Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə41/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   ...   37   38   39   40   41   42   43   44   ...   49


Ölkədə mövcud olan problemləri (təbii resurslar və insan resursları, sosial-iqtisadi, siyasi
və ekoloji) təhlil edirsə; mövcud olan problemlərin müvəffəqiyyətli həlli barədə ehtimal
yürüdə bilirsə;

Mətni informasiyanı və müxtəlif tip coğrafi vasitələri təhlil edir və seçilmiş ölkənin
dünya fonunda rolunun necə dəyişdiyini müəyyənləşdirə bilirsə; ölkənin gələcək
perspektivləri barədə ehtimal bildirirsə (sosial-iqtisadi və hərbi-siyasi potensial).
İstiqamət: ətraf mühit və sosial sistemlər
Coğ.X.5.  Şagird əhalinin məskunlaşmasının xüsusiyyətlərini tədqiq edə və
demoqrafik şəraiti təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Dünya əhalisinin irqi və etnik strukturunun coğrafi özünəməxsusluqları əsasında müvafiq
xəritə yaradırsa;

Statistik informasiya əsasında əsas dinləri yaranma vaxtlarına, eyni dinə mənsub
ölkələrin sayına və əhalinin sayına (xalqın rəngarəngliyi) əsasən qruplaşdırırsa; nəticələri
arzuolunan formada əks etdirirsə (cədvəl, xəritə və s.);

Statistik informasiyanın təhlili əsasında ölkələri müxtəlif sosial-demoqrafik
kateqoriyalarına (həyatın uzunömürlülüyü, doğum, səhiyyə və təhsilin səviyyəsi) əsasən
qruplaşdırırsa; nəticələri onun üçün arzuedilən formada əks etdirirsə;

Statistik informasiyanın və müvafiq demoqrafik göstəricilərin təhlili əsasında demoqrafik
keçid fazalarını müqayisə edirsə; müxtəlif fazalarda olan ölkələri cədvəldə qruplaşdırırsa;

Demoqrafik siyasətin əhəmiyyəti barədə mülahizə yürüdürsə, qrup halında iş zamanı
demoqrafik siyasətin qiymətləndirilməsi kriterilərini işləyib-hazırlayırsa, müqayisə edir
və müxtəlif ölkələrdə həyata keçirilmiş demoqrafik siyasətin nəticələrini (müvəffəqiyyətli
və ya müvəffəqiyyətsiz) təhlil edirsə;

Dünya əhalisinin artım proqnozlarını təhlil edirsə və onun regional özünəməxsusluğu
barədə fikir yürüdə bilirsə; dünya əhalisinin gələcək ssenarilərini müqayisə edirsə və
nəticələri onun üçün arzuedilən formada əks etdirə bilirsə;
Coğ.X.6.  Şagird ərazi və geosiyasi amillərin cəmiyyətin inkişafına təsirini
təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:



Coğrafi yerləşmənin səviyyələrini (regional, qitə, dəniz sahili, zonal, qonşuluq və inkişaf
etmiş və inkişaf etməkdə olan ölkələrlə münasibətlər) xarakterizə edirsə; qeyd edilən
göstəricilərə əsasən müxtəlif ölkələri cədvəldə qruplaşdırırsa;

Misallar gətirir və müxtəlif ölkələri idarəçilik formalarına və ərazi quruluşuna əsasən
müqayisə edə bilirsə;

Dünyanın regional diferensiyası barədə mülahizə yürüdür və regionları tarixi-coğrafi və
ekoloji əlamətlərinə görə müqayisə edirsə;

Qrup halında iş zamanı geo-siyasətin tərkib hissəsi olan əhəmiyyətli komponentləri
(iqtisadi, demoqrafik, sosial və hərbi siyasət) qruplaşdırırsa və qeyd edilən meyarlara
əsasən ölkələri geosiyasi xəttə əsasən qruplaşdırırsa;

Əhəmiyyətli beynəlxalq hərbi-siyasi, maliyyə və iqtisadi təşkilatların  onlara üzv olmuş
ölkələrin inkişafı üçün rolunu təhlil edirsə. Ölkələri əsas təşkilatlara aid edə bilirsə;
onların genişləndirilməsi perspektivləri barədə mülahizə yürüdür və müvafiq xəritələr
yarada bilirsə.
Proqramın məzmunu
X sinif üçün məcburi məzmun məsələlərinin siyahısı
(Aşağıda sadalanan məsələlər bu sinif üçün ayrılmış bütün məzmunun 60%-ni təşkil edir).
Dünyanın siyasi xəritəsi. Siyasi xəritənin formalaşdırılması mərhələləri:²¹
1. 1-ci mərhələ - qədim dövr
2. 2-ci mərhələ - orta əsrlər dövrü
3. 3-cü mərhələ - yeni dövr
4. 4-cü mərhələ - ən yeni dövr
5. 5-ci mərhələ - müasir dövr
Ölkələrin tipologiyası:
6. Ölkələr, ərazilərinin böyüklüyünə əsasən
7. Ölkələr, əhalisinin sayına əsasən
8. Ölkələr, coğrafi yerləşmələrinə əsasən
9. Ölkələr, təbii resurslarına əsasən


Dünyanın  demoqrafik vəziyyəti:
10. İrqlər, etnik və dini struktur
11. Demoqrafik keçid nəzəriyyəsi
12. Demoqrafiya siyasəti
Siyasi coğrafiya və geosiyasət:
13. Ölkələr, ərazi-inzibati quruluşa əsasən
14. Ölkələr, idarəçilik formasına əsasən
15. Ölkələr, xarici-siyasi xəttə əsasən (hərbi birləşmələr və bitərəf ölkələr)
16. Əhəmiyyətli beynəlxalqa hərbi-siyasi, iqtisadi, maliyyə, humanitar və idman təşkilatları
_______________
²¹
Kursivlə verilmiş məzmun məcburi deyildir
17. BMT (UNİCEF, UNESCO)
18. NATO
19. Avropa İttifaqı, Avropa Şurası
20. MDB
21. Dünya Ticarət Təşkilatı
22. OPEK
23. Qırmızı xaç cəmiyyəti
24. Olimpiya komitəsi
25. Ölkələr sosial-iqtisadi inkişaf səviyyəsinə əsasən (Humanitar inkişaf indeksi)
26. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr ( Şimala və Cənuba bölünmə)
Ölkələrin regional bölünməyə əsasən tipologiyası:²²
27. Şimali Amerika (ABŞ);
28. Cənubi Amerika (Braziliya, Çili)
29. Avropa (Almaniya, Birləşmiş Krallıq)
30. Asiya (Çin, Hindistan)
31. Avstraliya və Okeaniya (Avstraliya)
32. Afrika (Cənubi Afrika Respublikası)


_________________________
²²
Hər bir qrupun ümumi xarakteristikası/ümumi şərhi və hər bir  kateqoriyaya əsasən ən azı iki ölkəsinin
xarakteristikası
X Sinif
Mülki təhsil
Standart
İstiqamətlərə əsasən ilin sonunda nail olunası nəticələr:
Şəxsi inkişaf
Sabit inkişaf
Özünüidarəetmə və
idarətmə
Mül.X.1.
Şagird
cəmiyyətdə öz yerini
müəyyənləşdirə bilər.
Mül.X.2.
Şagird insan
ləyaqətlərinin məğzini təhlil
edə bilər
Mül.X.3.
Şagird azad
şəxsiyyət ilə fəal vətəndaşın
xüsusiyyətlərini əlaqələndirə
bilər.
Mül.X.5.
Şagird sosial
problemlərin həllində
düşünülmüş iştirak və
əməkdaşlıq edə bilər.
Mül.X.6.
Şagird  rəngarəng
cəmiyyətdə ədalətli
münasibətlərin təmin edilməsi
imkanlarını təhlil edə bilər.
Mül.X.7.
Şagird vətəndaş
cəmiyyətinin  mühüm
əsaslarını tədqiq edə bilər.
Mül.X.9.
Şagird
Gürcüstanda
özünüidarəetmənin və dövlət
idarəçiliyi sisteminin inkişaf
prosesini təhlil edə bilər.
Mül.X.10.
Şagird
Gürcüstan vətəndaşının
ictimai-siyasi həyatda fəal
iştirak etmək imkanlarını
tədqiq edə və bunlardan
istifadə edə bilər.
Mül.X.11.
Şagird ölkənin
demokratikləşdirilməsində


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə