Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə17/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   ...   13   14   15   16   17   18   19   20   ...   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
53 
transliterasiya  olunması  heç  nə  demir.  Görünür,  ona  görə  də 
araĢdırdığımız hər iki tərcümə variantında Buğanın məhz buğa 
öldürməsinə görə bu ada layiq görüldüyü xatırladılır. Dastanın 
orijinalı  belədir:  "Bayındır  xanın  ağ  meydanında  bu  oğlan 
cəng  etmiĢdir.  Bir  buğa  öldürmüĢ.  Sənin  oğlun  adı  Buğac 
(xan) olsun. Adını mən verdim, yaĢını Allah versin dedi" (səh. 
23). 1972-ci il nəĢrindəki tərcüməsi: "This  young man fought 
and killed a bull on the playing field of Bayindir Khan", con-
tinued  Dede  Korkut.  "Therefore,  let  your  son's  name  be 
Bugach.  I  give  him  hiz  name,  and  may  Allah  give  him  hiz 
years  of  life"  (səh.  13).  Tərcüməçilər  mətndəki  izahla 
kifayətlənməyərək  kitabın  sonunda  "Buğac"  adına  izah  da 
vermiĢlər:  "The  name  Bugach  was  given  the  young  man 
because he had killed a bull, buga in Turkish" (səh. 183). 
Mirabilenin  tərcüməsində  isə  yuxarıdakı  mətn  belə  tərcümə 
olunmuĢdur: "This boy fought well in Bayindir Khan's white 
arena.  Your  son  killed  a  bull,  let  his  name  be  Bogac.  I  have 
given him his name, may God give him his life, he said" (səh. 
69). 
"Kitabi  Dədə  Qorqud"dakı  xüsusi  adların  tranliterasiyası 
zamanı  ortaya  çıxan  çətinliklərdən  biri  və  ən  baĢlıcası  məhz 
qəhrəmanların  adındakı  titul,  epitet  və  təĢbehlərlə  bağlıdır. 
Təəssüf  ki,  Ģəxs  adlarına  əlavə  edilən  belə  elementlər  bəzi 
hallarda  unudulur  və  ya  yanlıĢ  tərcümə  edilir  və  nəticədə 
məna təhrifləri qaçılmaz olur. Yuxarıda Salur Qazanın adı ilə 
bağlı  problemə  toxunmuĢduq.  Lakin  dastanda  belə  adlar  az 
deyil.  "Qiyah  Səlcuq  oğlu  Dəli  Dondar",  "Qaragünə  oğlu 
Qarabudaq",  "Elln  Qoca  oğlu  Sarı  QulmaĢ",  "Qəflət  Qoca 
oğlu  ġirĢemseddln",  "Qazlıq  Qoca  oğlu  bəy  Yeynək",  "Elin 
Qoca oğlu Alp Ərən" və s. adlar bu qəbildəndir. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
54 
54 
MəĢhur tərcümə nəzəriyyəçisi A.Fyodorovun fikrincə,  "tarixi 
Ģəxsiyyətlərin  Ģəxsi  adlara  daxil  olmayan  ləqəbləri  tərcümə 
olunmalıdır".  O,  fikrini  əsaslandırmaq  üçün  fransızca  iĢlənən 
"Charlemagne"  sözünü  "Karl  Velikiy"  kimi  tərcümə  etməyi 
tövsiyə edir (103, 189). 
Bizcə,  titul  və  ləqəblərin  həmiĢə  bir  formada  tərcüməsini 
tövsiyə  etmək  düzgün  olmazdı.  Hər  bir  halda  bu  məsələ 
mətnin orijinalına sadiq qalmağa xidmət etməlidir. 
Tərcüməçilər  "Kitabi-Dədə  Qorqud"da  iĢlənən  titul  və 
ləqəbləri  çox vaxt  olduğu  kimi  saxlamağa cəhd  göstərmiĢlər. 
Lakin  titul  və  ləqəblərin  tərcüməsinə  də  rast  gəlmək  olar. 
Yuxarıda  adı  çəkilən  "Qıyan  Səlcuq  oğlu  Dəli  Dondar" 
dastanın 1972-ci il nəĢrində aĢağıdakı kimi verilmiĢdir: "Delu 
Tundar, the son of Kiyan Seljuk". Tərcüməçilər "Dəli" sözünə 
izah  verərək  onun  hərfi  tərcüməsinin  "crazy"  or  "mad" 
olduğunu  göstərməklə,  bu  sözün  cəsur,  qorxmaz  mənasında 
iĢləndiyini də vurğulamıĢlar. Lakin Mirabilenin tərcüməsində 
"Dəli" sözü tərcümə olunmuĢdur: "Wild Dundar, son of Kıyan 
Selcuk".  Həm  də  bu  söz  ingilis  dilinə  "vəhĢi"  kimi 
çevrilmiĢdir. Təbii ki, "vəhĢi" sözü sırf mənfi çalara malikdir 
və "dəli" sözündəki qorxmazlığı və cəsurluğu ehtiva etmir. 
Maraqlıdır ki, sonrakı boylarda adları çəkilən "Dəli Domrul", 
"Dəli  Qarcar"  və  "Dəli  Əvren"  kimi  xüsusi  adlarda  "Dəli" 
sözü olduğu kimi saxlanmıĢdır. Hətta Mirabile "Dəli Domrul" 
boyunun  tərcüməsi  zamanı  "Dəli"  sözünə  Ģərh  verərək,  bu 
sözün  hərfi  mənasının  "crazy",  "mad",  "wild"  olduğunu 
xatırlatmıĢ,  lakin  "dəli"nin  "crazy"  olmadığını  da 
vurğulamıĢdır. 
Dastanda  iĢlənmiĢ  "dəli"  titulu  həmin  adamların  təbiəti, 
xasiyyəti,  davranıĢı  və  fəaliyyəti  ilə  səsləĢir.  Məsələn,  Dəli 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
55 
Domrul  özünü  hamıdan  güclü  sayır.  O,  "məndən  güclü  ər 
varmıdır ki, çıxa mənimlə savaĢa", - deyir. Dəli Domrul çayın 
üstündə tikilmiĢ körpüdən keçəndən də, keçməyəndən də zorla 
pul alır, öz gücünü göstərmək üçün (bəlkə də qəhrəmanlıq adı 
-  fəxri  ad  almaq  üçün)  kobudluq  edir.  Dəli  Domrul  Əzrayıl 
tərəfindən  cavan  bir  igidin  öldürüldüyünü  eĢidib  hirslənir, 
özünü saxlaya bilmir, Əzrayılla vuruĢmağa hazırlaĢır. Demək, 
Dəli  Domrul  özünün  xüsusiyyətinə  uyğun  ad  daĢıyır.  O, 
özünün  arzuladığı  kimi  fəxri  ad  yox,  təbiətinə  müvafiq 
"kobud"  ad  qazanır.  Mütəxəssislərin  fikrincə,  Domrul  sözü 
"Tomruk"  sözü  ilə  bir  kökdəndir.  "Tomruk"  isə  türkcə  tez 
özündən  çıxan,  acıqlı,  kobud  deməkdir.  Buradan  bir  daha 
aydın olur ki, "domrul" sözünün lüğəti mənası bu adı daĢıyan 
Ģəxsin  daxili  xarakteri,  hissiyyatı  ilə  əlaqədardır.  Bütün  bu 
müqayisələr  bir  daha  təsdiq  edir  ki,  "Kitabi-Dədə 
Qorqud"dakı  Ģəxs  adlarının  transliterasiyası  zamanı  dastanın 
mətninə əsaslanmaq, qəhrəmanların xarakterinə xüsusi diqqət 
yetirmək zəruridir. 
"Qara"  sözünün  türk  dillərində  əsasən  rəng  bildirən  kəlmə 
kimi iĢlədildiyi məlumdur. Bu söz həm də bədlik əlaməti kimi 
iĢlənir.  Dastanda  bu  sözün  məhz  həmin  mənada  verildiyi 
cümlələrə baxaq: 
"Qara  qayğulu  vaqiə  gördüm.  Yumruğumda  talbınan  Ģahin 
mənim  quĢumu  alır  gördüm.  Göydən  ildırım  ağban  evim 
üzərinə  Ģaqır  gördüm.  Düm  qara  pusarıq  ordumun  üzərinə 
tökülü gördüm. Quduz qurdlar evimi dələr gördüm. Qara dəvə 
ənsəm  (dən)  qarvar  gördüm.  Qarğı  kimi  qara  saçım  uzanır 
gördüm,  uzanıban  gözümü  örtər  gördüm".  (səh.  34).  "Qara-
dərə  ağzında  qadır  verən,  qara  buğa  dərisindən  beĢiyinin 
yapığı  olan,  acığı  tutanda,  qara  daĢı  kül  eyləyən,  bığın 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə