Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə57/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   ...   53   54   55   56   57   58   59   60   ...   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
199 
So says the proverb 
Passed on from mouth to mouth… 
It is true, 
We will go, 
But the world 
And everything in it 
Will be left for the people. 
(70, 390). 
  
Sətri tərcüməsi: 
  
―Bu dünya ki, Süleymanın olmadı 
sənin də olmayacq‖. 
Belə deyir məsəl 
Ağızdan-ağıza keçmiĢ 
Bu düzdür, 
Biz gedəcəyik 
Ancaq dünya 
Və onun içindəkilər 
Xalqa qalacaq. 
Göründüyü  kimi,  ―Süleymana  qalmayan  dünya,  sənə  də 
qalmaz‖  zərb-  məsəli  demək  olar  ki,  olduğu  kimi 
saxlanmıĢdır.  Bu  məsəlin  ekvivalentini  vermək  düzgün 
olmazdı.  Çünki  burada  milli  əlamət  var  (―Süleymana 
qalmayan dünya‖). Tərcüməçinin bu milli əlaməti saxlamasını 
uğur hesab etmək olar. 
Mikayıl  MüĢfiqin  ―Könlümün  dedikləri‖  Ģeirinin  aĢağıdakı 
bəndinin tərcüməsini müqayisə edək: 
  
Babam dedi: ―Keçən günə gün çatmaz‖ 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
200 
200 
Mənim könlüm bu sözlərə heç yatmaz. 
Mənim könlüm deyir ki: hələ bunlar nədir ki... 
  
Olqa Moisiyenkonun tərcüməsi: 
  
My sires define 
―Past times were fine‖ 
These words I hate, 
My heart says: ― Wait‖. 
(70, 282). 
  
Sətri tərcüməsi: 
  
Mənim babalarım təyin edir 
KeçmiĢ vaxtlar gözəl idi. 
Bu sözlərə mən nifrət edirəm 
Mənim ürəyim deyir: ―Gözlə‖! 
  
―Keçən  günə  gün  çatmaz‖  atalar  sözü  tərcümə  olunmuĢdur. 
Lakin  bu  variant  ―Keçən  günə  gün  çatmaz‖  atalar  sözünün 
məna tutumunu tam əks etdirmir. Çünki bu atalar sözü  ―ötən 
günlər  gözəl  və  yaxĢı  idi‖,  -  demək  deyil,  ötən  günün 
qaytarılmasının  qeyri-mümkünlüyünü  nəzərə  çatdırmaqdır. 
Lakin Ģeirdən görünür ki, M. MüĢfiq 
  
Babam derdi: ―Keçən günə gün çatmaz‖, 
Mənim könlüm bu sözlərə heç yatmaz, - 
deməklə babanın dili ilə məhz həmin fikri, yəni ötən dövrlərin 
daha  yaxĢı  olması  fikrini  nəzərdə  tutmuĢdur.  Ona  görə  də 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
201 
tərcüməçi həmin atalar sözünün bu kontekstdə verdiyi mənanı 
düzgün tərcümə etmiĢdir. 
Zeynal  Xəilin  ―Miniətürlər‖  Ģeirində  (tərcümə  Tom  Botinq) 
iĢlənmiĢ aĢağıdakı zərbi-məsəlin tərcüməsinə baxaq: 
  
Barını yediyin ağacı kəssən 
Özün barlı ağac ola bilməzsən. 
  
Ġngiliscəsi: 
  
If you would fell a tree whose fruit you ate 
To be a barren tree may be your fate. 
(70, 381). 
  
  
Sətri tərcüməsi: 
  
Meyvəsini yediyini ağacı yıxsan 
Sənin taleyin barsız ağac ola bilər. 
  
Tom  Botinq  məsəlin  mənasını  olduğu  kimi  tərcümə  etmiĢ, 
beləliklə, Ģairin fikrini çatdıra bilmiĢdir. 
Tələt  Əyyubovun  ―Söylə  nədən  bildin,  söylə  nə  bildin?‖ 
Ģeirini Doryen Rotenberq tərcümə etmiĢdir: 
  
Astaca dedin ki, bilirəm yanır 
Kiminin ürəyi, kiminin əli... 
Gen dünya baĢıma tərsə dolanır 
Sənin o sözünü mən eĢidəli... 
Mənim ürəyimin bu yanmasını 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
202 
202 
Söylə nədən bildin, söylə nə bildin? 
  
Ġngiliscəsi: 
  
Said softly: ―I know,‖ and to me turning
Some burn their hands, and others hearts are burning 
When I heard you speaking about my desire
Round and round all the world began to go 
How did you know that my heart was on fire 
Tell me lovely one, tell me, how did you know? 
(70, 393). 
  
Sətri tərcüməsi: 
  
YumĢaqca dedin: ―Bilirəm‖ və mənə dönərək 
Kimin əlini yandırır, baĢqalarının ürəkləri yanır 
Sənin mənim arzumdan danıĢdığını eĢidəndə 
Dünya baĢıma dolanmağa baĢladı 
Sən hardan bildin ki, mənim ürəyim od üstədir
Söylə, sevgilim, söylə sən necə bildin? 
  
Bu  bənddə  Ģairin  iĢlətdiyi  ―Gen  dünya  baĢıma  tərsə  fırlanır‖ 
məsəli  də  nisbətən  uğurlu  tərcümə  olunmuĢdur:  ―Dünya 
baĢıma dolanmağa baĢladı‖. 
Azərbaycan  dilində  ―dünyanın  baĢıma  tərsə  dolanması‖ 
Ģəklində  iĢlənən  bu  məsəlin  məhz  ―tərsə  dolanmaq‖  çaları 
tərcümədə saxlanmasa da, hər halda tərcüməçi aĢiqin iztirabını 
―dünya baĢıma dolanmağa baĢladı‖ ifadəsi ilə düzgün çatdıra 
bilmiĢdir. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
203 
Azərbaycan  Ģairləri  obrazlılıq  və  emosional  məna  çaları 
yaratmaq  üçün  frazeoloji  birləĢmələrin  digər  növlərindən  də 
geniĢ  istifadə edirlər.  Bu mənada idiom  və ibarələr daha çox 
iĢlənir. 
Ġngilis  dilinə  tərcümə  zamanı  belə  birləĢmələrin  ifadə  etdiyi 
obrazlılıq və milli kolorit heç də həmiĢə qorunub saxlanılmır. 
Bu,  Ģübhəsiz,  yenə  də  Azərbaycan  dilində  frazeologizmlərin 
özünəməxsusluğu,  sırf  milli  xarakter  daĢıması  ilə  bağlıdır. 
Ona  görə  də  belə  birləĢmələrin  tərcüməsi  zamanı  onların 
yaratdığı  məna  çalarını  vermək,  daha  doğrusu,  onların  ifadə 
etdiyi  mənanı  saxlamaq  vacibdir.  Bu  sahədə  hərfi  tərcümə 
qətiyyən məqbul sayıla bilməz. 
Müasir  Azərbaycan  poeziyasından  nümunələri  ingilis  dilinə 
çevirən  mütərcimlər  bu  və  ya  digər  Ģəkildə  həmin  prinsipi 
gözləməyə çalıĢmıĢlar. 
Rəsul  Rzanın  ―Dənizli  dünya‖  Ģeirindən  (tərcüməçi  Tom 
Botinq) aĢağıdakı parçaya baxaq: 
  
Ayaq saxladım bir an 
Bağırdım səsim gəldikcə: 
Nə qara-qıĢqırıq salmısan? 
Əli qoynunda durmuĢ 
Balıqçılardan xəbərin varmı? 
  
Ġngiliscəsi: 
  
I slowed down my pace and shouted aloud 
What cause have you, sea, to moan? 
Have you never seen fisherman frozen in woe? 
(70, 337). 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə