Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə124/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   120   121   122   123   124   125   126   127   ...   148

________________Milli Kitabxana________________

Abbasilər – Əməvilərdən  sonra  gələn  ikinci  böyük ərəb  xilafəti  Bu  xilafət  VII əsrin

ortalarından başlayaraq XIII əsrə qədər davam etmişdir.

Monqollardan Hülaku xan bu xilafətə son qoymuşdur.

Səh. 77.

Süleyman tikdirən zamanda bina,

Ona əcinnələr oldular bənna.

Əfsanələrə görə Süleyman  peyğəmbər  quşların,  heyvanların,  div  və əcinnələrin

padşahı idi.

Xaqaninin bu beyti də həmin məsələyə işarədir.



Səh. 77.

Qiyməti üstündür belə bürclərin,

İskəndər tikdirən bürclərdən, yəqin.

İskəndər - Yunanlı İskəndər və ya Makedoniyalı İskəndər Zülqərnəyn adı ilə məşhur

sərkərdədir.  O,  Yunanıstandan  tutmuş  Hindistana  qədər  hərbi  səfər  etmiş  və böyük  bir

ərazini  öz  hakimiyyəti  altına  almışdır.  Aldığı  yerlərdə sədlər  və bürclər  tikdirməklə

məşhurdur.



Səh. 77.

Ey Keyvan şərəfli, Səmak cəlallı,

Ey Rizvan sifətli, behişt cəlallı.

Keyvan - (Zühəl) Saturn səyyarəsi. Səmak - işıqlı ulduz adıdır. Rizvan - guya behiştin

qapıçısıdır.



Səh. 78.

Üstürlab kimi o fitnə törədir.



Üstürlab - orta əsrdə göy cisimlərinin yerini müəyyənləşdirən nücum alətlərindəndir.

Səh. 78.

Olsa da zahirdə adları Buzər,

İşdə Buləhəbdən daha da bədtər.

Buzər - Məhəmməd peyğəmbərin yaxın köməkçisi, Buləhəb Haşimi isə peyğəmbərin

ziddinə gedən əmisidir.



Səh. 79.

Otuz ildən sonra baş verib bir sirr,

İyirmi bir bəla törəyəcəkdir.

Bu  səhifədə qeyd  edilən  beytlərdə Xaqani    bildirir:  bəzi  üzdəniraq  münəccimlərin

dediyinə görə, guya 30 il sonra (1186-cı ildə) ulduzlar aləmində bir çaxnaşma olacağından

kürreyi-ərz  məhv  olacaqmış.  Bu  iddiaya  bir  çoxları inanıb,  təşvişdə olduqları halda,

Xaqani (həm də Nizami) bu xəbərə inanmamışdılar (Doğrudan da, sonralar - yəni, 1186-cı

ildə heç bərk külək də əsməmişdi).



Səh. 80.

Vəta, Adəm, Xızır və Musa üçün...

Dördü də peyğəmbər adıdır.

Səh 80.

Tikərəm, şübhəsiz, onu "Yasin"dən.



"Yasin  " - "Quran"da  surə adı;  matəm  və təziyədə oxunur.  Xaqani  də bu  surəyə

üstünlük vermişdir.



Səh. 80.

Bir möcüz göstərib mənalı sözdən,




________________Milli Kitabxana________________

Sudan, oddan paltar toxuyaram mən.

Bu  beytdə Xaqani  öz  şeirlərinin  su  kimi  axıcı  və od  kimi  hərarətli  olduğunu

göstərmək istəmişdir.



Səh. 80.

Üç bacı bağlasın başına ləçək.



Uç bacı - üç ulduza birlikdə verilən addır.

Səh. 81.

Musa ağacıdır ağacım tamam,

Tuba budağından düzəlib taxtam.

Guya  Musa  peyğəmbərin  ağacı

(əsası)  möcüzə göstərib,

əjdahaya  çevrilər  və

düşmənləri udarmış. Tuba da behiştdə bitən müqəddəs ağacdır.

Xaqani atasının dülgərlik sənətinə işarə edərək, öz şeirlərinin pak və möcüzə yaradan

olduğuna işarə edir.



Səh 82.

Hermes haradadır, hanı o alim'?

Gəlsin ki, təxtini özüm düzəldim.

Hermes - Misir  riyaziyyatçısıdır.  Hermesi  tarixdə hesab,  həndəsə,  musiqi  və tibb

elmlərinə bələd olan qədim yunan alimi kimi tərif etmişlər.



Səh. 82.

Nuh hanı ki, ona verim yadigar,

Bu memar təbimdən səttarə pərgar?!

Dini  rəvayətə görə Nuh peyğəmbər  zamanı  dünyanı  sel  basır  və Nuh  belə bir  selin

olacağını  guya əvvəldən  bildiyi  üçün  gəmi  qayırıb,  öz  adamlarını  və istədiyi  heyvanları

suda qərq olmaqdan xilas edir. Xaqani dülgər olan Nuha öz şairlik təbilə pərgar verməyə

qadir olduğunu bildirmək istəyir.

Səh. 82.

Nə qədər məskənim bu xoş məkandır,

O, Şərvan deyildir, bir Xeyrəvandır.

Xaqani  həmişə "Şirvan"ı  "Şirvan"  kimi  işlədir. Demək  istəyir  ki, nə qədər  mən

buradayam, o, şər yeri deyil, xeyir yeridir.

Səh. 82.

Sənətdə Azərdi, söhbətdə İsa,

Tabut qayırardı o Xəlilasa.

Azər- İbrahim  Xəlilullah  peyğəmbərin  atası  nəccar  idi.  Xaqani  bu  beytdə demək

istəyir ki, onun atası Əli də nəccar olub, tabut qayırardı. İsa kimi söhbəti ruh açan idi.



Səh. 82.

O da bir Əliydi - adlı dilavər,

Mən isə önündə bir sadiq Qənbər.

Bu  beytdə Xaqani,  atasının  adı Əli  olduğu  üçün,  onu imam Əliyə, özünü  isə imam

Əlinin  sadiq  qulu  olan Qənbərə oxşadır  və bununla  atasını sonsuz  dərəcədə sevdiyini

bildirir.



Səh 83.

Çoxdandır bu kasa gəzdirən fələk,

Pay istər həmişə şerimi görcək.

Kasa  gəzdirən  fələk - göy  qübbəsi  və çərxi-fələyə işarədir. Beytin  mənası:  Bütün

dünya mənim şerimdən pay alır.




________________Milli Kitabxana________________

Səh. 84.


Mənalar kişisi o qoca anam,

İkinci Rabiə kimiydi tamam.



Rabiə - IX əsrdə yaşamış, öz dindarlığı və paklığı ilə şöhrət qazanmış bir ərəb qadının

adıdır. Xaqani,  öz  anasını da  pak  və dindar  göstərmək  üçün  onu  ikinci  Rabiə

adlandırmışdır.

Səh. 84.

Ona da Məryəmtək atdılar böhtan,

O da Zəhra kimi paylardı ehsan.

Məryəm - İsa peyğəmbərin anası. Onu töhmətləndirirdilər ki, atasız uşaq doğmuşdur.

Lakin,  o,    müqəddəs   qadın   olduğu  üçün,    töhmətlər  onun  ləkələnməsinə səbəb  olmadı.

Guya, yeni anadan olan İsa dil açıb, anasının günahsız olduğunu söyləmişdir.

Zəhra - Məhəmməd peyğəmbərin qızı Fatimeyi-Zəhradır. Xaqaninin anası İslamiyyəti

qəbul  edən  xristian  qızı  olduğuna  görə,  Xaqani  onu  həm  Məryəm,  həm  də Fatimə ilə

müqayisə etmişdir.

Səh. 84.

Nəsturi qızıydı, nəsli, məbədi.



Nəsturi - xristian məzhəblərindən biridir. Xaqaninin anası eyni zamanda atəşpərəstliyə

mənsub  bir  ailədən  çıxmış  olduğundan,  o  həm  Xristianlıq,  həm  də Atəşpərəstliyi  atıb,

İslam dinini qəbul etmişdir.

Səh. 84.

O, bir Filakusdu bizim dövrana.



Filakus - eramızdan əvvəl Yunan başçılarındandır.

Səh. 84.

Myastu yolunda əyləşərdi şad,

Siyruni dilini bilərdi azad.

Myastu - xristianlıq  məbədlərindəndir. Siyruni  dili - Suriyada  yaşayan  xristianların

dili.


Səh. 84.

O, Züleyxa kimi bir xanım ikən,

Sonra Yusif kimi qul oldu birdən.

Xaqani  anasının  Zuleyxa  kimi  adlı-sanlı  olduğuna  və sonra  Yusif  kimı  qul  sifətində

satıldığına işarə edir.

Səh. 85.

Üveys kimi bəndəm o arvada mən.



Üveys - Məhəmməd  peyğəmbəri  son  dərəcə sevən əshabələrdəndir. Xaqani  də

Üveysin Məhəmmədi sevdiyi qədər anasını sevdiyini nəzərə çarpdırır.



Səh. 85.

Mən təbib əmimdən almışam ilham,

Yeddi söz mülkünün bir Boqratıyam.

Xaqaninin  təbib əmisi - Kafiyəddin  Ömər  ibn  Osmandır. Yeddi  söz  mülkü - yeddi

iqlim  və ya  bütün  dünyaya  işarədir.  Boqrat  (Hippokrat) - tibbin  babası  adlanan  məşhur

yunan təbibi.  Eramızdan təqribən 5 əsr əvvəl yaşamışdır. Xaqani şöhrətdə özünü Boqrata

bərabər tutur.



Səh. 86.

Onunçün məskənim olmuş asiman,




Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə