Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə45/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   ...   41   42   43   44   45   46   47   48   49

köklü məsələlərini
tədqiq edə bilər.
İlin sonunda nail olunası nəticələr və istiqamətlərə əsasən onların indikatorları
İstiqamət: ətraf mühit və iqtisadiyyat
Tar.XI.1.  Şagird dünya tarixi proseslərdə iqtisadi amilin əhəmiyyəti barədə
mülahizə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

İqtisadi qarşılıqlı münasibətlərin iki formasını seçir və onları bir-biri ilə müqayisə edə
bilirsə (məs.: orta əsrlərdə emalatxana və XVIII əsrdə manufaktura);

İqtisadi qarşılıqlı əlaqələrin formalarından birini seçir və Gürcüstanda və hər hansı bir
başqa ölkədə onun formalaşması və inkişafını müqayisə edirsə (məs.: Gürcüstanda və
Qərbi Avropada feodal təsərrüfatı);

Coğrafi mühitin, əhalinin sayının və sıxlığının bu və ya digər dövlətin və ya xalqın itisadi
inkişafına hansı təsiri göstərdiyi barədə mülahizə yürüdə bilirsə;

Müxtəlif dövrlərdə baş vermiş iki miqrasiya prosesini seçir və onların səbəblərini və
nəticələrini müqayisə edə bilirsə;

Hər hansı bir münaqişənin (müharibənin) iqtisadi ilkin şərtləri və nəticələri barədə
mülahizə yürüdülən mövzu yaza bilirsə;

İki imperiya seçir və onların əyalətlərdə və müstəmləkələrdə yürütdükləri iqtisadi
siyasəti bir-biri ilə müqayisə edirsə(məs.: İngiltərənin və İspaniyanın öz
müstəmləkələrində yeritdikləri siyasət);

Bu və ya digər iqtisadi nəzəriyyəni tanıyır və onun bu və ya digər ölkənin (regionun)
iqtisadi inkişafına təsir göstərdiyi barədə fikir söyləyə bilirsə.
Tar.XI.2.  Şagird resursların və iqtisadiyyatın qarşılıqlı təsirini təhlil edə
bilər.
Nəticə göz önündədir, əgər şagird:

Təbii və antropogen dəyişikliklərin iqtisadi inkişafa necə təsir göstərdiyi barədə mülahizə
yürüdə bilirsə (məs.: donuqluq, qədim Şərq sivilizasiyalarında irriqasiya amilinin
əhəmiyyəti...);



Dövrlərdən birini seçir və texnoloji dəyişikliklərin və iqtisadi inkişafın qarşılıqlı təsiri
barədə mülahizə yürüdə bilirsə;

Dövlətlərdən birini seçir və onun ərazisində tapılmış xammalın bu ölkənin iqtisadi
prioritetlərinə necə təsir göstərdiyi barədə mülahizə yürüdə bilirsə.
İstiqamət: dövlət idarəçiliyi və siyasət
Tar.XI.3.  Şagird dövlətin nə olduğunu və əhəmiyyətini təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Dövlətin xüsusiyyətləri barədə fikir yürüdə bilirsə;

Müxtəlif ölkələrin dövlətlərini tipoloji əsasda qruplaşdırırsa, onları bir-biri ilə müqayisə
edirsə;

Dövləti sosial təşkilatın başqa formaları ilə müqayisə edirsə; onun müsbət və mənfi
cəhətləri barədə mülahizə yürüdə bilirsə.
Tar.XI.4.  Şagird idarəçilik strukturlarının formalaşdırılması və zamanda
dəyişikliklərin analizini edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Dövlət idarəçiliyi strukturlarında dəyişikliklər zəruriyyətinə nə səbəb olduğu barədə
mülahizə yürüdürsə;

İdarəçiliyin bu və ya digər formasının bu və ya digər dövr üçün xarakterik olduğu barədə
öz mülahizəsini ifadə edə bilirsə;

Gürcüstanda müxtəlif dövrdə mövcud olan idarəçilik strukturlarını müxtəlif ölkələrdə
eyni dövrdəki idarəçilik strukturları ilə müqayisə edirsə;

İki inqilabı seçir və onların başvermə səbəblərini müqayisə edirsə.
Tar.XI.5.  Şagird Gürcüstanda və dünyada daxili və xarici siyasətin köklü
məsələlərini tədqiq edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Dövlətlərdən birini seçir və hər hansı bir dövrdə onun inkişafını və parçalanmasını
şərtləndirən xarici və daxili amilləri qruplaşdıra bilirsə;



Dövrlərdən birini seçir və müxtəlif dövlətlərin Gürcüstana münasibətdə maraqlarını
müqayisə edirsə;

Gürcü dövlətinin (dövlətçiliyinin) sonrakı inkişafına təsir göstərmiş Dünyada inkişaf
edən əhəmiyyətli tarixi hadisələr barədə mövzu yaza bilirsə;

Sinif yoldaşlarından  ibarət qrupla birlikdə siyasi xadim seçir və onun tərəfindən seçilmiş
xarici və ya daxili siyasət xəttinin nəticələri barədə fikir yürüdə bilirsə (məs.: II Erekle
tərəfindən Georgiyevsk traktatının imzalanması);

Hər hansı bir konkret dövrü seçir, o dövrün dünya dövlətinin (dövlətlərinin) maraqlarını
ayırırsa. Gürcü dövlətinin (dövlətlərinin) bu konkret dövryə münasibətdə yerini və rolunu
müəyyənləşdirə bilirsə.
İstiqamət: İnsan və cəmiyyət
Tar.XI.6.  Şagird sosial strukturların qarşılıqlı münasibətlərini tədqiq edə
bilər.
Nəticə göz önündədir, əgər şagird:

Şəxsiyyətin əmlak və sosial vəziyyəti arasında qarşılıqlı münasibətləri haqqında öz
mülahizəsini söyləyə bilirsə;

Eyni dövrün iki və ya üç ölkəsinin sosial strukturlarını müqayisə edir və onlar arasında
fərqləri və oxşarlıqları göstərə bilirsə;

Müxtəlif cəmiyyətdə fərqli sosial təbəqələrin nümayəndələrini qruplaşdırır və onların
hüquq və vəzifələri barədə mülahizə yürüdürsə;

Əkinçi və heyvandar insanların və yaxud dağ ilə aranın sosial strukturlarını müqayisə edir
və onlar arasında oxşarlıqlar və fərqlər tapırsa.
İstiqamət: din və mədəniyyət
Tar.XI.7.  Şagird bu və ya digər ölkənin maddi və mənəvi mədəniyyətinə dinin
təsirini təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Gürcüstanın və başqa ölkələrin xristianlığa qədərki, dini təsəvvürlərini və onların
incəsənətə və məişətə təsirini müqayisə edirsə;

Əsas monoteist dinlər arasında mövcud olan oxşarlıqlar və fərqlər barəsində mülahizə
yürüdürsə;

Dünyanın monoteist dinlərinin məğzində mövcud olan doqmatik fərqləri tanıyırsa;


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə