Qrip infeksiyası
Diaqnoz
Xəstəlik hadisəsi tarixçəsi
Xəstəlik hadisəsi tarixçəsi #1
Yanvar ayının 2-sində 30 yaşlı qadın anamnezdə hərarət, öskürək, başağrı və generalizə olunmuş zəiik
əlamətləri ilə müraciət edir. Əlamətlər qəl başlanmışdır və o zamanadək xəstə özünü sağlam hiss
etmişdir. Bu qış bir neçə dəfə virus xəstəliyinə yoluxmuşdur, lakin onların ağırlıq dərəcəsi indiki kimi
olmamışdır. Xəstə işdə xəstə şəxslərin olduğunu və bu mövsümdə qripə qarşı peyvənd olunmadığını
bildirir.
Xəstəlik hadisəsi tarixçəsi #2
Qış ayında pediatra anamnezdə 2 gündür davam edən 38.9°C (102°F) hərarət, taxipnoe, konyunktivanın
eriteması, burun tıxanması və burundan şəaf ifrazat axması əlamətləri ilə 12 aylıq körpə gətirilir.
Xəstədə iştahasızlıq və bir dəfə qusma müşahidə edilmişdir. Xəstənin yaşadığı ərazidə son vaxtlarda
qrip infeksiyasının olduğu haqqda məlumat vardır. Valideynlər anamnezində yumurtaya qarşı məlum
allergiya olduğuna görə uşağın peyvənd edilməməsindən narahatdırlar.
Digər təzahürlər
Mövsümi qrip nadir hallarda yuxarı tərəüs yollarının adi soyuqdəyməyə daha çox bənzəyən afebril
xəstəliyi kimi, yaxud da respirator simptomların azlığı ilə səciyyələnən və əsasən hərarət və mialgiya ilə
müşayiət olunan formada təzahür edə bilər.
[2]
Yüksək risk qrupuna aid (məs., xroniki ürək və ağciyər
patologiyaları, şəkərli diabet, böyrək pozğunluğu, hemoqlobinopatiya, immunosuppressiya, xroniki
baxım mərkəzlərində yaşama, yaşın 50-dən artıq olması və ya hamiləliyin üçüncü trimestri) xəstələrdə
birincili viral və ya ikincili bakterial pnevmoniya təzahür edə bilər.
[3]
Birincili viral pnevmoniyanın
səciyyəvi əlamətlərinə hərarətin davamlı olması və ya getdikcə proqressivləşməsi, təngnəfəsliklə və ya
digər respirator distress vəziyyətilə müşayiət olunması aiddir.
[4]
Əgər simptomlarda ilkin yaxşılaşma
müşahidə olunarsa, lakin daha sonra hərarətin qayıtması, produktiv öskürək və təngnəfəslik rast gələrsə,
ikincili bakterial pnevmoniyaya şübhə yaranmalıdır. Döş qəfəsinin rentgen müayinəsində ağciyər
inltratları təsdiq olunur.
[5]
[6]
Mərhələli diaqnostik yanaşma
Qrip alovlanmaları şimal yarımkürəsində əsasən dekabr-mart, cənub yarımkürəsində isə may-sentyabr
aylarında baş verir. Xəstədə qrip ehtimalını qiymətləndirərkən yerli şəraitdə xəstəliyin fəallığı haqqda
məlumatlılıq əhəmiyyət kəsb edir. ABŞ-da XNM qrip hadisələrinə dair həftəlik hesabat dərc edir.
[CDC:
FluView: weekly inuenza surveillance report]
Həmçinin, ÜST qrip üzrə insidentlik göstəricilərini izləyir və
hesabat verir.
Diaqnoz adətən, icmada alovlanma olduqda klinika əsasında qoyulur. Xroniki ağciyər, ürək və ya
böyrək xəstəliklərindən əziyyət çəkənlər, körpə və azyaşlı uşaqlar və ahıl yaşlı şəxslər də daxil olmaqla,
ağırlaşmaların inkişaf etmə riski yüksək olan xəstələrə xüsusi diqqət tələb olunur.
[15]
Qripin laborator
müayinəsi antiviral terapiyaya başlanması, əlavə diaqnostik müayinələrin aparılması, infeksiyaya nəzarət
DİAQNOZ
BMJ Qabaqcıl Praktika mövzusunun bu PDF sənədi ən son olaraq yenilənmiş internet variantına əsaslanır: Nov 30, 2017.
BMJ Qabaqcıl Praktika mövzuları müntəzəm olaraq yenilənir və mövzuların ən son variantı
buradan əldə edilə bilər bestpractice.bmj.com .Bu məzmunun istifadəsi bizim qaydalara
müvaqdir İmtina. © © BMJ Publishing Group Ltd 2018. Bütün hüquqlar qorunur.
9
Qrip infeksiyası
Diaqnoz
DİAQNOZ
tədbirlərinin icrası və ya icmada qripin sirkulyasiyasının müşahidəsinə dair qərarlara təsir edəcəyi təqdirdə
aparılmalıdır.
[61]
Anamnez və müayinə
Qrip ən çox qış mövsümündə kəskin respirator xəstəlik şəklində təzahür edir. Təxminən 2 gün sürən
inkubasiya dövründən sonra qəl başlanan yüksək hərarət, üşütmə, başağrısı və əzələ ağrıları müşahidə
edilir. Qeyd edilən sistemli əlamətlər yuxarı və aşağı tənəüs traktının öskürək və boğazağrı kimi
soyuqdəymə əlamətləri ilə də əlaqəli ola bilər.
[62]
Qrip zamanı virusun ətrafa yayılması xəstəliyin ilk
48 saatı ərzində pik həddə çatır və fəsadlaşmasız keçən əksər hallarda 1 həftə ərzində sağalma müşahidə
edilir.
[63]
Pediatrik xəstələr istisna olmaqla, adətən, qrip ürəkbulanma və qusma kimi birincili mədə-
bağırsaq əlamətlərilə müşayiət olunmur. Qrip zamanı ishal nadir rast gəlir və çox vaxt mədə qripi
adlandırılan viral qastroenteritin göstəricisi olur.
Məlum qrip alovlanması zamanı kəskin hərarət və respirator əlamətləri olan istənilən şəxs qripə şübhəli
hesab edilməlidir və çox vaxt diaqnoz klinika əsasında daha əminliklə qoyula bilir. Bununla belə, əgər
şəxs qripə yoluxmuşdursa və ya qripin daha sürətlə yayılması təhlükəsi varsa (məsələn, beynəlxalq səfər
zamanı və ya kruiz gəmilərində) ilin istənilən vaxtı qrip diaqnozu nəzərdə saxlanılmalıdır.
Qripin heç bir aydın pataqnomonik əlaməti olmasa da, o, sistem əlamətlərlə birlikdə yuxarı və aşağı
tənəüs yollarını zədələyir. Boğaz ağrısı kimi yuxarı tənəüs yolları və öskürək kimi aşağı tənəüs
yolları simptomlarını tez-tez hərarət, başağrı, əzələ ağrısı və yorğunluq kimi əlamətlər müşayiət edir.
[64]
Bu əlamətlər qrip xəstələrinin hamısında olmaya bilər və əksinə, bu əlamətlərinin olduğu xəstələrin
hamısında qrip olmaya bilər.
Ümumilikdə, qrip xəstələrinin 85%-ə qədərində qripin kliniki əlamətləri
müşahidə edilir. Qrip infeksiyasının manifestasiyaları həm də xəstənin yaşı və immun statusundan
asılıdır.
3[B]Evidence
4[B]Evidence
Sporadik qrip hallarında qripi digər respirator viruslar tərəndən törədilən infeksiyalardan fərqləndirmək
çətin ola bilər. Bu ssenaridə qrip virusu infeksiyası belə xəstəlik hadisələrinin yalnız kiçik bir faizini
təşkil edə bilir. 1992-1994-cü illərdə müəyyən ərazidə yaşayan 497 ahıl yaşlı xəstədə yuxarı tənəüs
yollarının infeksiyası hallarının nəzərdən keçirilməsi zamanı bunların cəmi 43%-də patogenin
identikasiya olunduğu müəyyən edilmişdir. Ən çox rast gələn törədicilərə rinoviruslar (52%) və
koronaviruslar (26%) aid olmuş, A və B qrip virusları isə cəmi 10% təşkil etmişlər.
[65]
Kliniki məlumatlar əhəmiyyətli olsa da, qrip diaqnozunu təsdiqləmə və ya inkar etməyə imkan
vermir.
[62]
Müayinə zamanı qeyri-spesik göstəricilər aşkar oluna bilər, belə ki, qrip zamanı ziki
əlamətlər, adətən, çox olmur. Xəstədə istilik və hiperemiya, ağız-udlaq nahiyəsində qızartı və boğazda
güclü ağrı şikayəti ola bilər. Yüngül dərəcəli boyun limfadenopatiyası rast gələ bilər və bu hal nisbətən
cavan xəstələrdə daha çox təsadüf edir.
Laborator müayinə
Laborator müayinələrin məqsədi səmərəsiz olaraq antibiotik istifadəsinin azaldılması və antiviral
terapiya seçiminin təklif edilməsidir. Diaqnostik müayinə müşahidə tədbirləri ilə birlikdə qrip
törədicisinin sirkulyasiya edən əsas tip, subtip və ştammlarını da müəyyən etməyə imkan verir.
[61]
• Qripin ağırlaşmalarının inkişaf etmə riski yüksək olan şəxslərdə və kəskin febril xəstəlik (5
günədək) müşahidə olunanlarda ambulator şəraitdə laborator müayinə nəzərdə saxlanılmalıdır.
10
BMJ Qabaqcıl Praktika mövzusunun bu PDF sənədi ən son olaraq yenilənmiş internet variantına əsaslanır: Nov 30, 2017.
BMJ Qabaqcıl Praktika mövzuları müntəzəm olaraq yenilənir və mövzuların ən son variantı
buradan əldə edilə bilər bestpractice.bmj.com .Bu məzmunun istifadəsi bizim qaydalara
müvaqdir İmtina. © © BMJ Publishing Group Ltd 2018. Bütün hüquqlar qorunur.