Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə125/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   121   122   123   124   125   126   127   128   ...   148

________________Milli Kitabxana________________

Dördüncü göy olub mənə bu Şirvan.

Guya,  Günəş  və İsa  dördüncü  göydə olduğu  üçün,  Xaqani  özünü  Günəşə və İsaya

müqabil tutub, Şirvanı dördüncü göy hesab edir.



Səh. 86.

Onun əl suyundan yarandı kövsər,

Rəfrəf- dükanının rəfinə bənzər.

Kövsər - guya  behiştdə axan,  baldan  şirin,  süddən  ağ  bulaq  suyudur.  Rəfrəf -

Məhəmmədi  göyün

yüksək  qatına  qaldıran  nur  atma  deyilir.  Məhəmmədin

möcüzələrindən biri də barmağından su axıtmaq idi.

Xaqani demək istəyir ki, əmisinin dərmanları kövsər suyu qədər şəfa-vericidir.

Səh. 86.

Qarikon kimidir acı sözləri,

Acı tərbəd kimi boşdur özləri.

Qarikon, tərbəd – dərman üçün işlədilən acı bitki adlandır.

Səh. 86.

Tərbədtək içləri zəhri-həlahil.



Zəhri-həlahil - quyruğu çömçə kimi olan əfsanəvi həlahil adlı heyvanın "sidiyi" guya

son  dərəcə zəhərlidir.  O,  öz  zəhərini  ona  hücum  edən  heyvanın  üzünə çırparaq,  onu

zəhərləyib öldürür.

Səh. 87.

Əvvəlcə birlikdən altmışa atdı,

Sonra da altmışdan otuz yaratdı.

Birlik - bir dəqiqə; altmış (dəqiqə) - bir saat. Altmışdan otuz yaratmaq - otuz gün - bir

ay.


Xaqani demək  istəyir  ki, əmim  təbabətdə olan  bütün  dəyişiklikləri  və dünyanı  mənə

öyrətdi. Sonrakı beyt də həmin mənanı ifadə edir.



Səh. 87.

Atam dözməyərək dərdə cahanda,

Sam Zalı atantək məni atanda...

Bu və bundan sonrakı beytlərdə Xaqani məşhur "Şahnamə" surətlərindən istifadə edir.

Məlumdur  ki, əfsanəvi  qəhrəman  Rüstəmin  babası  Sam pəhləvan  anadan eybəcər

doğulmuş, ağ tüklü, tunc bədənli oğlu Zalı (Zal - qoca deməkdir) meşəyə atdırmış və bu

uşağı guya Simurğ quşu öz yuvasında balaları ilə birlikdə bəsləmişdir.

Xaqani  də bu  beytlərdə özünü  Zala,  atasını  Sama, əmisini  isə Simuğr  quşuna

bənzətmişdir.

Səh. 88.

Əhmədə əmisi necə oldu yar...



Əhməd - Məhəmməd peyğəmbərin adlarından biridir.

Səh 88.

Atam mənə verdi ağır bir cəza,

Ərəblər o zülmü edərdi qıza.

Bu sözü "Quran"da axtar, tap, öyrən,

Get, oxu "və izəl-müvəddə"ni sən.

"Quran"da  olan  bu  ayənin  mənasından  məlum  olur  ki, ərəblər Məhəmmədə qədər

öz qızlarını diri-diri basdırar və ya yandırarmışlar.

Xaqani bu beytdə atasının onunla rəftarım ərəblərin qızlara olan rəftarına bənzədir.




________________Milli Kitabxana________________

Səh. 88.

Aldı kainatdan yeddi dəmir mil,

Bir halqa boynuma etdi həmayil.

Xaqani  demək  istəyir  ki, əmisi  yeddi  mühüm  elm  sahəsindən  bir  həmayil  düzəldib,

onun boynundan asaraq, kainat sirlərinə vaqif etmişdir.

Səh. 88.

Əvvəlcə o mənə öyrətdi "əbcəd",

Mənə Həqqayiqi dedi, nəhayət.

Əbcəd - ərəb əlifbasına deyilir. Burada ərəb hərflərinin hamısı xüsusi məna verməyən

8 kəlmə ilə ifadə olunur.



Məsələn: Əbcəd, həvvəz, hütti, kələmən, səfəs, qərəşət, səxiz, zəzığ. Xaqani deyir ki,

əmim mənim savadsızlığımı ləğv etdi və sonra mənə Həqqayiqi təxəllüsü verdi.

Xaqani gənclik zamanı Əfzəl, Əfzəli və Həqqayiqi təxəllüsü ilə şerlər yazmışdır.

Səh. 88.

Nəhayət, çatdırdı "vənnasə" məni...



"Vənnas" - "Quran"ın son sözüdür. Xaqani "Quran"ı oxuyub qurtardığını bildirir.

Səh. 89.

Dəlillə, sübutla eylədi bir-bir,

"Quran"ın yüz on dörd sirrini təbir.

Xaqani  "Quran"ın   114 surədən ibarət olduğuna və onların  sirrini öyrəndiyinə işarə

edir.

Səh. 89.

Çox asan yol ilə o mahir insan,

Etdi "bir", "iki", "üç", "dörd", "beşi" bəyan.

Klassik Şərq ədəbiyyatında  1-9  rəqəmlərinin  müəyyənləşmiş  mənaları  vardır: Bir -

Allah, iki - iki dünya, üç - nəbatat, çəmadat, heyvanat, dörd -dörd ünsür: su, od, torpaq,

hava, beş - hiss:  dad  bilmək,  görmək,  eşitmək,  ləms  və iyi  bilmək  (bəzən  beş  rəqəmi -

Məhəmməd peyğəmbərin əbası altında gizlənənlərə də aid edilir ki, bunlara "Pənctəni-ali-

əba"  deyilir.), altı - cəhətlər:  ön,  arxa,  sağ,  sol,  yuxarı  və aşağı, yeddi - yerin  yeddi

təbəqəsi, səkkiz - behiştin  səkkiz  qapısı  (göyün  təbəqələri), doqquz - doqquz  fələk

(doqquzuncu fələk guya Allahın qərar tutduğu yerdir.)

Xaqani  yuxarıdakı  beytdə əmisinin  rəqəmlərin  bu  sirrini  ona  öyrətdiyini  xəbər  verir.

Səh 89.

Sonra dörd kitaba saldıqda nəzər,

Verdi dörd əsasdan ətraflı xəbər.

Dörd kitab -

dörd müqəddəs kitab: "Zəbur", "Tövrat", "İncil" və "Quran", dörd əsas

- dörd ünsür - su, od, torpaq və hava.

Səh. 89.

Kəsdi salxımımı qara oraqla,

Qəzavü-qədərdən dərs alan Covza.

Covza - səmada olan 12 bürcdən üçüncüsü. Astrologiya elmində bu bürc cüt oraq və

cüt uşaq şəklində rəsm edilir.

Xaqani öz vəziyyətinin ağırlaşdığını bildirmək istəmişdir.

Səh. 90.

Etdi "Nun vəl-qələm" taleyimi zar.




________________Milli Kitabxana________________

Ərəb əlifbasında "nun" beli bükülmüş hərf olduğu üçün, Xaqani öz əyilmiş qəddini bu

hərfə oxşatmışdır. "Nuni-vəl qələm ", "Yasin " - "Quran" surələrinin adlarıdır.

Səh. 90.

O, mənə ad qoydu: Həssani-əcəm.



Burada: Həssan - Məhəmməd  peyğəmbəri  tərif  edən  məşhur ərəb  şairi  (VÜ əsr)

Həssan ibn Sabitə işarədir ki, ona Həssani-ərəb demişlər.

Xaqani demək istəyir ki, əmisi onu Əcəmin Həssanı hesab etmişdir (Ərəb olmayanlar

əcəm adlanırdılar.)



Səh. 90.

İzzəddin olmuşdur mənə qəmküsar.



İzzəddin - Xaqaninin müasirlərindən şair İzzəddin Şirvaniyə işarədir.

Səh .91.

Zəmanə Söhbanı susub, qalar mat.

IX əsrdə yaşamış məşhur ərəb alimi Söhban ibn Vaila işarədir.

Səh. 93.

Mən, ölüb qurtaran tuti kimi, ah,

Nəhayət, ölümə gətirdim pənah.

Məşhur  Hind  təmsili  nəzərdə tutulur.  Bu  təmsildə tuti  qəfəsdən  can qurtarmaq  üçün

özünü ölülüyə vurur və sahibi onu ölmüş bilib, qəfəsdən çölə atdıqda uçub azad olur, Bu

misal bir çox Şərq klassikləri tərəfindən istifada edilmişdir.



Səh. 94.

O murdar uşağı qaşqabaqlıdır,

Həm də yeddibaşlı, dördayaqlıdır.

Yeddibaşlı - ilan, dördayaqlı - eşşək.  Xaqani  düşmənlərini  zəhərli  ilan  və eşşək

adlandırmışdır.



Səh. 94.

Hər zaman "ələmovt" deyib dururlar,

Heyf ki, "əlmovtdan" uzaqdır onlar.

Bu beytdə "əlmovt" sözü iki  mənada işlədilmişdir. Birinci  misrada Məlikşah Səlcuqi

(XI əsr) zamanında Həsən Səbbahın başçılıq etdiyi İsmaililər firqəsinin sığındığı yerin adı

- Ələmovt qalası (İranda Qəzvin ilə Gilan arasındadır), ikinci misrada "Əlmovt" sözünün

mənası olan "ölüm"ə işarədir. Xaqani  demək istəyir ki, kaş Əlomut qalasında yaşayanlar

(yeni İsmaililər) öləydilər.



Səh. 94.

"Dal" kimi, "nun" kimi əyri qalıblar.

Ərəb əlifbasında "dal" və "nun " əyri şəkilli hərflər olduğu üçün Xaqani düşmənlərini

bu hərflərə oxşatmış və onları eyri, naxələf adlandırmaq istəmişdir.



Səh. 94.

Onlar etibarda Kufə əhlidir.



Kufə - Ərəb İraqının böyük şəhərlərindən biridir. Kufə əhli İmam Hüseynə beyətə söz

vermişdilər,  lakin  çətin  ayaqda  öz  vədlərindən  üz  döndərdilər.  Bu  zamandan  Kufə əhli

vəfasız, əhdini danan kimi işlənməyə başlamışdır.

Səh. 98.

Bərcis bu söhbəti eşidən zaman,

Kəsdi öz əlini Günəş qolundan.

Bərcis - Müştəri, yaxud Yupiter səyyarəsi.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə