Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə121/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   117   118   119   120   121   122   123   124   ...   148

________________Milli Kitabxana________________

Qızıl yeddibaşlı ilandır, ilan.



Altıbaşlı  dünya dedikdə,  Xaqani  altı  cəhəti  nəzərdə tutur  ki,  bu  da  yenə dünya

deməkdir. Yeddibaşlı  ilan qədim  Azərbaycan əfsanələrində bədii surət  kimi  istifadə

edilmişdir  ki,  o  da  insanları udan  yerə (qəbrə - ölümə)  işarədir.  Yerin  yeddi  qat  olması

fikri də bununla bağlıdır.



Səh. 26.

Pars odu püskürür dodaqlarımdan,

Edib hind xəncəri qəlbimi şan-şan.

Pars  odu - atəşpərəstlərin  oduna  işarədir.  Yəni,  Xaqani  "ahım  odludur"  deyir. Hind

xəncəri də onun qəlbini yaralayan qara bəxti, kədəri ifadə edir.

Səh. 26.

Başıma bir çəkic zərbəsi dəydi,

"Əlif" qamətini "mim" kimi əydi.

Klassik ədəbiyyatımızda  çox  zaman  qamət ərəb əlifbasında  düz  duran əyilməyən



"əlif"hərfinə oxşadılır, əyri bel isə "mim" hərfinə bənzədirlər.

Burada Xaqani düşmənlərin zərbəsilə öz qəddinin əyilməsini "əlif"in "mim"ə dönməsi

kimi ifadə etmişdir.

Səh. 27.

Yüksəlir göylərə, o, zəncir təkin,

Keçir ayağına Bənatin-nəşin.

Xaqani  ağzından  çıxan  ahların  halqa-halqa  göyə yüksəlib,  Yeddibacı  ulduzunun

ayaqlarına keçdiyini nəzərə çarpdırır. Yəni, onun ahları göylərdə ulduzlara qədər yüksəlir.

Səh. 27.

Ey yeddi çəmənə yaşıllıq verən,

Ey, altı gəlini al bəzəndirən.

Burada - yeddi çəmən ərzin orta əsrdə bölündüyü yeddi iqlimə işarədir. Altı gəlin isə

altı cəhəti ifadə edir.

Səh. 29.

Bədənim dərd üçün bir kor quyudur,

Bir dəmir dağıdır, qürurla durur.

Beytin  mənası:  bədənim  dərdlərlə dolu  olduğu  halda  o,  dəmir  dağı kimi  bu  ağırlığa

dözür və öz qürurunu itirmir.

Səh. 30.

"Bir" gəlib "min" olar, əgər onu sən,

Yerindən üç xana sola köçürsən.

Məlumdur  ki,  bir  rəqəmini  üç  xana  sola  çəkəndə o,  minlik  xanasına  düşür.  Xaqani

burada  "birə-min  artar"  ifadəsinin  bir  rəqəminin  yerini  dəyişməklə əmələ gəldiyini

göstərir.



Səh. 30.

Piyadan keçdimi yeddi xanəni,

Udmaq çətin olar, çox güman, səni.

Şahmat oyununda piyadanın taxta üzərində yeddi xana keçib, səkkizinci xanada vəzir

olduğuna işarədir. Bu zaman, şübhəsiz ki, hərif oyunu uduzmuş olar.

Beytin mənası budur ki, əgər sən yeddi təbəqədən ibarət olan dünyanı ötüb keçsən, ali

məqsədə çatmaq, çətinliyə qalib gəlmək olar.

Səh. 30.



________________Milli Kitabxana________________

Mustafa torpaqda yatdığı üçün...

Mustafa – Məhəmməd peyğəmbər.

Səh. 30.

Dördüncü iqlimə çatdır özünü...

Dördüncü iqlim - İraqa işarədir.

Səh. 30.

Dördüncü növbədə yarandı insan,

Sırada dördüncü kitabdır "Quran".

Bu  və bundan əvvəlki  beytlərdə Xaqani  dörd  rəqəminin  şərafətindən  bəhs  açır.  O,

dörd  ünsür,  dördüncü  göydən  bəhs  etdikdən  sonra,  məxluqatın ən  şərəflisi  olan  insanın

nəbatat,  cəmadət  və heyvanatdan  sonra  yarandığını,  "Quran"ın 4-cü  müqəddəs  kitab

olduğunu qeyd edir və buradan nəticə çıxararaq 4-cü iqlimə düşən İraqı tərifləyir.

Səh. 31.

Dövrün əmirinin fərmanıyla mən,

Nəhayət, qurtardım Şirvan bəndindən.

Dövrün əmiri Şirvanşah Axsitan, Şirvan bəndi isə şah sarayıdır. Bu və bundan sonrakı

beytlərdə Xaqani özü Şirvan deyil, Şərvan demişdir.



Səh. 32.

Torpağı İsaya tutiya verər,

Daşları Musaya kimiya verər.

Bu  beyt  məşhur  dini əfsanə ilə bağlıdır.    Məlum  olduğu  üzrə, İsa  peyğəmbər guya

korun gözünü açmışdır. Musa peyğəmbərin isə əli işıq vermişdir. Xaqani burada Qohesfan

torpağının bərəkət qüdrətini göstərmək üçün onun İsanın gözlərini işıqlandıra biləcəyini,

Musanı özünün möcüzəsi ilə heyran edəcəyini nəzərə çarpdırmaq istəyir.

Səh. 32.

İki top qoymuşdur Xuzistana o,

Üç zərbə vurmuşdur Hindistana o.

Burada  şahmat  oyunu  nəzərdə tutulur.  Məlumdur  ki,  şahmatda  iki  topun  dal-dala

durması  düşmən  üçün  boyük  təhlükə yaradır,  xüsusilə düşmənin  eyni  xanasına üç  zərbə

yönəldilərsə, bu təhlükə bir az da artır.

Burada  Xaqani,  şahmat  oyununa  yaxşı  bələd  olduğunu  göstərməklə bərabər,

Qohesfanın Xuzistan və Hindistandan daha məhsuldar olduğuna işarə edir.



Səh. 33.

Həm oddur, həm sudur onların dili.

Xaqani Qohesfan əhalisini iki dilli (iki üzlü) adlandırır.

Səh. 33.

Samirilər kimi danışan zaman,

Od, alov püskürür ağızlarından.

Samirilər - Musa  peyğəmbərin əleyhinə gedən  Samir  adlı  yalançı  və hiyləgər  bir

qoşun başçısının tərəfdarla.



Səh.34.

Bir zərrə qədərdir yarımda Seyhun,

Bir korun göz yaşı qədərdir Ceyhun.

Seyhun  və Ceyhun - Orta  Asiyada  qoşa  çay  adıdır.  Xaqani  İraqda  axan  çayı  tərif

edərkən onu Seyhun və Ceyhun çaylarından daha şərafətli sayır.



Səh.34.


________________Milli Kitabxana________________

Bu hüma üzlünün ördəyi, sən bil,

Simurğun özündən heç kiçik deyil.

Xalq nağıllarında hüma mifik səadət quşu, ünqa ya Simurğ - müdrik xilaskar, əfsanəvi

quşdur.

Xaqani  İraqda  axan  çaydakı  ördəyi  bu əfsanəvi  quşlardan  üstün  tutmaqla,  onu



mübaliğəli surətdə tərifləmək istəmişdir.

Səh.34.

Olur qulaqlarda Barbəd nəğməsi.



Barbəd - Sasani  şahlarından  Xosrov  Pərvizin  məşhur  çalğıçı  və xanəndəsidir.

Firdovsinin  "Şahnamə"sində və Nizami  Gəncəvinin  "Xosrov  və Şirin"  poemasında  onun

sənətkarlıq qüdrəti geniş təsvir edilmişdir.

Səh. 34.

Balıq tutmaq üçün gələr Süleyman,

Onları qızardar Məsihlə Rizvan.

Süleyman - məşhur ecazkar Süleyman peyğəmbər, Məsih - İsa peyğəmbər, Rizvan

isə behiştin qapıçısının adıdır.

Beytin məzmunu yenə İraq çayının mədhi ilə bağlıdır.

Səh. 34.

Ya hərf üzərində sükundu guya.

Ərəb əlifbasında  səsli  hərflər  yoxdur,  onlar  işarələrlə göstərilir  və əksər  halda

onlardan  istifadə olunmur. Sükun - durğu  və ya  səssizlik  işarəsidir  ki,  xüsusilə,  bu

işarədən heç istifadə edilməz.

Xaqani bu misrada dünyanı gərəksiz sükun işarəsinə oxşatmışdır.



Səh. 34.

"Əl-əbdü" deyərdi qullar sayağı.



Əl-əbdü - mən qulam deməkdir.

Səh. 34.

Yerin sakit yatan öküzü, budur,

Onun fərmanının bir sübutudur.

Dini əfsanəyə görə guya  Yer  kürəsi  bir  öküzün  üzərində,  öküz  bir  balıq  üzərində,

balıq  isə sonsuz  bir  dəryadadır.  Guya  öküzün  bir  tükü  tərpənərsə,  yerdə zəlzələ əmələ

gəlir.


Xaqani demək istəyir ki, Xəlifənin hökmranlığı zamanı yerin öküzü onun fərmanı ilə

sabit durur və yerdə də sakitlik hasil olur.



Səh. 35.

Tur dağı yandırmaz oda Musanı,

Yandırar, əlbəttə, azğın insanı.

Dini əfsanəyə görə Musa  peyğəmbər  guya Turi-Sina dağında  Allahla  danışarmış,

başqası isə buraya çıxmaq istərkən yanarmış.

Xaqani  Xəlifənin  sarayını da  Tur  dağına  oxşatmış  və buraya  daxil  olmaq  istəyən

adamları yandıracağını bildirmişdir.

Səh. 35.

Müştəri sifətli və Ay camallı,

Zühəl həmayilli, Mərrix kamallı.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə