Xarici siyasət fəaliyyəti 10
sursat, silah istehsal edirik. Biz hər şeyi birlikdə müasirləşdirməyin yollarını nəzərdən keçirməyə və özümüzü
təmin etmək üçün dünya ilə ayaqlaşmağa hazırıq. Çünki bu çətin dövrdə gördük ki, böyük ölkələr qısa zamanda
necə bu qədər güc itirə bilərlər, sanksiyaların təsiri, məhvedici təsiri ola bilər. Biz çox da dinc olmayacaq
gələcəkdə ölkələrimizi qorumağa və təhlükəsizliyini təmin etməyə hazır olmalıyıq.
Prezident Əliyev, mən Sizə dostluğa, Serbiyaya səmimi münasibətinizə görə olduqca minnətdaram. Arzu
edirəm və ümidvaram ki, Siz tezliklə yenidən Serbiya Respublikasına səfər edəcəksiniz və hər hansı Avropa
ölkəsinə səfəriniz zamanı daim Serbiyada dayanacaqsınız və o, Sizin həmişə məmnunluqla baş çəkəcəyiniz ikinci
eviniz olacaq. Mən həmişə Bakıya gələndə həqiqətən də çox xoşbəxt oluram. Ümidvaram ki, Sizin baxışınız,
bizim və xalqınızın səyləri sayəsində əməkdaşlığımız üçün yeni pəncərə açacağıq.
Mən bu səfərdən həqiqətən də çox məmnunam. Bu görüşdən gözləntilərim çoxdur. Həqiqətən də çox
xoşbəxtəm ki, Prezident Əliyevdən bu qədər şey öyrənə bilmişəm. Bildiyiniz kimi, mən nə yerli, nə də beynəlxalq
ictimaiyyət qarşısında bu cür sözləri deməkdən çəkinmirəm. Dünyada bir çoxları bilir ki, mən kimisə həddindən
artıq tərifləməyi xoşlayan biri deyiləm. Mən bizim ikimizdən daha böyük və güclü olduğunu düşünənləri belə
tərifləmirəm.
Prezident Əliyev, müstəsna qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Mən Serbiya Respublikasına
münasibətdə dostluğa görə Azərbaycan xalqına minnətdarlığımı bildirmək istəyirəm. Biz gələcəkdə güclü
əlaqələrimizi və güclü dostluğumuzu necə quracağımızı bilirik. Mən inanıram ki, biz bunu ən yaxşı şəkildə
xalqlarımızın maraqları naminə edəcəyik. Bir daha təşəkkür edirəm, Prezident Əliyev.
AZƏRTAC 2022, 21 dekabr
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
P R E Z İ D E N T K İ T A B X A N A S I