Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə123/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   119   120   121   122   123   124   125   126   ...   148

________________Milli Kitabxana________________

Bu qoca kaftarın tez qaç yanından.



Solğun üzlü və qoca kaftar - dünyaya işarədir.

Səh. 52.

Hərənin Dəccaltək bircə gözü var.



Dəccal dini əfsanəyə görə insanları aldadan  hiyləgər  bir  fırıldaqçı  olub,  guya qeyb

olmuş 12-ci imam zühur edərək, insanları onun şerrindən xilas edəcəkdir.



Səh. 53.

Məhəmməd Mahmudun möhrüylə yeksər,

Damğalı qul oldu bütün ölkələr.

XII əsr Abbasi xəlifələrindən Müqtəfibillahə işarədir.



Səh 53.

Bənzət Buqubeysi Əlvənd dağına.



Buqubeys İraqi-ərəbda, Əlvənd isə Həmədan yaxınlığında olan dağdır.

Səh. 55.

Onu qeyd edərlər aydın: baği-dad.



Baği-dad - ədalət bağı.

Səh. 58.

Yazmış hər birinə Müqtəfı sözü.



Müqtəjibillah - Abbasi xəlifələrindən birinin adıdır.

Səh. 61.

Bir "mim"dən elə bil bir "sin" qurmuşdur,

Ya da bir "əlif"dir, halqa vurmuşdur.

Ərəb əlifbasında  "mim"    hərfinin  başı  kiçik  bir  dairə təşkil  edir. "Sin"  hərfi isə dişli

olur. Birinci misrada Xaqani iplərin quyunun kənarını kəsməsini "mim"in (dairənin) "sin"

olmasına bənzətmişdir.

İkinci misrada ərəb əlifbasında "əlif'in düz yazıldığı qcyd edilir, bu hərf də burularsa,

"mim" və ya dairə halına düşə bilər.

Bu  beytdə

müəllifin  məqsədi,    İraqi-ərəbdə olan    məşhur  Zəmzəm  quyusunun

kənarını ip kəsdiyindən, onun diş-diş olmasını göstərməkdir.

Səh. 62.

Əl atıb fələyin doluna dərhal,

Ayın şüasıyla bu quyuya sal.

Fələyin dolu - XI bürc - Dolça (Dəlv) bürcünə işarədir.

Səh. 62.

Gahi "dal", "gah "əlif", gah da olsun "lam".

Xaqani namaz qılarkən alınan vəziyyəti hərflərin şəklilə müqayisə edir.

Səh. 63.

Açdı dodağından Rum kilidini.



Yəni: ərəbcə danışmağa başladı.

Səh. 64.

Mahmud öz qəmini dağıtsm deyə,

Fil ilə mat verdi o, Ünsüriyə.

Mahmud – məşhur Sultan Mahmud Qəznəvi, Ünsüri isə onun saray şairidir (X əsr).

Sonrakı beytdə Xaqani özünü də böyük şahmat ustadı hesab edir.



Səh. 65.

Xurma bağlarını əkmiş Cəbrail,




________________Milli Kitabxana________________

Suvarmış onları hər gün İsrafil.

Cəbrail və İsrafıl dini xurafata görə Allaha ən yaxın mələklərin adlarıdır.

Səh. 66.

Əlinə kim Gavə dirəfşi alsa.

O, iki ilandan xovf etməz əsla.

Gavə - qaniçən  Zöhhakı  taxtdan  salan  dəmirci  Gavə, dirəfş - onun  bayraq  kimi

qaldırdığı  döşlük, iki  ilan - Zöhhakın ciyinlərində bitən  və insan beyni  yedirilən  ilanlara

işarədir ("Şahnamə" surətləri).

Səh. 67.

Həyatım bir zaman divə tuş oldu,

İyirmi iki il ömrüm puç oldu.

Şair 22 il şahlara mədh yazdığına təəssüf edir.



Səh. 67.

Bir yer var, orada xətər mahaldır,

Süheylin yeridir o yer - şimaldır.

Süheyl - şimal qütbündə görünür və xoşbəxtlik ulduzu hesab edilir.



Səh. 69.

Simurğam mən dinin o Qaf dağında,



Simurğ - xilaskar əfsanəvi  quş. Qafdağı - Qafqaz  dağları silsiləsində bir  zirvə.

Əfsanəyə görə Simurğ  (yaxud  Ünqa)  bu  dağın  zirvələrində yaşamışdır.  Burada  Xaqani

özünü dinin Simurğu adlandırır.

Səh. 69.

Hüma quşu kimi sümük yedim mən.

Əfsanələrə görə hüma səadət  quşu  hesab  edilir  və guya  o  ancaq  sümük  yeməklə

dolanır.  Nağıllarda  hüma  quşu  kimin  başına  qonarsa,  (və ya  kölgə salarsa)  onu  padşah

edərlərmiş.

Səh. 71.

Mənhus adlansa da, adı Keyvanın,

Zöhrədən kəm deyil şəni, inanın.

Keyvan (Zühəl - Saturn) Günəş sistemində böyük səyyarədir ki, qədim astrologiyada

o, bədbəxtlik ulduzu hesab edilmişdir.



Zöhrə (Nahid - Venera)  isə məhəbbət  ilahəsi  və səadət  ulduzudur.  Xaqani  demək

istəyir ki, Keyvan öz böyüklüyü ilə üstündür.



Səh.72.

Tərk et bu iki mıx, yeddi pərdəni...



İki mıx - gecə və gündüz, yeddi pərdə - yeddi təbəqəli Yer. Xaqani demək istəyir ki,

bu dünyanı tərk et!



Səh. 73.

Şamın ayağını qoparıb haman,

Başına qoymuşdur Misr utanmadan.

Şamın ayağı  (son  hərfi)  "mim"  hərfidir  ki,  Misrin  başında  yazılır.  Beytin  mənası:

Şamın ayağı Misrin başı qədər şərafətlidir.

Səh. 73.

Misrə nöqtə qoysan, tez müzürr olar.

Ərəb əlifbasında  Misir  sözünün üzərinə nöqtə qoyduqda  o,  müzürr  oxunar.  Burada -

Xaqani Misirin öz zatında bir müzürrlük olduğuna işarə edir.




________________Milli Kitabxana________________

Qeyd: XII əsrdə İsmaililər  firqəsi  Misirdə bərkiyib,  İslam  dininin  bəzi  ehkamları

əleyhinə getdikləri  ücün  Xaqani  Misiri  pisləyirdi.  İraq  (Şam)  isə bu  zaman  İslamiyyəti

onlardan müdafiə edirdi.

Səh. 74.

Məsulun torpağı dördüncü səma,

Bu göydə mövcuddur Günəş və İsa.

Qədim astrologiyaya görə Günəş dördüncü göydə hərəkət edir və İsa da guya göyə -

Allahın yanına  gedərkən,  onun  yaxasında  anası  Məryəmin  iynəsi  sancılmış  olduğundan,

yer  maddəsinin  göyə ləyaqətli  olmadığı  səbəbinə,  o  da  dördüncü göydə ilişib  qalmışdır.

Buna görə də Günəş və İsa, guya, eyni göy halqasında yerləşmişlər.

Səh. 75.

Əli möcüzələr göstərən dəmdə,

Cam da heyran qalır bu sehrə, Cəm də.

Cəm - eramızdan əvvəl yaşamış mifik İran padşahlarından Cəmşidin ixtisarla deyilmiş

adıdır.


Cam - onun dünyanı əks edən sehrli camı.

Səh. 75.

Cam özü bəladır xalqa, xilqətə,

Onunçün düşmüşdür özü illətə.

Burada illət sözü  cam  kəlməsində olan əlifə işarədir. Ərəb  dilində üç  hərf  illətli

(xəstə) hesab olunur: "əlif", "vav", "yay".

Xaqani demək istəyir ki, "cam" sözündə xəstə hərf olduğu üçün o, insanlara zərər və

xəstəlik gətirir.

Səh. 76.

Ona Nizamülmülk ad qoydu zaman,

Sonra dediyindən oldu peşiman.

Nizamülmülk - məşhur  "Siyasəmamə" əsərinin  müəllifi  və Məlik  şah  Səlcuqinin

vəziridir.  O,  dövlət  quruluşunda  böyük  islahatlar  yaratması  ilə məşhurdur.  Xəyyamla

müasirdir.

Burada  Xaqani  Cəmaləddini  Nizamülmülklə müqayisə edərək,  onu  bir  az  da  yüksək

qiymətləndirir.

Səh. 76.

Bununçün dünyanı düzəldənlər, bil,

Ona ad verdilər ikinci Xəlil.

Xəlil - İbrahim  Xəlilullaha  işarədir.  O,  Kəbədə bütləri  sındırıb,  bütpərəstliyə son

qoyduğu üçün şöhrət qazanmışdır.



Səh. 76.

Mədəsi İsatək, vücudu - Yəhya.



İsa, Yəhya - peyğəmbər adlarıdır.

Səh. 77.

Sənin gövhərini bu cərxi-fələk

Dörd gövhər başına tac qoydu, bişekk.

Dörd gövhər - dörd ünsür (su, od, torpaq və hava).

Səh. 77.

Tutub Abbasilər sayəndə qərar.




Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə