əvvəl yaşamışdır.

Göründüyü kimi onun adı zər sözü ilə başlanır. Xaqani atəşpərəstlərin eyni zamanda

zərə - qızıla sitayiş etdiklərini nəzərə çarpdırır.

Səh. 25.


Tamah dəmirindən geyinsən paltar,

Qızıl paltarına miqnatis olar.

Xaqani demək istəyir ki, tamahkar adamları qızıl özünə daha çox cəzb edər.

Səh. 26.

Çoxdan öyrənmişəm büt qırmağı mən,

Qaçmışam atəşə baş əyənlərdən.

Büt sındırmaq - İbrahim Xəlilullah peyğəmbərə isnad edilir. Xaqani demək istəyir ki,

o,  atəşpərəstlikdən  üz  döndərib,  bütpərəstliyə də nifrət  edir.  Yəni,  İslamı əsas  din  kimi

qəbul edir. Bu beytdə Xaqaninin adının İbrahim olmasına da işarə vardır.

Səh. 26.

Altıbaşlı dünya arzular insan,




Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə