Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə131/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   127   128   129   130   131   132   133   134   ...   148

________________Milli Kitabxana________________

məclisində hazır  olurmuş.  Xaqani  burada  Axsitanın məclisini  Süleyman  məclisinə

bənzətməklə onun şərəfini yüksəldir.

Səh. 133.

Davud əşkindən nişan peymanəyə qan axdı, qan,

Quştək sürahi verdi can, oldu nəvaxan onda, gör!

Davud - Süleyman peyğəmbərin atasıdır. Rəvayətə görə, Davudun o qədər gözəl səsi

varmış  ki,  oxuyanda  heyvanlar  və quşlar  da  heyran  qalıb,  onu dinlərmişlər.  Bu  səs  Şərq

şairlərinin əsərlərində "ləhni-Davudi"  adlanıb  tərif  edilir.  Lakin  Davud  peyğəmbər  bəzi

pis hərəkətlər etmiş və nəticədə etdiklərinə peşiman olub, çox ağlamışdır.



Davudun əşki (göz yaşı) - onun ağlamağına, odlu nəvaxan - gözəl səsinə işarədir.

Səh 133.

Kəbə evində heç zaman büt aşiqinə yox aman,

Bütlər evini Kəbə san, Zəmzəm-xumistan onda gör!

Kəbə - Ərəbistanda  Məkkə şəhərində müsəlmanların  ziyarətgahıdır;  Zəmzəm –

Kəbənin  yanında  bir  su  quyusudur;  müsəlmanların əqidəsinə görə,  onun  suyu

müqəddəsdir. Xumistan – meyxanə deməkdir.  Xaqani  bu  beytdə demək  istəyir  ki,

bütpərəstlərə Kəbədə aman vermirlərsə, sən get, bütlərin, yeni, gözəllərin yurdunu özünə

Kəbə san,  meyxanəni  də Zəmzəm  bil.  Yəni:  dünyanın  kefini,  ləzzətini  buraxıb,  dini

vədlərə aldanma!



Səh. 133.

Manqal dönüb olmuş qəfəs, tavusla qarğa həmnəfəs,

Əflakə göz dikmə əbəs, Mərrixü Keyvan onda gör!

Tavusla  qarğa - burada  od  ilə kömür  deməkdir. Mərrix - Günəş  sisteminin  böyük

ulduzlarındandır. Qan kimi qırmızı göründüyü üçün Xaqani burada odu Mərrixə, kömürü

Keyvana  bənzədir. Keyvan - Zühəl  ulduzudur;  yeddinci  təbəqədə,  yəni  uzaq  bir  guşədə

olduğundan işığı az gəlir.



Səh 134.

Şimmantuluq bir dayətək, zəncibədən, rumi ürək,

Məryəm kimi doğsun gərək İsanı dehqan, onda gör!

Zəncibədən - bədəni (zahiri görkəmi) qara; rumi ürək - içi, qəlbi ağ deməkdir. Xaqani

bu  obrazlarla  qara  tuluq  içində ağ  şəraba  işarə edir.  İkinci  misrada  həmin  şərab tuluğu

hamilə Məryəmə,  içindəki  isə ruh  verən  İsaya,  yəni  şəraba  bənzədilir. Dehqan - burada

şərabçı deməkdir.



Səh .134.

Bərbət düşüb cansız qalar, bir ölçüdə dörd rükn var,

Bir boydadır səkkiz damar, Zöhrəylə Mizan onda gör!

Bərbət - simli  bir  musiqi  aləti;  dörd  rükn - bərbətin  kasasının  (başının)  dörd  küncü;

səkkiz damar - onun səkkiz simi deməkdir; Zöhrə - dan ulduzu; Mizan – Tərəzi bürcü, üç

qardaş ulduzlardır. Zöhrə ilə Mizan bürcündəki dörd ulduz bərbətin üstündəki dörd parlaq

düyməyə işarədir.



Səh 134.

Bir körpə zəncidir tütək, on dayəsi var ağ, qəşəng,

Doqquz gözüysə şux-şəng, yüz gözsə heyran, onda gör!

Beytin izahı belədir: tütək körpə zəncidir - balaca və qaradır; on dayəsi var - üstündə

on  barmaq  hərəkətdədir: doqquz  göz - tütəyin  doqquz  deşiyi; yüz  gözsə heyran - onun

(tütəyin) gözəl səsinə uyub, mat-mat baxan adamlar.




________________Milli Kitabxana________________

Səh .134.

Dəfsə şahın çovqarına, min nəqşli eyvanına,

Ovlaqdakı cövlanına oxşar yüz heyvan, onda gör!

Cövlan - hərlənmə,  dolanma.  Burada  Xaqani  dəfin  girdəliyini  şahın  çovqanına,

ətrafindakı  bəzəklərin  şahın  eyvanındakı  naxışlara,  oynaya-oynaya  çalınarkən əl  üstündə

hərləndirilməsini  şahın  ovlaqda  ov  dalınca  qoşmasına,  iç  kənarlarından  asılan  gümüş  və

zınqırovcuqları, habelə onda çəkilmiş ovlaq və heyvan  surətlərini  şahın  ovlağında olan

cürbəcür heyvanlara bənzədir.

Səh .134.

İskəndəri-atəşsinan, hər sirri Xızrasa duyan,

Keyxosrovi-Arəşkəman həm sənsən, ey şah, həm atan!

İskəndər – məşhur İskəndər Zülqərneyndir; sinan - mizraq ucu deməkdir. Keyxosrov -

İran şahı; Arəş - qədim İranda misilsiz bir oxatan olmuşdur;

Xaqani burada həm Axsilanın, həm də onun atası Mənuçöhrün hünərini atəş mizraqlı

İskəndərin,  Arəş  kimi  ox  atan  Keyxosrovun  və hər  sirri  bilən  Xızrın  hünərinə

bənzədir.

Səh. 134.

Yusif kimi qurdla barış, əhd ilə peyman tazələ!



Yusif- Yəqub peyğəmbərin oğludur. Qardaşları onu quyuya atmış və atasına yalandan

xəbər vermişlar ki, guya Yusifi qurd yemişdir. Xaqani burada həmin tarixi əfsanəyə işarə

edir və Axsitana deyir ki, Yusif kimi qurdlarla barış, yəni düşmənlərini özünə ram et.

Səh. 135.

Dörd ünsürü xar eylə, xar, əşkinlə tufan tazələ!



Dörd ünsürü xar eylə - "bu fani dünyaya qiymət vermə" deməkdir.

Səh .135.

Qəddi-sərvi-baği-İrəm, Şəmi-Şəbistani-hərəm,

Rüxsarıdır baği-Əcəm, kuyin gülüstan görmüşəm.

Baği-lrəm - cənnət kimi bağ; bəzmi-hərəm - yaxın və doğma qadınlar, qızlar məclisi;

ruxsar-yanaq; baği-Əcəm - qızıl gül bağı deməkdir. Xaqani Dəclə kənarında gördüyü bir

gözəli bu təşbehlərlə tərif edir.



Səh. 136.

Tərrar zülfündə onun Bağdadı pünhan görmüşəm.

Yəni: onun saçları Bağdad gənclərinin ürəklərini oğurlayıb, özündə gizlətmişdir.

Səh 136.

Zülfüylə Dəclə mişkdəm, Dəclə "dalı"tək zülfü xəm,

Dəclə kimi ondamı həm olmuş xuraman, görmüşəm.

Mişkdəm - mişk  qoxusu  verən;  "dal" - ərəb əlifbasının şəklində yazılan  "d"  hərfi;

"xəm" - bükülmüş, bükük deməkdir.

Beytin  mənası:  o  gözəlin  zülfü Dəclə sözündəki  "d"  hərfi  kimi  bükülmüş,  qıvrım

saçlarından Dəclə çayı mişk qoxusu verir və o, Dəclənin axımı kimi xuraman yeriyir.



Səh. 138.

"Zənd"i qələt bildim deyə, atəş mənə durmaz yiyə,

"Quran" qaçar məndən göyə, mən əhli-iman olmaram.

"Zənd" – zərdüştilərin (atəşpərəstlərin) müqəddəs kitabı olan "Avesta"nın eramızın ÜI

əsrində bərpasına  deyilir.  Bu,  İskəndər  tərəfindən  məhv  edilmiş əsl  "Avesta"nın  yadda

(hafizələrdə) qalan variantıdır.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə