Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə99/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   92   93   94   95   96   97   98   99   100

 
339 
XXX Fəsil 
YER QABIĞININ DƏRİN QATLARININ ÖYRƏNİLMƏSİ VƏ 
REGİONAL TEKTONİK RAYONLAŞMA ZAMANI  
GEOFİZİKİ DƏLİLLƏRİN ARAŞDIRILMASI 
 
Çökmə qatın metamorfik və maqmatik komplekslərdə birinci 5 
km hüdudunda quruluşunu planda, eləcə də kəsilişdə bilavasitə geoloji 
və  (o  cümlədən,  quyu  qazma  ilə)  kompleks  geofiziki  üsullarla 
öyrənirlər. 
Bir neçə on kilometr dərinlikdə fiziki proseslərin və maddənin 
halı, tərkibi, quruluşu haqda həqiqi məlumatlar geofiziki 
dəlillərdən, təhlilin dən irəli gəlir. Bundan başqa ksenolitləri 
bilavasitə öyrəndikdə maddənin tərkibi, vəziyyəti haqda alınan 
məlumatlar geofiziki dəlilləri nəzərə çarpacaq dərəcədə 
tamamlayır. Ksenolit maqmatik süxurların daxilində başqa tərkibə 
malik olan qırıntılara deyilir. Yer qabığında və üst mantiyada 
gedən prosesləri və fiziki şəraiti düzgün dərk etmək üçün 
eklogitlərin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Ehtimal ki, 
eklogitlər metamorfik süxurlara aiddir, bunlar böyük təzyiq və 
temperaturlarda əmələ gəlirlər. Bundan başqa,  mülahizələr də 
mövcuddur, hansı ki, eklogitlərin maqmatik süxurlara aid 
olmasını, yəni qabbronun abissal forması kimi baxılır. Yer 


 
340 
qabığının öyrənilməsi üçün qarşıya qoyulan geoloji məsələ və 
problemlərin öyrənilməsi nəzərə çarpacaq dərəcədə geofiziki 
materiallara əsaslanır və ondan çıxır. 
Elmi-texniki inqilabın müvəffəqiyyətləri geofiziki üsulların 
texniki və nəzəri mükəmməlləşdirilməsinə gətirib çıxarır, xüsusi 
ilə böyük dərinliklərin öyrənilməsində alınan nəticələrdə özünü 
göstərir. Cihazların həssaslığının artması yeni araşdırma 
üsullarının yaranması və EHM-dən geniş istifadə olunması Yer 
qabığının bir neçə on kilometrə qədər dəqiq öyrənilməsinin 
əlverişli olduğunu göstərdi. Yer qabığı haqda ilkin məlumatlar 
seysmologiyanın dəlillərindən alındı. Hal-hazırda Yer qabığının 
və üst mantiyanın quruluşu haqda dəlilləri, düzgün məlumatları 
partlayış seysmologiya üsulu ilə alırlar. Təbii elektromaqnit 
sahənin qeydi və hesablanması imkanları maqnitotellurik 
zondlama üsulunun əsaslarının üzərinə düşür, bu da süxurların 
elektrik keçiriciliyini 100-200 km dərinlikdə öyrənməyə imkan 
verir. 


 
341 
Anomal maqnit sahənin nəticələrinin təhlili maqnitə həssas süxur-
ların paylanmasını qiymətləndirməyə imkan verir, anomal 
potensial sahənin materiallarının təhlili partlayış 
seysmologiyasının dəlilləri ilə kompleksdə dərin parçalanma 
zonalarını ayırmağa imkan verir. Termometriyanın nəticələrinin 
təhlili maqnit kəşfiyyatının dəlilləri ilə birlikdə Yer qabığının 
maddələrinin vəziyyətinin qiymətləndirilməsində və Kürü 
nöqtəsinə uyğun səthlərin paylanmasının öyrənilməsində böyük 
əhəmiyyət kəsb edir. 
Yer qabığının və üst mantiyanın quruluşu və orada gedən 
proseslər Yer qabığının üst hissəsinin quruluşuna müəyyən təsir 
edir, burada faydalı qazıntıların əsas hissəsi cəmlənir. 
Tədqiqatçılar geofiziki dəlilləri ümumiləşdirib təhlil edərək Yer 
qabığında və üst mantiyada bir neçə on kilometr hüdudunda 
cəmlənmiş maddələrin quruluşu, tərkibi və vəziyyəti haqda 
geoloji-geofiziki təsəvvür əldə edirlər. 


 
342 
Axır vaxtlar maqmatik süxurların tərkibi və filiz qurşağında Yer 
qabığının qalınlığı arasında sıx əlaqə olduğunu qeyd etmişlər. 
Bunların yerləşməsi dərin regional parçalanmalarla müşayiət 
olunur və geofizikanın dəlillərinə əsasən bir neçə on kilometr 
dərinliyə qədər uzanmışdır. 
Axır bir neçə on illikdə Yer qabığının və üst mantiyanın 
öyrənilməsi prosesində əməli və nəzəri tədqiqatların nəticələri 
geofizikaya sərbəst elm kimi baxmağa imkan verir. 
 
§123.Yer qabığının və üst mantiyanın geofiziki üsulla 
öyrənilməsi.  
Yer qabığının öyrənilməsi iki böyük seysmik üsulla aparılır. 
1)Nəzarət olunan, düz, əks olunan, refraksiya, sınan, uzununa və 
eninə dalğalara əsaslanan üsullardan istifadə olunur. 
2)Zəlzələlər zamanı yaranan səthi dalğalara əsaslanaraq istifadə 
olunan üsullar. Səthi dalğalar Yer qabığının böyük hissəsində az 
təfsilatlı parametrlərin qiyməti ilə təyin olunur. Böyük, güclü 


 
343 
partlayış, süni dalğalardan fərqli olaraq səthi dalğalar Yer 
qabığının böyük hissələrində parametrlərin orta qiymətini az 
təfsilatla təyin etməyə imkan verir, həqiqətdə isə səthi dalğaların 
araşdırılması Yer qabığının quruluşu haqda sərbəst faktiki 
məlumatlar verir. 
Hər bir seysmik üsul özünəməxsus dalğaya əsaslanır, əks olunan, 
sınan dalğalar öyrənilən mühitin qeyri bircinsliyi hesabına əmələ 
gəlir. Əks olunan dalğalar üsulunda (ƏDÜ) kritik mühitə qədər və 
kritik mühitdən sonrakı əks olunmanı qeyd edirlər, sınan dalğalar 
üsulunda isə baş dalğaları qəbul edirlər. Mübadilə dalğa üsulunda  
ya təkcə əks olunan dalğa, ya da təkcə keçən dalğa öyrənilir. 
yüksək (5-100 hers) və alçaq (5-50 hers) tezlikli dalğaları 
fərqlənirlər. 
Seysmologiyada və partlayış seysmologiyasında zəlzələlərin 
yaratdığı elastiki dalğalara baxılmaqla bərabər heç bir təhrif 
olunmadan uzununa və eninə dalğaları, müxtəlif növ mübadilə, 
keçən səthi dalğalarını qeyd edirlər. 


 
344 
 
§124.Yer qabığının öyrənilməsində seysmologiyanın 
dəlillərindən istifadə olunması. İlk dəfə olaraq seysmologiya 
Yer qabığının okeanın və kontinentin altında müxtəlif quruluşa 
malik olması haqda məlumatı, Yer qabığının qalınlığı və Yer 
qabığında yerləşən maddələrin fiziki parametrlərini 
qiymətləndirməyə imkan verdi. Stasionar seysmik stansiyalarda 
zəlzələləri sutkalıq müşahidə edirlər. Seysmoloji stansiyaların 
şəbəkəsi bütün Yer kürəsini əhatə edir. 
Zəlzələ mərkəzindən Yerin səthi boyunca həm uzununa, həm də 
eninə dalğalar yayılaraq səthi dalğalar Reley (L
R
 yaxud Q) və 
Lyava (L
O
) seysmik stansiyalarında seysmoqraflar qoyulur və bu                
torpağın şaquli və horizontal yerdəyişmələrini qeyd edir. Zəlzələ 
mərkəzində yaranan uzununa sferik dalğa Yerin səthindən keçərək 
aşağı dərin qatlara keçdikcə səthlərdən əks olunmağa başlayır. 
Eyni bir sürətlə sərhəd boyu hərəkət edən uzununa və eninə 
dalğalar toplanaraq dalğalar yaradır, buna Reley dalğaları deyilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə