Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə117/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   113   114   115   116   117   118   119   120   ...   148

________________Milli Kitabxana________________

106.

Məclis al şərabla tez işıqlanar,

Badəylə göz gülər, üz işıqlanar.

Meysiz gil qədəhi istəyən olmaz,

Mey ilə ürəkdə söz işıqlanar.

107.

Ey könül, qızıldan qədəh istəməm,

Saxsı piyalə ver, yox olsun bu qəm.

Qəbrimin üstündə tikan bitməmiş,

Doldur piyaləmi meylə dəmadəm.

108.

Pərvanə eşqdən tutunca xəbər,

Alışdı atəşdə o, axşam, səhər.

Şam ilə bir yerdə yandı pərvanə,

Aləmə yayıldı ondakı hünər.

109.

Al şərab yaxşıdır qəmlənəndə sən,

O zaman mey dostdur, ağılsa düşmən.

Ömrün ki, cilovu əlində deyil,

Çalış ki,yəhərdən tez düşməyəsən.

110.

Ey gözəl, gecədir, bəs vəslin hanı?

Yolunu gözləyir dərdli Xaqani.

Gəl, sənə söyləyim dərdimi bir-bir,

Gəlməsən, yandırram bütün cahanı.

111.

Güldü xəyalınla könül çəməni,

Güzgü cilalandı görəndə səni.

Səhərin dodağı əbədi gülər,

Görəndə könlümdə bitən süsəni.



________________Milli Kitabxana________________

112.

Kimin ibadətdə yoxsa qüsuru,

Parlayar üzündə səadət nuru.

Xalq onun üzünə hörmətlə baxar,

Artar xalq içində onun qüruru.

113.

Çətinsə həyatda vüsalın əgər,

Xəyalın Xızrtək düz yol göstərər,

Gecəli, gündüzlü səni istərəm,

Şahiddir sözümə Günəşlə ülkər.

114.

Zülfün bənövşəni saldı torpağa,

O, qulluq halqası taxdı qulağa.

Zülfünə qul olcaq, şərəfi artdı,

Şöhrəti yayıldı çəmənə, bağa.

115.

Ey tərsa gözəli, ey ruh bəxş edən,

Sənə adi sənəm ad vermərəm mən.

Sitəmin tük kimi incəltdi məni,

Lap tükə dönmüşəm "moyi" deməkdən*.

116.

Xaçpərəst, ağbəniz yarın eşqilə,

Danışdım Abxazda gürcücə belə:

O qədər mən ona "moyi" dedim ki,

Döndü dilim tükə, hər tüküm dilə.

117.

Xaqani, sən adi piyadasan, bil,

Yeddi ev keçməyin çox asan deyil*.

Keçsən də, çox çətin vəzir olasan Ki,

yolu kəsmişdir bir qoşun qatil.



________________Milli Kitabxana________________

118.

Dostuna söz verdin, əməl et hər an,

Əhdini, əzizim, pozma heç zaman.

Hər nəfəs aldıqda allaha şükür et,

Ta kərəm göstərsin sənə Yaradan.

119.

Məhəbbət yarası aldıqda ürək,

Ahımdan, naləmdən titrədi fələk.

Sillələr zərbindən gül rəngli üzüm,

Göyərdi səmatək, saraldı Aytək!

120.

Ürəyim yüz para olmuş qəmindən,

Şadlığa, fərəhə həsrət qaldım mən.

Nəciyəm, mən sənin dərdinlə ölüm?

Şirləri tülküyə döndərmisən sən.

121.

Vəfa axtarırdı bu yazıq ürək,

Yolunu azmışdı, arardı kömək.

Özünə istərdi tapsın bir həmdəm,

Bəlxdə çıraq tutub gəzən çinlitək.

122.

Qəlbdə təzə qəmlə köhnə dərdim var,

Onlar bircə sözlə olur aşikar.

Nə qədər mən sağam, atmaram səni,

Ölərsəm, sən özün bilərsən, ey yar!

123.

Üzüldü vəslinə can atan bu can,

Səbrim də tükənib qurtardı, inan.

Zəni etmə: ürəkdən dərdim yox olmuş,

Əzmişdir ruhumu tükənməz hicran.



________________Milli Kitabxana________________

124.

Çəkilən qüssəyə dəyməz bu dünya,

Min əzaba dəyməz bir vüsal əsla.

Yazıq bir piyadə vəzir olmaqçın

Sürünə-sürünə gedir az qala.

125.

O vaxt ki, cavandım, odluydu ürək,

Mən də fədakardım bir pərvanətək.

Pərvanə odlandı, atəşim söndü,

Bizdən torpaqla kül qaldı bir ətək.

126.

Canım qəm yükünü çəkdi neçə il,

Güzgüyə baxmaq da mənə xoş deyil.

Ovçum, bəlkə məni sevdiyindəndir,

Qəfəsdə saxlayır belə müttəsil.

127.

Xosrovun gözütək bəxt yuxuludur,

Şirinin ləbitək gözüm suludur.

Məcnunun canıtək bu dərdli canım,

Leylinin qəlbitək qəmlə doludur.

128.

Qəm odu ciyərin suyunu aldı,

Ciyərim yandıqca səbrim azaldı.

Deyirlər: "Səbr ilə ciyər sağalar".

Səbrim də ciyərlə yanıb qaraldı.

129.

Odlu göz yaşlarım axar hər zaman,

Odla su içində yatıram, inan.

Eşq odu suyumu buxar etsə də,

Safam sutək yenə eşqdə, canan!



________________Milli Kitabxana________________

130.

Xaqani, ümidin kəsildi əlbət,

Heç kəs daha sənə eyləmir hörmət.

Biganə oldular göhnə dostların,

Yeniyetmələrdən umma məhəbbət.

131.

Ömrüm hədər getdi, çatmadım kama,

Köməksiz düşmədi işim nizama.

Sən mənə nə kömək edə bilərsən,

Ömrü qaytaramu fələk adama?

132.

Nə ov iti kimi cumursan belə,

Tülkütək qurursan hər kəsə tələ.

Başın açılmayır kef aləmindən,

Qorxuram, ömrünü verəsən yelə.

133.

Gəncliyim qüssədə, ələmdə keçdi,

Günlərim, bilirsən, nə qəmdə keçdi.

Dostların ölümü belimi bükdü,

Ömrüm mərsiyədə, matəmdə kecdi.

134.

Xaqaninin qəlbi qəmlə odlandı,

Səbir de bu odda alışıb yandı.

Yanan görən zaman şamı pərvanə,

Ona həmdəm olub, bir alovlandı.

135.

Təzədən qövr etdi yenə göhnə qəm,

Ürəyim bu dərdə tapmadı məlhəm.

Sağlamlıq axtardım, tapa bilmədim,

Dünyada rahatlıq görmədim bir dəm.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə