Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə116/148
tarix24.12.2017
ölçüsü3,27 Mb.
#17899
növüYazı
1   ...   112   113   114   115   116   117   118   119   ...   148

________________Milli Kitabxana________________

76.

Ey Dimnə, düzümü yaman əyirsən,

Əhməd Nəsr aslandır, Şətrəbə də mən*.

Quyudan qəsr üstə salIrsan kölgə,

Quyuya salırsan nuru qəsrdən.

77.

Daşlara çarparaq axdıq su kimi,

Döşə tikan yükü taxdıq su kimi.

AxIr vətəndə də dincəlmədik biz,

Getdik, daim önəbaxdıq su kimi.

78.

Aləmi məhv etdi eşqin, a canan,

Hər görən zülfünə bənd oldu, inan.

Xumar gözlərini görəntək, çıxdı

Bayəzid Bəstami ibadətgahdan*.

79.

Ayla Gün üzünə olmuşlar nökər,

Zülfunü etmisən üzünə süpər.

Ürəklər ovlayar pərişan saçın,

Deyəsən, şikara çıxıbdı leşkər.

80.

Bu quru canıma əziz mehmansan,

Canım səninkidir, mənə canansan.

Hər səni ki,örəndə ölüb dirilləm,

Sən mənə həm dərdsən, həm də dərmansan.

81.

Məktubun gələndə gecəydi, ey yar,

Onu oxuyuram hər gecə təkrar.

Onun mənasının nurilə sanki,

Gecə Günəş doğur evimə aşkar.



________________Milli Kitabxana________________

82.

Günahım olmadan üzr istədim mən,

Yüz dəfə əfvimi dilədim səndən.

Yerinə yetirdim mən öz borcumu,

İstər qəbul elə, istər etmə sən.

83.

Bir pislik etmədim mən o dilbərə,

Günaha batmadım mən bircə kərə.

Günahım yox idi, yüz tövbə etdim,

Baxmadı, son qoydum bu tövbələrə.

84.

Qarşımda həmişə bir Bu - Ləhəb var,

Hər müsbət işə bir mənfi tələb var.

Ağ gündüz önünlə var qara gecə,

Hər qədəm başında bir biədəb var.

85.

Sən haman daşqəlbli gözəlsən, canan!

Əzəlkindən artiq şirinzəbansan.

Min dəfə mən artıq aşiqəm indi,

Sən isə min dəfə çox can alansan.

86.

Hey tənə vurursan mənə, a dilbər,

Canıma əqrəbtək sancırsan nəştər.

Qəmindən ürəyim parça-parçadır,

Od üstən od vurur belə tənələr.

87.

Canıma yeni dərd verir o canan,

Hicr ilə eyləyir qəlbimi şan-şan.

Onda var dünyanı yandıran qəmzə,

Məndəsə fələyi titrədin fəğan.



________________Milli Kitabxana________________

88.

Xaqani, nəfsdə təmizsən əgər,

İnanma boynuna bir sillə dəyər.

Xəncərlə kəsilsə boynun, yaxşıdır,

Sillə vurmaqdansa sənə bir nəfər.

89.

Aşiqin siması saralmalıdır,

Arabir üzünü tər almalıdır.

Qoynuna ay üzlü nigar alanın,

Cibində bir qucaq zər olmalıdır.

90.

Sənin məclisindən qalmışam kənar,

Mey kimi qanıma qərq olmuşam, yar!

Sən mey məclisində şənsən, bilirəm,

Mənsə qan içində, işim ahüzar.

91.

Düşürsən cürbəcür xəyalə hər gün,

Cırırsan get-gedə səbir örtüyün.

Bildim ki,zərrəcə gəlməzsən rəhmə,

Onunçün mən səni atdım büsbütün.

92.

Xəyanət də oddur, diqqətlə baxsan,

Xainlər qurtarmaz canını oddan.

Bircə qırılcımdan alışar xırman,

Bircə xəyanətlə od tutar cahan.

93.

Zülm etdin sən mənə bu qədər, bəsdir*

Bəsdir elədiyin sitəmlər, bəsdir.

Zülmündən halıma daşlar ağladı,

Ey daşqəlbli qatil, di yetər, bəsdir!



________________Milli Kitabxana________________

94.

Qulağım səsdəydi, xəbərsiz qaldı,

Vəslin gözlərimi nəzərdən saldı.

Könlüm xislətini düşmədi başa,

Yorulub, min cürə xəyala daldı.

95.

O pəriüzlüyə olub vəfadar,

Başqa gözəllərdən qaçmışam kənar.

Sərçətək dən tələb etmərəm, çünki,

Hüma adı qoymuş mənə o dildar.

96.

Bir an əl çəkmirsən yenə zülmündən,

Səndən heç mərhəmət gözləmirəm mən.

Mən necə bir öpüş tələb edim ki,

Bilirəm, üzrlə rədd edəcəksən.

97.

Bizə gözmü dəydi yoxsa, a dilbər,

Yenə də üz verdi ayrılıq, kədər.

Dilimiz bağlandı, nitqimiz susdu,

Dərddən lalə kimi dağlandı cigər.

98.

Xaqani əl çəkdi sevimli yardan,

Özütək işi də olmuş pərişan.

Pərvanə Günəşə can atır, lakin,

Özünü çırağa vurur hər zaman.

99.

Dad çəkdim hicrindən, xasiyyətindən,

Sənin əllərində aciz oldum mən.

Nə əlin mey verdi, nə gözün güldü,

Ancaq əzab verdin ömür boyu sən.



________________Milli Kitabxana________________

100.

Ey könül, o şuxdan olmaz sənə yar,

Onun sevgisinə yoxdur etibar.

Dilinə gətirmə heç yar sözünü,

Onu at, bəladan canını qurtar!

101.

Ləbindən öpməyə məndə yox həvəs,

Öpmüşdür onları axı başqa kəs.

Dodağın dirilik suyu olsa da,

Xızr ona dəymişdir, karıma gəlməz.

102.

İşi kələk olan bir para adam,

Şəriət qanunun dəyişər tamam.

Lakin, heç dəyişməz qəzanın işi,

Onlar çalışsa da hər səhər-axşam.

103.

Ürəklər saçının əsiri olar,

Cadugər gözlərin canları alar.

Uzun gecələrdə mənim ürəyim,

Zülfünün ucunda hey təbil çalar.

104.

Nurlandı qızılgül şamlarıyla bağ,

Lalə məşəlilə qızardı çöl, dağ.

Bir odlu yanağın şəfəqləriylə,

Gözümün çırağı işıqlandı, bax.

105.

Şam ürək oduyla alışan zaman.

Başı bədənini əritdi haman.

Pərvanə odlanan görəndə şamı,

Yandınb özünü elədi qurban.



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə