Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə129/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   125   126   127   128   129   130   131   132   ...   148

________________Milli Kitabxana________________

Xaqani deyir: Ünsürinin nəzmi xırda ülkər ulduzları kimi, nəsri isə nəş ulduzları kimi

olmuş, onda heç bir zaman Günəş parlaqlığı olmamışdır; yəni, Ünsüri ona deyilən təriflərə

layiq böyük şair deyildir.



Səh. 112.

Nə Söhban, nə Yörəbbəyan Ünsüri.



Söhban - VIII əsrdə yaşamış  məşhur ərəb ədib  və natiqlərindəndir;  Yörəb - ərəb

leksikologiyasının  banisi,  böyük  bir  alim  olmuşdur.  Xaqani  burada  Ünsüridə məşhur

adamlarla müqayisə edilə biləcək heç bir böyüklük olmadığını göstərir.

Səh. 113.

Qart qarının qarşısında kimsə mərdlik edə bilməz,

El uşaqtək acizdirsə, mən olmaram uşaqtək zar.

Qart qarı - qoca dünya.

Beytin  mənası:  Çoxları  uşaq  kimi  nadinc  olaraq,  bu  qoca  dünyaya əsirdirsə,

mərdanəliklə bu qoca qarıya (dünyaya) meyl salmaram.

Səh 113.

Zaman başa vuranda Sənainin dövrünü.



Sənai - XI-XII əsrin ən böyük şairlərindəndir. Qəznədə doğulmuş, orada da ölmüşdür.

"Hədiqətül-həqiqət"  adlı  məşhur əsərin  müəllifıdir.  Xaqaninin  sevdiyi  şairlərdən

olmuşdur.

Səh. 113.

Getdisə də bir dahi üçüncü iqlimdən, ah!

Beşinci iqlimdə bir dahi insan doğuldu.

Şərq  şairləri  yerin  Şimal  yarımkürəsini  yeddi  iqlimə (məntəqəyə)  bölürlər.  Xaqani

burada  üçüncü  iqlim  dedikdə Qəznəni,  beşinci  iqlim  dedikdə isə Şirvanı  nəzərdə turur.

Səh. 114.

Tarixlərə baxanda gördüm Bəhmən öləntək,

Tarixdə İskəndərtək bir hökmran doğuldu.

Bəhmən - İranın  İskəndər  Zülqərneyn  istilasından əvvəlki  padşahlarından  olmuşdur.

Səh 114.

Düz danışan Yusifın şirin dili susanda,

Onun varisi Musa tez anadan doğuldu.

Dinlər  tarixi  üzrə,  Yusif  peyğəmbərdən  sonra  peyğəmbərlərin ən  böyüyü  Musa

olmuşdur.

Səh. 114.

Əbu-Hənifə öldü, axşamüstü həmin, gün,

Şafei dan ulduzu çıxan zaman doğuldu.

Əbu-Hənifə - İslamiyyətin II əsrinin birinci yarısında yaşamış böyük bir alimdir. İslam

qanunşünaslığının  (fiqhin)  banilərindən  biri  və onun  ilk  tərtibçisi  olmuşdur.  Hənəfilər

məzhəbinin əsasını qoyan həmin Əbu-Hənifədir.

Şafei - rəvayətə görə, Əbu-Hənifə ölən axşamın səhəri doğulmuşdur. Şafei - həmçinin

İslamiyyətin ən  böyük  alimlərindən  biri,  Şafeiyye  məzhəbinin  banisi,  eyni  zamanda  şair

olmuşdur.

Səh. 115.

Oxşayır ceyrana saqi, qədəhi zər öküzə,

Meyi dovşan qanıdır, istər edə qurbanım.



________________Milli Kitabxana________________

Xaqani  burada  demək  istəyir  ki,  həyat  gözəldir,  o  mənə zövq  verir,  amma,  tale  o

şərabı qana döndərərək, məni məhv etmək istəyir.

Səh. 115.

Samiri zər öküz istər, ona ver; Musatək,

Mənə ver abi-həyat, yandı ləbi-ətşanım.

Samir qədim Şərqdə əla qumaşlar toxunan bir yer olmuşdur. Samiri Samirdə yaşamış

bir  adamdır;  Musa  peyğəmbərin  vaxtında  o,  qızıldan bir  buzov  qayırıb  xalqı  düz  yoldan

azdırarmış.  Xaqani  deyir:  qızıl  öküzü (şərabı,  insanları  düz  yoldan  çıxaran  dövləti)

Samiriyə ver, mənə isə Musanın istədiyi abi-həyatı ver.

Səh .116.

Göz yaşı tökdü qədəh, söylədi: mən Pərvizin,

Torpağından əmələ gəlmişəm, ey xaqanım!

Pərviz - müstəqim  mənada  Sasani  şahlarından məşhur  Nuşirəvanın  nəvəsinin  adı,

məcazi  mənada  isə xoşboxt,  təntənəli  həyat  sahibi  deməkdir.  Xaqaninin  bu  beytində

həmin söz hər iki mənada işlədilmişdir.

Səh .116.

Mələk üzlü, bəd niyyətli fələk istər Cəmşidə,

Divlər bir qul olduğutək bəlkə ola xidmətim.

Yəni,  bu  dünya  məlaikə paltarında  bəd  niyyətli  yırtıcıdır;  məndən,  divin  Cəmşidə

xidmət etdiyi kimi, özünə xidmət tələb edir. Bu beytdə Xaqani öz dövrünün zahirdə mələk

kimi görünən hökmdarlarının əslində insan qanı içən bir cəllad olduğunu göstərir.



Səh .117.

Xızr dilə gəlib, mənə dedi Kəbə adından:

Rədd eləmə, bil ki, odur mənim vəli-nəmətim.

Bu  şeir  Məsul  vəziri  Cəmaləddinin  adına  yazılmışdır.  Son dördüncü misradakı  Xacə

həmin  Cəmaləddinə işarədir.  Bu  adam  Məkkəyə gedib,  Kəbəni  təmir  etmiş,  guya  buna

görə də Xızr  Kəbəyə hörmət  üçün  Xaqaniyə xitab  edərək  demişdir:  "Cəmaləddinin

töhfəsini  rədd  etmə,  çünki  o,  Kəbəni  təmir  etmişdir"    (Cəmaləddin    Xaqaniyə qiymətli

bir üzük  vermişdir.   Bax: "Töhfətül-İraqeyn" əsərinə).



Səh 117.

İyirmi yaşdan azsa da sinnim, mənimtək bir cavan,

Görməmiş doqquz fələk söz sənətində kamiran.

Buradan Xaqaninin hələ iyirmi yaşında ikən mahir bir şair olduğunu öyrənirik.



Səh.117.

Dəvatımın üzü sadə, içi dərin dəryadır,

Qara suyu nəhəngiylə əcəb ona oxşayır.

Dəvat – mürəkkəbqabı  deməkdir.  Xaqani  deyir:  mənim  dəvatım  zahirdən  kiçik  bir

qaba oxşasa da, batində dərin bir dənizdir, onun qara suyunun içində gəzən qələmim bir

nəhəngdir.

Səh. 117.

Görübsənmi necə sökər dan qaranlıq bağrını?

İki mənada dəvatım nurlu dana oxşayır.

Yəni,  mənim  dəvatımın içində həm  qaranlıq,  həm  də işıq  vardır;  həm  gecə kimi

qaradır (mürəkkəb), həm də bağrından Günəş (parlaq əsərlər) doğan bir nur mənbəyidir.

Səh. 117.

Musa "yədi-beyza"sının timsalıdır bu dəvat,




________________Milli Kitabxana________________

Qələm dəxi inci səpən bir ilana oxşayır.



"Yədi-beyza"-ağ əl. GuyaMusa peyğəmbərin göstərdiyi möcüzələrdən biri də bu imiş

ki,  elini  qoltuğuna  soxub  çıxardıqda, əlindən  nur  çıxarmış: İnci səpən - əfsanələrə görə

Söban  adlı bir ilanın  ağzında  işıq  saçan  bir  gövhər  varmış.  Eyni  zamanda,  guya Musa

istədiyi zaman əsasını ilana döndərə bilirmiş. Xaqani burada dəvatını Musanın nurlu əlinə,

qələmini ağzı gövhər səpən ilana bənzədir.

Səh .118.

Xaqaninin təbi tutmuş cilovundan Ceyhunun,

Dəvatısa Səmərqəndi - Xızırxana oxşayır.

Xızırxan – səlcuq  hökmdarlarından  Məlikşah  zamanında  Mavəraünnəhrdə (Orta

Asiyada Ceyhun nəhrinin - indiki Amu-Dərya çayının şimalında olan yerlər) hakimiyyət

sürmüş, qoşununun coxluğu və xəzinəsinin zənginliyi ilə məşhur olmuşdur.

Beytin  mənası:  Ceyhun  nəhrinin  cilovu  Xaqaninin  təbi əlindədir,  ona  görə də onun

meyli  Xızırxanın  Səmərqəndinə tərəfdir.  Burada  Xaqani  təb  və ilhamının zənginliyini

bildirir.



Səh. 118.

Zül-Yəzən oğlu kimi onlar bunu inkar edər.



Zül-Yəzən – peyğəmbərin əshabələrindən olub, yaxşılığa nankorluq edərmiş.

Səh 118.

Olmayıblar Şah Tuğan aləmdə çün söz mülkünə.



Şah  Tuğan - Çingiz  (moğol)  sulaləsindən  qudrətli  hökmdardır.  Mənası:  rəqiblər  söz

mülkünə (Tuğan şah kimi) hakim deyildirlər.



Səh. 118.

Hiyləgərlikdə hamı əfsunçu Dimnə olsa da...



Dimnə - məşhur hind alleqoriyasında hiyləgər çaqqalın adıdır. O, Şirə yaltaqlıq edib,

onun yanında bir mövqe tutmaq  istərkən, hiyləsinin üstü açılaraq,  məhv olur ("Kəlilə və

Dimnə" əsəri).

Səh. 119.

Qülləsində dağların yüz min riyazət çəksə də,

Töhmət əhlinə deyərlər: bu Brəhməndir məgər?

Brəhmən - qədim  Hind  allahı  Brəhmaya  qulluq  (sitayiş)  edən  ruhani  başçısına

deyərlər.

Beytin  mənası:    hər  ittiham  edilib,  dağlara  göndərilənləri    Brəhmən  adlandırmazlar.

Səh .119.

Fitnə Rəxşini minib, ox sazlayırlar hiylədən,

Rüstəm olmazsa, yetər İsfəndiyaramı zərər?!

Rüstəm və İsfəndiyar - "Şahnamə" qəhrəmanları, Rəxş – Rüstəmin atının adıdır.

Beytin mənası: rəqiblər Rəxş minib, hiylədən ox hazırlasalar da, Rüstəm olmadıqları

üçün,  İsfəndiyara  bir  zərər  dəyməz.  ("Şahnamə"də Rüstəm  haça oxla  İsfəndiyarın

gözlərindən vurub, onu öldürmüşdür.)



Səh119.

Olsalar da "ov"suz "Firon" onlar, məndəki,

Ağ əlin ecazını görməkdə yox onlarda fər.

Firon - Musa peyğəmbər vaxtı hökmdar. Ağ əl - Musanın mocüzə göstərən, işıq verən

əli.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə