www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
ġəhla Nağıyeva.
Bədii tərcümə: nəzəriyyə və praktika
58
58
olanı
ağ otağa, qızı olanı qızıl otağa qondurun. Kimin ki, oğlu-
qızı yox, qara otağa qondurun, qara keçə altına döĢəyin, qara
qoyun yəxnisindən önünə gətirin... " (səh. 19).
Dastanda ―qara‖ sözü titul kimi iĢlənəndə cəsurluq, igidlik
mənası daĢıyır. Məsələn, Qaracıq Çoban, Qaragünə oğlu
Qarabudaq və s. Oğuz qəbilələrinin bəzilərində "ağ Ģahin"
totem olub, müqəddəs sayılmıĢdır. "Ağ" rəngin xoĢbəxtlik
rəmzi kimi qəbul edilməsi də bu inama görədir. Xalq arasında
deyilən ağgünlü (xoĢbəxt) termini də bununla əlaqədar izah
olunmalıdır. AĢağıdakı Ģəxs adları da göstərilən inamı əks
etdirir: "Elin Qoca oğlu Sarı QulmaĢ
Qazan bəyin evi üzərində
Ģəhid oldu"; "Adına Qonur Qoca Sarı çoban derlərdi"; "Ağ
Məlik ÇeĢmə qızına nikah edən Qoca oğlu Alp Ərən çapar
yetdi" və s.
Dastanda adı çəkilən "Ağ Məlik" obrazının kimliyini
ingilisdilli oxucuya çatdırmaq üçün tərcüməçilər 1972-ci il
nəĢrində sadəcə onu "Ak Melik" kimi vermiĢ, axırda isə bu
obrazların (Sutu Sandal Məliklə birlikdə) tarixi Ģəxsiyyət yox,
əfsanəvi adlar olduğunu qeyd etmiĢlər. Mirabilenin nəĢrində
də bu obraz olduğu kimi saxlanılmıĢ, lakin axırda bu adın "Ağ
Kral" ("White King") mənası verdiyi xatırladılmıĢdır.
Dastanda adının əvvəlində sifət iĢlənən digər qəhrəmanlar da
var, "Elln Qoca oğlu Sarı QulmaĢ" və "Qonur Qoca Sarı
Çoban" belə adlardandır. 1972-ci il nəĢrində birinci ad "Saru
Kulmash, the son of Eylik Koja", ikinci ad isə "the name of
Konur Koja Saru Choban" kimi verilmiĢdir.
Mirabilenin nəĢrində isə birinci "Sari Kulmush, son of Eylik
Koca", ikinci isə "they called him Konur Koca Sari Coban"
("C" burada türkcədəki "C" demək olduğu üçün ingiliscə
anlaĢılmır) Ģəklində iĢlədilmiĢdir. Yuxarıda gətirilən