Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə130/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   126   127   128   129   130   131   132   133   ...   148

________________Milli Kitabxana________________

Beytin  mənası:  rəqiblər  naqis  Firondurlar,  onlar  mənim  ecazkar əlimin  qüdrətini

bilməzlər.

Səh. 120.

Gövhərim nəccardır, təbin nəcib övladına,

Tişəsi altında bir mahir ata əl gəzdirər.

Xaqanı  özünün nəccar oğlu olduğunu nəzərə çarpdıraraq,  təbinin yaratdığı övladını

(şeirlərini) bir ata hünərilə rəndələyib, safa çıxardığını bildirir.

Səh. 120.

Nəzm tufanında onlar mütləqa tapmaz nicat,

Arvadı, oğlu kimi Nuhun, mənə ləc getdilər.

Bu beytdə məşhur Nuh tufanı yad edilir. Şair bu əfsanəvi hadisədən bədii istifadə ilə

Xaqani  istedadını inkar  edən  rəqiblərin  özünün  nəzm  tufanında  qərq  olduqlarını

bildirir.



Səh. 122.

Kafinin təbidir hünərə əsgər,

Əsgəri ney kimi şəkərdir, şəkər.

Əsgəri - qamış şəkəri bitən yer adıdır. Beytin mənası: Əmim Kafi-yeddinin təbi şirin

və mənalı sözlər xəzinəsidir.



Səh. 122.

Gülqənd, o qarğıya paxıllığından,

Boğazda zəhərdir, ciyərdə tikan.

Beytin  mənası:  Kafiyəddinin əsərlərinə qənd  və gül  paxıllıq  edir,  yəni,  onun

yazdıqları qənddən şirin, güldən ətirlidir.

Səh. 122.

O qələm hüsndə Yusifə oxşar,

Görsə göy gəlini əlini doğrar.

Rəvayətlərə görə,  Züleyxanın  evinə qonaq  gələn  gəlinlər  alma  soyarkən  Yusifın

gözəlliyinə heyran qalaraq, öz əllərini kəsmişlər.

Beytin  mənası:  o,  elə misilsiz  və gözəl  yazır  ki,  heç  bir  qələm  onunla  rəqabət  edə

bilməz.

Səh. 123.

Gümüş və şəkərdən təbi, damağı,

Təmğacın kanıdır, Şüştərin bağı.

Təmğac - Orta Asiyada çoxlu mədənlərilə məşhur bir vilayət olmuşdur. Şüştər (və ya

Şüstör) - İranın  Xuzistan  vilayətində bir  şəhərdir, bura  su bəndləri  və bağları ilə məşhur

olmuşdur.

Səh. 123.

Gümüş bərabərdir gözündə daşa,

Ləldir qələmindən qopan talaşa.

Yeni:  onun  qələmindən  ləl - cəvahir  (qiymətli  sözlər)  tökülür,  ona  görə də gümüşün

onun yanında qiyməti yoxdur.

Səh .124.

O, suların cilovunu yığdı bir qış yeli tək.

Yəni, qış  küləyi  suları dondurub,  hərəkətdən  saxladığı  kimi,  o  da  suyun  qabağını

kəsib, axınını saxladı.



Səh. 127.


________________Milli Kitabxana________________

Xurma, söyüd bakirə Məryəmidir bağların,

Gül isə İsa kimi açırdı dodaqların.

Xaqani  yazın  ilk  günlərində təbiət  mənzərələrini  təsvir  edir.  Yəni:  bağ  hələ bakirə

Məryəm  kimidir,  ağaclar  təzə-təzə yarpaqlayır,  gül  da  yeni  anadan  olmuş  İsa  kimi  hələ

təzəcə dil açır.



Səh .127.

Qar əriyib, yerinden bənövşə çıxan zaman,

Heyrət etmə, kafurun kanıdır Hindustan.

Şərq  şairləri,  yeri  gəldikcə,  kafuru  məcazi  mənada  ağlıq,  Hindustanı  isə qaralıq

mənasında  işlətmişlər.  Burada  Xaqani  deyir  ki,  ağ  qarın  altından  qara  bənövşə çıxsa,

təəccüb etmə, çünki, ağ kafurun da mədəni qara Hindistandır.



Səh. 128.

Dərvişsayaq qumrunun beynin qurutmuşdu qəm,

Nəsrin bunu görəndə, tez ona verdi məlhəm.

Burada  Xaqani  təbiəti,  baharı,  quşları,  çiçəkləri  təsvir  edir;  klassik  poetikada

nitqləndirmə üsulu ilə insanların əhvalını quşlara, çiçəklərə keçirir.

Dərvişsayaq  qumru - qumru sözünün məcazi mənalarından  biri: məhrumiyyət çəkən

və əziz kimsələrindən ayrı düşən adam deməkdir.



Səh. 128.

Məğlub etdi davada Zöhrə ilə Dəhrəni,

Nizəsilə Dəhrəni, qılıncıyla Zöhrəni.

Şahın şücaətini mübaliğəli tərifləyərkən, Xaqani onun Zöhrə və Dəhrə ulduzlarını da

məğlub etdiyini bildirir.

Səh. 129.

Sinəsi can Kəbosi, dörd yanıdır bu cahan,

Rüstəmi - dindir, ona yeddi fələk həftxan.

Xaqani  şahı  Rüstəmi-Zalla  müqayisə edir.  Rüstəm əgər  həftxanı  (yeddi  tilsimi)

sındırmışdısa,  şahın  sındırdığı  tilsimlər  yeddi  fələkdir.  Buna  görə Xaqani  şahı  dinin

Rüstəmi adlandırır.



Səh. 131.

Sanki yuyulmuşdur dişi yanmış bir uddan sübhü, bax!



Ud- qədimdə Hindistandan  gətirilən  qiymətli  bir  ağacdır  ki,  yananda  xoş ətir  verir,

onun kömürü ilə də dişi yuyub ağardırdılar.

Bu  misrada  deyilir:  sanki  sübhün  dişini ud  kömürü  ilə yuyub  ağartdılar,  yəni,  səhər

açıldı.


Səh. 131.

Xurma ağacı əkdi şəb, bax Pərvinə, olmuş rütəb,

Bu sənətə etmiş əcəb valeh o məstan sübhü, bax!

Burada: xurma  ağacı - gecə qaranlığı;  Pərvin  (biri-birinə çox  yaxın  yerləşmiş  ülkər

ulduzları) - xurma  salxımı; rütəb - təzə,  dəymiş  xurma  deməkdir.  Xaqani  deyir:  gecə

xurma  ağacı əkibmiş,  budur  sübh  vaxtı  ülkərdən  salxım  sallanır,  səhər  bu  nəfis  və incə

sənətə gülür.

Səh .131.

Aşiqlər ahına məgər çoxdan nişanlıymış səhər?

Bir odlu peykanla edər sədparə xoftan sübhü, bax!



________________Milli Kitabxana________________

Peykan - ox  və nizə ucu; sədparə - yüz  parca; xoftan - arxalıq  kimi  pambıqlı  geyim

deməkdir.  Beytdə deyilir:  gecəni  keçirmiş  aşiqlərin  ahı,  odlu  oxlar  kimi,  gecənin  qara

paltarını yırtıb parçaladı (səhər oldu).

Səh 132.

Saqidən al cami-zəri, iç, yad elə saqiləri,

Bəxş et mənə tər ləbləri, birsə, son üç san sübhü, bax!

Saqi - şərab paylayan; cami-zər - qızıl qədəh deməkdir. Xaqani bir sübhün açılmasını

üç sübhün açılması kimi təsvir edir.



Səh. 132.

Keyxosrovanə cami-mey, onda Səyavuş qanı - mey,

San atəşi-Kavusi-Key qılmış zərəfşan sübhü, bax!

Keyxosrov - qədim  İran  padşahlarından  Keylər  sülaləsinin  üçüncü  hökmdarıdır.

Firdovsinin  "Şahnamə"sinə görə,  Keyxosrov  Səyavuşun  oğlu  və Keykavusun  nəvəsi

olmuşdur;  Səyavuş  öz  ögey  anasının ona  atdığı  böhtan  nəticəsində atası  Keykavusdan

acıq  edib,  Turana  qaçmış,  Turan  padşahı Əfrasiyabın  qızı  Firəngizlə evlənmişdir.  Orada

da  yenə böhtana  düşüb, Əfrasiyab  tərəfindən  öldürülmüşdür.  Sonralar  Firəngiz

Səyavuşdan  Keyxosrovu  doğanda Əfrasiyab  uşağı öldürmək  istəmiş,  lakin,  onu  qaçırıb,

dağda çobanlar arasında böyütmüşlər. İranlılar Turana gələrək, Keyxosrovu tapmış və onu

aparıb  babası  Keykavusa  çatdırmışlar.  Keykavus  atəşpərəstlərə məxsus  bir  təntənə ilə

Keyxosrovu öz yerinə taxta çıxararaq, şah etmişdir.

Xaqani  bu  beytdə:  Keyxosrovun  şərab  qədəhləri,  Səyavuşun  qanı,  Keykavusun  atəşi

deyərkən,  həmin  tarixi əfsanələrə işarə edir.  Beytin  məzmunu  isə açılan  sübhün

şəfəqlərinin şərab, qan və atəş rənglərilə müqayisə edilməsidir.



Səh. 132.

İslama olmuş hökmran Darayi-dövran Axsitan,

Bəhramdan ədli rəvan, Pərvizi-İran Axsitan.

Dara - İranın  qədim  padşahlarından - Keylər  sülaləsinin  doqquzuncu  və sonuncu

hökmdarı olmuşdur;  onun  dövründə İran  böyük  bir əraziyə malik  idi. Axsitan -

Şirvanşahlardan  ikinci  Mənuçöhrün  oğludur;  atası  azərbaycanlı,  anası  gürcü  olmuşdur.

Xaqani və Nizaminin müasiridir.

İranda  Bəhram  adlı  bir  neçə hökmdar  olmuşdur.  Xaqaninin  burada  adını  çəkdiyi

Bəhram - Bəhram  Çubindir, o,  Sasanilərin  21 - ci  padşahı  olan  dördüncü  Hörmüzü,  çox

zalım  olduğu  üçün,  yıxmış  və onun  yerinə keçmişdir. Pərviz, yaxud Xosrov  Pərviz -

Hörmüzün oğlu, Nuşirəvanın nəvəsidir. Xaqani bu beytdə Axsitanı keçmişin belə məşhur

və güclü şahları ilə müqayisə edir.



Səh. 133.

Sağlıq de xaqan naminə, mey iç, sənə can bəxş edə,

Bəlkə o fateh şah sənə lütf ilə Turan bəxş edə.

Burada xaqan deyərkən Axsitan nəzərdə tutulur. Turan - Türküstana və ümumiyyətlə,

qədimdə türk xalqlarının yaşadığı yerlərə iranlıların verdiyi addır.

Səh .133.

Məclis pərilər yurdudur, bəzmi-Süleyman onda gör!

Quşlar durubdur səfbəsəf, bir xoş gülüstan onda gör!

Bəzmi-Süleyman-Süleyman  peyğembərin  məclisi  deməkdir.  Dini  rəvayətlərə görə,

Süleyman bütün heyvanların və quşların dilini bilirmiş; istənilən zaman onlar Süleymanın




Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə