Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə127/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   123   124   125   126   127   128   129   130   ...   148

________________Milli Kitabxana________________

Kişi heç vaxt iki aləmdə mənzil fikrinə düşməz,

Ki, Mizan Nahidindir, görməz o Mizanda Keyvanı.

Nahid - (Zöhrə)  ulduzu,  hədd-buluğa  çatmış  qız,  ya  məhəbbət  ilahəsi  deməkdir.

Astrologiyaya  görə,  Nahid  ulduzu  Mizan  bürcü  dairəsində görünər,  Keyvan  (Zühəl)

ulduzu öz hərəkəti zamanı bu bürcə daxil olmaz.

Səh.105.

Ayaq torpağını al mərdlərin, başına tac eylə,

Qızıl tac alma, vermə oğruya sən sirri-pünhanı?

Xaqani  burada  demək  istəyir  ki,  yerin ehtiraslarına əsir  olmayan  mərd  adamların

torpağını öz başına tac elə, onu oğruların, namərdlərin qızıl tacından üstün tut, sənə qızıl

tac versələr də, sən onlara sirr vermə!



Səh. 106.

Bütün dərvişlərin şahı olubdur Əhmədi-Mürsəl,

Ki, "Nuni-vəl-qələm" "Quran"da səbt etmiş bu fərmanı.

Əhmədi-Mürsəl

-

Məhəmməd  peyğəmbərin  adlarındandır.



"Nuni-vəl-qələm"

"Quran"ın 68-ci  surəsidir;  məzmunu  varlıların fəqirlərə,  kasıblara  kömək  etməli  olduğu

haqqında  təbliğatdan  ibarətdir.  Xaqani  burada  demək  istəyir  ki,  Məhəmməd  peyğəmbər

fəqirlərin tərəfdarı olmuşdur.



Səh.106.

Fəqirin xirqəsində bəxyələrdə rəmzlər vardır,

Ki, anlar "lövhi-məhfuz"u açanlar bu müəmmanı.

Xirqə - dərvişlərin  geydikləri  uzun  paltar;  rəmzlər - mənalı,  kinayəli  sözlər;  "lövhi-

məhfuz " - müqəddəs yazılar lövhəsi; müəmma - düyümlü söz, anlaşılmaz ifadə deməkdir.

Burada Xaqani demək istəyir ki, yoxsulların, dünya malına əsir olmayanların mənəvi

yüksəkliyini ancaq "müqəddəs yazılar"ın qaranlıq sirlərini başa düşənlər anlaya bilər.



Səh. 106.

Atarsa qol-budaq neysan ayında kükrəyən əncir,

Onu xoşbəxt sanma, qarşılar pəjmürdə abanı.

Neysan - aprel, aban - oktyabr ayıdır.

Beytdən belə bir məna çıxır ki, əncir ağacının göyərib, qol-budaq verən aprel ayındakı

təravətinə deyil, oktyabr ayında solub, pərişan olan halına bax; yəni, müvəqqəti gözəlliyə

və gəlib-gedərgi dövlətə bel bağlama.



Səh. 106.

Fəlakətsiz səadət umma dövranda, yəqin bil ki,

Hilal iqbalına qarşı təbiət qoydu Sərətanı.

Hilal - aypara,  Ayın ilk  günlərindəki  görünüşü,  iqbal – xoşbəxtlik,  səadətli  gələcək

deməkdir;  Sərətan - ulduzşünaslıqda  on  iki  bürcdən  biridir.  Bu  beytdə deyilir:  sən

aləmdən  daimi  səadət  istəyirsən,  amma  onun  özündə də o  istədiyin  yoxdur.  Ay  hilal

vaxtında gündən-günə artıb gözəlləşdiyi halda, Sərətan (əqrəb) əksinə olaraq, düşkünlüyə

doğru  (geriyə)  gedir.  Xaqani  burada  cəmiyyət  həyatındakı  ziddiyyətləri  təbiətdəki

ixtilaflarla tutuşdurur.



Səh. 107.

Salıbsan Bijəni həbsə sən, ey Əfrasiyab, yatma!

Durubdur pusquda Rüstəm əlində tiği-bürranı.

Bijən - Rüstəmin  bacısı  oğlu. Əfrasiyab - qədim  Turanın əfsanəvi  padşahlarından

biridir.



________________Milli Kitabxana________________

Bijən Əfrasiyabın qızı Mənijə aşiq olmuşdu. Mənijə də onu sevmiş və atasından gizli

olaraq, sarayda gizlətmişdi. Əfrasiyab bu əhvalatı bilmiş, Bijəni yeddi il bir quyuda həbs

etmişdi.  Rüstəm  bir  tacir  paltarında  Turana gəlib,  Mənijənin  köməyilə Bijəni  quyudan

çıxararaq, İrana aparmışdır. Xaqani bu şeirdə həmin rəvayətə işarə edir.

Səh. 107.

Qoyuntək bağlamış quyruq sənə dövran, belindən at,

Onu, qoy gavü mahinin dağılsın qəsri, ərkanı.

Xaqani  burada qoyun deməklə Günəş  aləminin  on  iki  bürcündən  biri  olan  Quzu

bürcünü,  gavü mahi  dedikdə öküz  və balığı  nəzərdə tutur.  Dini  xürafata  görə,  guya  yer

öküz üstündə, öküz balıq, balıq isə su üstündə qərar tutmuşdur. Bu beytdə deyilir: göyün

qoyunundan  dünya  sənə quyruq  bağlamışdır.  Qoy  dünyanın  malı  və ehtirasları səni əsir

etməsin.


Səh. 107.

Xorasan bir hərəmdirsə, Məlikşahdır ona Kəbə,

Səmərqənd bir fələkdirsə, bir ulduzlar Qədərxanı.

Xorasan İranın şimal-şərqində bir vilayətdir; imam Rzanın qəbri bu vilayətin mərkəzi

olan Məşhəd şəhərində olduğundan, bura müsəlmanların ziyarətgahı sayılır. Buna görə də

Xaqani Xorasan bir hərəmdir, yəni müqəddəs yerdir deyir.

Məlikşah - səlcuq  şahlarından  üçüncüsü  və on  böyüyüdür  (1054-1092).  Onun  Şərqi

Türküstandan Misri qədər uzanan böyük dövlətinə Xorasan da daxil olmuşdur. Məlikşah,

məmləkətin  bir  çox  yerlərində olduğu  kimi,  Xorasanda  da  binalar  saldırmışdı;  Xaqani

Kəbə dedikdə buna işarə edir.

Qədərxan - Türküstanda  olmuş  Xütən  xanlığının  X əsr  hakimlərindəndir.  Qədərxan

Səmərqənddə bir çox abadlıq işləri aparmışdır.

Səh 108.

Məlikşah "od-su" adlandı, su axdı, atəşi söndü,

Kül oldu, torpağa döndü, məkan qıldı Sifahanı.

Məlikşah  Səlcuqi iyirmi  il  hakimiyyət  sürəndən  sonra  Bağdadda  ölmüş,  meyidi  isə

İsfahana  gətirilib,  özünün  tikdirmiş  olduğu  böyük  bir  mədrəsənin  meydançasında

basdırılmışdır.

Səh. 108.

Vurarkən Səncərə şəbxunu Gurxan fateh adlandı,

Əcəl Gurxana şəbxun vurdu, kor oldu şəbistanı.

Səncar – Səlcuqilərin ən  böyük  hökmdarlarından  olmuşdur  (XII əsr);  şəbxun - gecə

basqını;  şəbistan - yataq  otağı  deməkdir.  Gurxan-Sultan  Səncərə basqın  etmiş

qaraxatayların əmirlərindəndir.

Səh. 108.

Bakir məna Məryəminin Cəbraili, bəli, mənəm.



Məryəm - İsa peyğəmbərin anası olmuş və guya İsanı bakirə ikən doğmuşdur. Məlaikə

Cəbrailə işarədir.

Xaqani  burada  yazdıqlarının  başqa  şairlər  tərəfindən  yazılmamış,  orijinal,  Məryəm

kimi "'bakirə", toxunulmamış olduğunu, özünün isə Cəbrail kimi əsərlərinə ruh verdiyini

göstərir.

Səh.108.

Ağlın Tuğanşahına həm vəkil, həm nayibəm mən.




Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə