Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə2/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   2   3   4   5   6   7   8   9   ...   49

Məktəbin ibtidai pilləsində elmlərin müstəqil tədrisi V sinifdən başlanır. Şagirdlər 2 il ərzində”
Bizim Gürcüstan “kursunu öyrənəcəklər. Bu fənn üçün tövsiyə olunmuş tədris yükü hər il 3
həftəlik saatla müəyyənləşdirilib.
“Bizim Gürcüstan” 2 illik tədris kursu şagirdə öz ölkəsini hər tərəfli görməsinə, ona qarşı
məhəbbətin dərinləşməsinə yardım edir.
Bu yaşda şagirdlər dərk etməlidirlər ki, onlar cəmiyyətin başqa üzvləri kimi bu cəmiyyətin
vətəndaşlarıdırlar. Onlar anlamalıdırlar ki ,Gürcüstan vətəndaşlarını ümumi mühit, keçmiş ,indiki
zaman və gələcək birləşdirilir və bugünkü Gürcüstan bir dövlət kimi onların birliyinə əsaslanır.
Kurs çərçivəsində V sinifdən uşaq: tarixi məsələlərin öyrənilməsinə, coğrafi əsaslara və mühüm
metodlara yiyələnməyə -müxtəlif tarixi –coğrafi məlumatların təsvirinin qrafiki vasitələrindən
(xəritə, qlobus, cədvəl, diaqram, qrafika, foto, sxematik rəsm və s.) istifadəyə başlayır, vətəndaş
cəmiyyəti üçün xarakterik olan prinsiplərlə tanış olur.
Tədris kursunun mərkəzində insan, bilavasitə onun ətrafında mövcud aləm dayanır. Başlanğıc
pillənin bu mərhələsində şagird öz ölkəsi, onun bölgələri ,yerləri ilə tanış olur ki, bunlarla da
keçmişdə baş vermiş müxtəlif maraqlı hadisələr ,şəxsiyyətlər və mədəniyyət abidələri
əlaqəlidirlər. Bu, şagirdin keçmişinə qarşı marağını artıracaq və gənclərdə fərqli pərakəndə
məlumatların bütöv şəkildə dərki-analizini asanlaşdıracaq. Yaş xüsusiyyətlərinə əsaslanaraq
müxtəlif vacib anlayışların müəyyənləşdirilməsinə başlanır ki, bu da növbəti pillədə şagirdin
yaddaşında onun Vətəni anlayışı kimi aydın şəkildə bütövləşəcək. Yuxarıda sadalananların hər
biri diyarşünaslıq prinsipindən istifadə edilməklə tədris edilir.
Diyarşünaslıq prinsipi əsasında Vətənin tarixi və coğrafiyasının öyrənilməsi ilə uşaqlar
öyrənəcəklər ki, Gürcüstanın əsas özünəməxsusluqlarından biri onun təbii, etnik, dini və mədəni
rəngarəngliyidir.
V-VI siniflərdə şagirdlər Gürcüstan tarixinin əhəmiyyətli məsələləri ilə tanış olacaqlar.
Müəllimin köməyi ilə uşaqlar müxtəlif sosial, iqtisadi, siyasi, mədəni tərəflərdən Gürcüstanın
keçmişi və müasir dövrünü əlaqələndirməyi bacarmalıdırlar.  İnformasiya əldə etmək üçün
onlara müxtəlif növ mənbələr göstərməliyik ki, bu da bu yaş üçün müvafiq dərin mülahizə və
giriş imkanlarını verəcək. Nəticədə şagirdlər onu da aşkar edəcəklər ki, keçmişi müxtəlif
perspektivlərdən görə və dərk edə bilərlər.
Şagird özünün yaşayış məkanını, Gürcüstanın diqqətəlayiq yerlərini, onun rəngarəng
mədəniyyətini, təbii şəraitini, təbii resursların və iqtisadiyyatın yayılmış sahələrini tanımalıdır.
Şagirdlər keçmişin bu günə və ətraf mühitin insanların qərarlarına hansı təsir göstərdiyini,
insanların əvvəl necə yaşadıqları, necə qərar qəbul etdikləri, əməklə necə məşğul olduqları və
müharibə etdikləri, hansı məişət özünəməxsusluqlarının xarakterik  olması və s. ilə tanış olurlar.


Bu informasiyaya malik olmaqla birlikdə gənclərdə zamanı duymaq hissi inkişaf edir. Onlar
tədricən mühüm tarixi və ya coğrafi hadisələri xronoloji çərçivəyə sala bilərlər.
Onlar insanların təcrübəsinin rəngarəngliyini  açıq-aşkar görəcəklər. Şagirdlər artıq bildiklərini
və yaxud yenicə bir şəxsiyyət, vətəndaş, eləcə də cəmiyyətin üzvü kimi özləri haqqında
öyrəndiklərini analiz edirlər.
Şagirdlər xalqın və dövlətin nə olduğunu, dövlətin zaman və məkanda necə qurulması, onun
gənclərin ətrafındakı mühitdə , onların gündəlik həyatlarında necə təqdim olunması barədə
mülahizə yürütməlidirlər. Şagirdlər aşağıda verilmiş əsas termin və anlayışları öyrənməlidirlər:
1. Tarix –fənn və məqsədi, mənbələr, interpretasiyası, daimilik və dəyişkənlik;
2. Coğrafiya –xəritə, ərazi, sərhədlər, inzibati bölgü, diyar, region, təbii mühit, relyef,
hidroqrafiya, iqlim, flora, fauna, təbii resurslar, əhali, məntəqələr, iqtisadiyyat sahələri,
insan və təbiət arasında əlaqə, ətraf-mühitin müdafiəsi;
3. Zaman
1
-xronologiya, keçmiş, bu gün, gələcək, təqvim, zaman vahidləri, əvvəl/erkən,
tarixi dövr/mərhələ;
4. Məkan –təbii mühit, yer, ərazi, təbii və antropogen landşaft –yaşayış məntəqələrinin
tipləri və funksiyaları;
5. İqtisadiyyat –kənd və şəhər təsərrüfatı, ticarət, pul münasibətləri və kommunikasiya;
yollar, nəqliyyat; quru, çay, dəniz, hava; mobil telefon, poçt, elektron poçt;
6. Elm –təhsil, kəşf, ixtira, ixtisas, müşahidə, təcrübə, əsaslandırmaq, elmi fikrin inkişaf
etdirilməsi;
7. Mədəniyyət –memarlıq, xəttatlıq, geyim, qida, gigiyena, ənənə, adət-ənənə, folklor, elm;
8. Din –mərasim, mif, Allaha ibadət, iman;
9. Xalq –şəxsiyyət, ailə, əcdadlar, cəmiyyət/zümrələr və onun üzvləri, davranış normaları,
qaydalar, əhali –doğum/ölüm, təbii artım, çoxluq/azlıq, cins-yaş strukturu;
10. Dövlət –vətəndaş, idarəçilik və onun formaları, siyasət, qanun, təhlükəsizlik, münaqişə
və əməkdaşlıq, asayiş, hüquq, rəmzilik;
“Bizim Gürcüstan” standartı ilə müəyyən olunmuş nəticələrə nail olmaq üçün ictimai elmlər
müəllimi tədrisin rəngarəng yanaşmalarına malik olmalıdır ki, fənni öyrənən zamanı şagirdlər
effektiv şəkildə əsas anlayışları qavrasın, qabiliyyət-vərdişləri inkişaf etdirsin və baza pilləsi
üçün daha hazırlıqlı olsunlar.
______________________________
1
Zaman şkalası VI sinifdə daxil olur. V sinifdə tarixi hadisələrin zaman məxsusluğu üçün
hadisələrin bugünkü gündən uzaqlaşdırılmasından istifadə edirik.


Əsas yanaşmalar
Anlayışların öyrənilməsi
İctimai elmlərin baza və orta pillələrində tədris yalnız şagirdin müvafiq hazırlıq şəraitində
mümkündür. Mürəkkəb sosial, mədəni və siyasi hadisələrin öyrənilməsi və analizi şagirdlərin
baza anlayışlarını bilmədən qeyri-mümkündür.
İctimai elmlərin əsas anlayışları bütün kurs ərzində düşünülmüş şəkildə, hər tərəfli işlənib
hazırlanmalıdır. Bu anlayışlara real həyatda, şəxsi təcrübə və mühitlə əlaqəli şəkildə nail
olunması uğurlu hesab edilir. Onların hər tərəfli işlənib hazırlanması şagirdlər tərəfindən
Gürcüstanın keçmişinin müxtəlif  nümunələri ilə tanışlıq, sonra onların analizi əsasında və onlar
arasında müxtəlif şəkilli əlaqələrin qurulması ilə mümkün olacaq. Dərin öyrənmə nəticəsində
şagirdlər öyrəndiklərini müxtəlif kontekstlərə uyğunlaşdıra bilərlər.
Başlanğıc pillənin bu mərhələsində uşaqlar sadə coğrafi təcrübələrin aparılmasını öyrənirlər.
Müvafiq olaraq tapşırıqları planlaşdırarkən növbəti cəhətlər nəzərə alınmalıdır:
Mənbələrlə və yaxud əyani vəsaitlərlə iş – informasiyanın
axtarılması/işlənilməsi/ötürülməsinin müxtəlif vasitələrindən istifadə etmək.
Dərsin keçirilməsi üçün müəllim rəngarəng mənbələr və əyani vəsaitlərdən istifadə etməlidir.
Bunlar dərslikdə mövcud müxtəlif növ mənbələr, müəllim tərəfindən mövzuya uyğun
hazırlanmış, şagird tərəfindən düzəldilmiş və toplanmış material, sənədli və ya bədii film; ailə
albomları, sənədlər, yazışma, köhnə əşyalar (məs., əmək aləti, yaxud köhnə telefon aparatı) ola
bilər.  Mənbələr və əyaniliklərlə iş həm sinif otağında, həm də sinifdən kənarda, məsələn,
muzeydə, məktəb həyətində baş verir.
Yuxarıda əks olunmuş əsas informasiya mənbələri elə seçilməlidir ki, şagirdlərdə yavaş-yavaş
oxumanın baza qabiliyyətləri (məzmunun çıxarılması, paralellərin aparılması və nəticənin
çıxarılması üçün əsas məsələlərin müəyyənləşdirilməsi ) inkişaf etsin. Uşaqlar müəyyən
etməlidirlər ki, həm mətni, həm fotoşəkili, eləcə də əşyanı “oxumaq” olar. Bu hər bir
informasiyanın axtarılmasını nəzərdə tutur.
Növbəti mərhələdə şagirdlər əldə etdikləri informasiyanın müqayisə/təsnifatlandırılması
üzərində işləyirlər. Məs.:

Cədvəlin və yaxud da vərəqin vasitəsilə çapın, kompüterin və ya başqa müasir elektron
kommunikasiya vasitələrinin ixtirasının nəticələrini qruplaşdırır;

Xəritənin köməkliyi ilə cədvəldə Gürcüstanın bölgələrinə əsasən şəhərləri qruplaşdırır;

Dövlət idarəçiliyinin müxtəlif formalarını bir-biri ilə müqayisə edir və onun fikrincə
özünün qəbul etdiyini seçir;


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə